İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ prezidenti Trampın İran neft obyektlərinin "üç günü qalıb" iddiasına sosial mediada istehza ilə cavab verib.
Qalibaf öz paylaşımında bildirib: "Üç gün keçib və heç bir quyu partlamayıb. Biz bunu 30 günə qədər uzada və quyunu burada canlı yayımlaya bilərik".
ABŞ maliyyə naziri Skott Bessentin blokada ilə bağlı açıqlamalarına da toxunan Qalibaf, neftin qiymətinin 140 dollara qalxacağını bildirib: "Bu, ABŞ administrasiyasının blokada nəzəriyyəsini müdafiə edən və neft qiymətlərini 120 dollardan yuxarı qaldıran Bessent kimi insanlardan aldığı cəfəngiyatdır. Növbəti dayanacaq: 140 dollar. Problem nəzəriyyədə deyil, mentalitetdədir".
Tahir TAĞIYEV