ABŞ-ın İrana qarşı dəniz blokadası tətbiq etmək qərarından sonra bölgədə gərginlik daha da artıb. İran dövlət televiziyası Press TV-yə danışan adı açıqlanmayan yüksək vəzifəli təhlükəsizlik rəsmisi İranın ABŞ-ın hərəkətlərinə "misli görünməmiş cavab" cavab verəcəyini iddia edib.
Təhlükəsizlik rəsmisi bildirib ki, İranın indiyə qədərki nümayiş etdirdiyi təmkinin diplomatiya üçün yol açmaq və ABŞ-a vəziyyəti qiymətləndirmək üçün vaxt vermək məqsədi daşıyırdı. O, bununla yanaşı dəniz blokadasına qarşı "praktik və misli görünməmiş" cavabın hazırlandığını bildirib.
Bölgədəki gərginlik Hörmüz boğazından keçən enerji və ticarət axınına birbaşa təsir göstərir. Daha əvvəl İran İnqilab Keşikçiləri Korpusunun boğazdan keçişlərə məhdudiyyətlər tətbiq etməsindən və diplomatik proseslərin uğursuzluğa düçar olmasından sonra ABŞ-ın da bölgəni hədəf alan dəniz blokadası planı həyata keçirdiyi açıqlanıb.
Tərəflər arasında hərbi və iqtisadi gərginliyin artması qlobal enerji ticarətinin mərkəzi hesab edilən Körfəz bölgəsində ciddi narahatlıqlar yaradır. Ekspertlər isə mümkün yeni addımların regional sabitliyi daha da kövrəkləşdirə biləcəyi barədə xəbərdarlıq edirlər.
Tahir TAĞIYEV