Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərb İT nəhənglərinin xalqları və ölkələri sıralamaq və ayırmaq yanaşmalarını Üçüncü Reyxin ideologiyası ilə müqayisə edib. 30-cu Rusiya İnternet Forumunda (RIF) çıxış edən diplomat qeyd edib ki, Qərb İT nəhəngləri insanlara fərqli baxırlar; onlar üçün müasir anlayışlar etika və əxlaq qədər köhnəllib. Zaxarova əlavə edib ki, belə bir cəhd artıq 1930-cu illərdə Mərkəzi Avropada edilmişdi, o zaman Üçüncü Reyxin doktrinal sənədlərində mövcudluğuna son qoyulmalı olan bütöv ölkələrin və xalqların olduğu irəli sürülmüşdü.
SAMİRƏ