Bazar günü günü, 11 oktyabr 2026
     

ABŞ-ın Yaxın Şərq siyasəti İraq nümunəsində

Image


ABŞ diplomatı Henri Kissincerin fikrincə, heç bir region Amerika üçün Fars körfəzi qədər problem yaratmır:”Dünyanın bu hissəsində demokratik ölkə yoxdur. ABŞ və inkişaf etmiş digər demokratik dövlətlər bu regionda bizə düşmən olan rejimin dominantlığına yol verməməyə çalışırlar... İnkişaf etmiş ölkələrin iqtisadiyyatı Fars körfəzinin energetika ehtiyatlarından asılıdır və orada vəziyyətin kəskinləşməsi Şimali Afrikadan Mərkəzi Asiyayadək və Hindistana qədər ərazilərə təsir edir. Körfəzdə ən təhlükəli dövlət İran hesab edilir”.

ABŞ-ın İraqa hücumu Səddam Hüseyn diktaturasının devrilməsi və nüvə silahını məhv etmək bəhanəsilə oldu. ABŞ-ın Xansvilla şəhərindəki laboratiyada tədqiq edilən İraq raket sursatlarında sinir iflic qazının “izləri” görünsə də, eyni tədqiqat aparan Fransa və İsveçrə mərkəzlərində bu kimyəvi maddələrin izi görünmədi. MAQATE-nin də ABŞ-ın İraqda kütləvi qırğın silahının olması fikrinin yanlış olduğunu əvvəlcədən bildirməsinə baxmayaraq, ABŞ İraqa hücum etdi. Kütləvi qırğın silahları istehsalının qarşısı alınması inkişaf etmiş dövlətlərə, o cümlədən ABŞ-a, Rusiyaya da aiddir. Məlum olduğu kimi, inkişaf etmiş dövlətlər bu gün də dağıdıcı texnologiyanı leqal və qeyri-leqal yolla buraxırlar, satırlar, özlərinin düşməni hesab etdikləri dövlətlərə qarşı istifadə edirlər. Məsələn: Əfqanıstana, İraqa, Liviyaya, İrana ABŞ və onun müttəfiqlərinin hücumu zamanı müxtəlif növlü raketlərdən istifadə edilmişdir. Digər tərəfdən də XX əsrin 80-ci illərində ABŞ özü İraqa, həmçinin İrana nüvə proqramı üçün xammal, bahalı avadanlıqlar verirdi. Bunlarsız nə İraq, nə də İran heç nə edə bilməzdi.
2003-cü ilin martında ABŞ başda olmaqla, beynəlxalq koalisiya qüvvələri İraqı işğal etdi. Dörd həftə davam edən döyüşlərdən sonra onlar ölkənin çox hissəsini tutdular. Səddam Hüseyni devirdilər, edam etdilər. Səddam Hüseynin İslam dininin müqəddəs Qurban bayramı günündə edam edilməsi islam dünyasına, milli-dini dəyərlərə qarşı nifrətin sübutudur. ABŞ-nin hücumu zamanı İraqda özbaşınalıq edən amerikalı əsgərlərin müsəlmanların müqəddəs kitabını - Qurani-Kərimi təhqir etməsi müsəlmanlarda ABŞ-a qarşı nifrət yaratdı. Bütün bunlar və digər məsələlər İraqın sünni əyalətlərində, eləcə də bir çox ərəb ölkələrində qəzəb dalğasına səbəb oldu. ABŞ-nin belə tərzi həm də İraqa hücumunun digər səbəblərini də üzə çıxarır.
Səddam Hüseynin devrilməsindən sonra ölkədə qeyri-sabit rejim davam etdi və ölkə ABŞ və müttəfiqlərinin nəzarəti altına keçdi. Anti-amerika hərəkatı başlandı. İran xalqı gec anladı, Amerikanın məqsədi ölkədə demokratiyanı yaratmaq deyil, neftin ələ keçirilməsi idi. Amerika generalları ölkənin sərvətlərini, həmçinin antik əşyaları və əlyazmaları qarət etdilər. Qarətlərini gizlətmək üçün həbsxanalardan cinayətkarları azad etdikdən sonra ölkədə özbaşınalıqların həddi daha da artdı. Şiələr, sünnilər və kürdlər arasında hakimiyyətə gəlmək üçün qarşıdurma yarandı. Terror artıq silsilə formasında baş verirdi. ABŞ iqtisadiyyatına dəyən 3 trilyon dollara yaxın zərərin əvəzinin ödənilməsi 60 illik İraq nefti həcmində hesablanmışdır. İraqda müharibə ciddi humanitar, ekoloji böhranlara səbəb oldu. Cimmi Karterin prezidentliyi dövründə milli təhlükəsizlik üzrə məsləhətçi işləmiş Zbiqnev Bjezinski amerika hərbçilərinin iraqlılar üzərində işgəncələr aparmasının ABŞ-a böyük zərər vurduğunu bildirərək yazır ki, “ABŞ-a qarşı nifrət heç vaxt bu dərəcədə çox olmamışdır. İndi ABŞ itirdiklərini qaytarmalıdır. Əgər belə olmazsa, Amerika lider rolunu itirəcək və dünya güclü xaos içində olacaq. Bu gün anti-amerikanizm qlobal xarakter alıb, faciə ondadır ki, bu əhval-ruhiyəni özümüz yaratmışıq”.
Əhalinin qırılmasından qəzəblənən iraqlılar amerikalılardan ölkəni tərk etməyi tələb edirdilər. Hakimiyyətin iraqlılara verilməsi və ölkə iqtisadiyyatının bərpa edilməsinə, koalisiyaya qoşulmayan dövlətləri - Rusiyanı, Fransanı, Almaniyanı buraxmadığını bildirən ABŞ-nin İraqın dövlət quruculuğunda edəcəyi islahatlar dini və milli zəmində yeni münaqişələr yaratdı. Çünki ABŞ güclü, vahid İraq dövləti deyil, zəif federativ dövlət qurmağı nəzərdə tutmuşdu. İraqda ərəb-şiə, ərəb-sünni və kürd əhalisi arasında hakimiyyət uğrunda mübarizə də bununla başladı. H.Kissincer yazır ki, “Səddam Hüseyndən sonra İraq nə çox güclü olmalıdır ki regionda hegemonluq etsin, nə də çox zəif olmalıdır ki İran kimi öz düşmən qonşularından asılı vəziyyətə düşsün”.
Araşdırmalardan belə nəticəyə gəlmək olar ki, İraq öz neft ehtiyatı, inkişaf etmiş sənayesi, kənd təsərrüfatı ilə daxili tələbatlarını ödəyən dövlət olmuşdur. ABŞ-ın İraqa hücumu terrorizmin sahəsini genişləndirdi, ekstremistlər, terrorçular xaricdən İraqa gəldilər. ABŞ 2011-ci ilə qədər İraqda qaldı. Amma sonra da tam çıxmadı, öz silahlı qüvvələrindən bir hissəsini İraqda saxladı. ABŞ İraq dövlətindən icazə almadan istədiyi bölgədə səlahiyyətlərini əlində saxladı. ABŞ Venesuelada olduğu kimi, İraq neftini də idarə etməyə başladı. İraq əhalisinin vəziyyəti isə acınacaqlıdır: minlərlə insan öldürüldü, əksəriyyət digər ölkələrə qaçqın kimi getdi, işsizlik, bərbad iqtisadiyyat və s. çox mürəkkəb vəziyyət yarandı.
Beləliklə, ABŞ-ın Yaxın Şərq siyasətinin əsası demokratiyanı yaymaq, nüvə silahının istehsalının dayandırılması tələbi bəhanəsi altında neftlə zəngin ölkələrdə idarəetməni ələ almaqdır və bu da ABŞ-ın İraqa hücumu və nəticələri nümunəsində açıq surətdə özünü göstərir. ABŞ-ın Yaxın Şərq dövlətlərinin daxili işlərinə müdaxiləsi İraqla başa çatmadı. İraqda öz güc siyasətini həyata keçirdikdən sonra, ABŞ Şimali Koreyada, Liviyada, İranda, Pakistanda təhlükəli nüvə texnologiyasının olması fikrini ortaya atdı və bu dövlətlərdə mövcud rejimin devrilməsini zəruri hesab etdi. ABŞ-ın XXI əsrin əvvəllərində başlayan bu siyasəti İran nümunəsində 2026-cı ildə yenidən gündəmdədir.
Ramilə Dadaşova
Siyasi elmlər doktoru, dosent,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq
münasibətlər və geosiyasət şöbəsinin müdiri




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ