Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbər vəzifəli şəxslərinin 2026-cı il üzrə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Komitə sədri Ramin Məmmədovun aprelin 30-da Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirilib.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.