ABŞ prezidenti Donald Tramp Ukraynanın "hərbi cəhətdən məğlub olduğunu" bildirsə də, sonrakı şərhləri onun əslində hansı münaqişəyə istinad etdiyi ilə bağlı suallar doğurub.
Oval Ofisdə müxbirlərin Rusiya-Ukrayna, yoxsa ABŞ-İran münaqişəsinin daha tez bitəcəyi ilə bağlı sualına cavab olaraq Tramp qeyd edib ki, vaxt qrafikləri oxşar ola bilər. Dərhal sonra isə Amerika lideri İranla müharibə ilə bağlı məlumatlara istinad edib. O, ölkənin 159 gəmisinin olduğunu və "hamısının hazırda su altında olduğunu" bildirib və bu nəticəni "olduqca yaxşı" adlandırıb.
Beləliklə Amerika lideri Ukrayna ilə İranı qarışıq salıb.
SAMİRƏ