şənbə günü, 26 sentyabr 2026
     

9 May Moskva paradlarında ilk dəfə hərbi texnikaya "qadağa"...

Image


Azad İsazadə: "O "möhtəşəm texnikanı" dronlar vasitəsilə asanlıqla məhv etmək olur"

Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsi başlayandan bəri ilk dəfə olaraq 9 mayda Moskvanın Qırmızı Meydanında keçiriləcək paradda hərbi texnika iştirak etməyəcək. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi idarənin bildirdiyinə görə, parad mövcud əməliyyat şəraitinə görə qısaldılıb.

Nazirlik qeyd edib ki, silahlı qüvvələrin bütün qoşun növlərinin və ayrı-ayrı qollarının ali hərbi təhsil müəssisələrinin hərbçiləri paradda piyada dəstəsinin tərkibində iştirak edəcəklər. Eyni zamanda mövcud əməliyyat şəraiti ilə əlaqədar Suvorov və Naximov hərbi məktəblərinin və kadet korpusunun tələbələri də Qırmızı Meydanda keçiriləcək paradda iştirak etməyəcəklər.

Bununla belə, paradda döyüş təyyarələrinin iştirakı baş tutacaq. Paradın aviasiya hissəsi zamanı Rusiya akrobatik nümayiş təyyarələri Qırmızı Meydan üzərindən uçacaq və paradın sonunda Su-25 hücum təyyarələrinin pilotları Moskva səmasını Rusiya bayrağının rənglərinə boyayacaqlar.

Müdafiə Nazirliyi parad planlarına nəyin təsir etdiyini dəqiqləşdirməyib. Buna səbəb nə ola bilər?

Rəsmi izahat "mövcud əməliyyat şəraiti" kimi verilsə də, bu ifadənin arxasında bir neçə real səbəb ola bilər.

Ən güclü ehtimal texnika çatışmazlığıdır. Üç ildir davam edən müharibədə Rusiya çoxlu sayda tank, zirehli maşın və artilleriya itkisi verib. Qərb kəşfiyyat məlumatlarına və açıq mənbə analizlərinə görə itkilər minlərlə vahidlə ölçülür. Qırmızı Meydanda nümayiş etdirilə bilən, yəni texniki cəhətdən saz və vizual baxımdan təsirli olan texnikanın sayı azalıb. Köhnə, zədəli və ya cəbhədən geri çəkilmiş texnikanı paradda göstərmək isə əksinə zəiflik işarəsi olardı.

İkinci ehtimal Ukrayna tərəfinin dron hücumu riskidir. Son illərdə Ukrayna uzaq məsafəli dronları Moskva daxil olmaqla Rusiyanın dərinliklərindəki hədəflərə çatdırmağı bacarıb. Qırmızı Meydanda toplanan ağır texnika kütləsi potensial hədəf kimi cazibədar ola bilər. Texnikanı Moskvaya gətirmək, saxlamaq və geri aparmaq prosesi ciddi lojistik risk daşıyır.

Üçüncüsü, texnikanın cəbhədən çəkilməsi problemidir. Paradda iştirak edən tank və zirehli maşınlar aylarla hazırlıq, texniki baxım və nəqliyyat tələb edir. Müharibə dövründə bu resursları cəbhədən çəkib Moskvaya yönəltmək hərbi baxımdan əsaslandırılması çətin olan bir addımdır.

Paradın tam ləğv edilməməsi, yalnız qısaldılması isə siyasi cəhətdən mühümdür. 9 May Rusiyada ən simvolik dövlət bayramıdır, onu keçirməmək daxili siyasi baxımdan çox ağır qiymət olardı. Buna görə piyada dəstəsi və aviasiya hissəsi saxlanılıb, ağır texnika isə aradan çıxarılıb.

Hərbi ekspert Azad İsazadə "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, fikrimcə, Moskvada 9 May paradının formatının dəyişdirilməsinin əsas səbəbi Ukrayna dronlarının hücum təhlükəsi ilə bağlıdır. “Texnika nümayişinin ixtisarının səbəbi isə ondan ibarətdir ki, o “möhtəşəm texnikanı” dronlar vasitəsilə asanlıqla məhv etmək olur. Ona görə də bu nümayiş gülünc olardı. Yəni ən güclü texnikası olan rus ordusu cəbhədə heç nə edə bilmir, amma paradda bu texnika ilə “əzələ nümayiş etdirir”. Bu psixoloji məqam da təsir edib. Amma əsas məsələ dron təhlükəsidir. Bayram günündə psixoloji sarsıntı keçirmək istəmirlər”, - deyə ekspert vurğulayıb.

Azad İsazadə qeyd edib ki, bu günlərdə Putin Trampla söhbəti zamanı təklif edib ki, 9 Mayda qəti atəşkəs elan edilsin. “Deməli, doğrudan da nələrsə edirlər ki, 9 May günü döyüş və havada dron aktivliyi olmasın. Özü də paradda döyüş qoşunları deyil, daha çox hərbi təhsil ocaqlarının kursantları iştirak edəcək. Hətta iki hərbi liseyin – Suvorov və Naximov adına hərbi liseylərin şagirdləri bu parada qatılmayacaq. Yəni paradın müddəti və formatı kiçildiləcək”, - deyə o əlavə edib.

Hərbi ekspert onu da qeyd edib ki, sovetlər dönəmində paradlar yalnız 10 ildən bir, qələbənin yubileylərində keçirilirdi. “Stalin dönəmində ümumiyyətlə keçirilmirdi. Xruşşov dönəmindən bəri 1965, 1975 və 1985-ci illərdə, yəni 3 dəfə 9 May Qələbə Günü münasibətilə parad keçirilib. Rusiya hər il parad keçirmək ənənəsinə Putinin prezidentlik dönəmində başlayıb”, - deyə Azad İsazadə fikrini yekunlaşdırıb.

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ