İran ərazisindən Türkiyəyə doğru ballistik raket atılıb. Lakin raket Şərqi Aralıq dənizində yerləşən NATO qüvvələri tərəfindən havada vurulub.
Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, İran raketi Suriya və İraqın hava məkanını keçərək Türkiyəyə doğru istiqamətlənib. “NATO hava hücumundan müdafiə qüvvələri İran ballistik raketinin trayektoriya məlumatlarını tez bir zamanda emal edərək onu məhv edib. Hava hücumundan müdafiə sistemi tərəfindən buraxılan tutucu raketin qalıqları Hatay əyalətinin Dörtyol rayonuna düşüb. Tələfat olmayıb”, - deyə nazirliyin açıqlamasında bildirilir.
Heç bir tələfat olmadığı qeyd olunsan açıqlamada, Ankaranın ona qarşı istənilən düşmənçilik hərəkətinə cavab vermək hüququnu özündə saxladığı qeyd edilir.
Türkiyə Müdafiə Nazirliyi bütün tərəfləri vəziyyəti daha da gərginləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırıb: “Türkiyə regiondakı vəziyyətlə bağlı NATO və müttəfiqləri ilə məsləhətləşmələri davam etdirəcək”.
Tahir TAĞIYEV