ABŞ Müharibə Nazirliyinin dalana dirənmiş danışıqları yenidən başlatmaq üçün İrana qarşı "qısa, lakin güclü" hücum dalğası planlaşdırır. Hazırda ABŞ-ın İrana qarşı yeni hücum planlarını dəyərləndirdiyi iddia edilir.
ABŞ mətbuatı adı açıqlanmayan mənbələrə istinadən yazır ki, ABŞ prezidenti Trampın Mərkəzi Komandanlığın (CENTCOM) komandanı Bred Kuperdən İrana qarşı mümkün hərbi əməliyyatla bağlı yeni planlar barədə brifinq alacağı gözlənilir.
Bildirilir ki, CENTCOM dalana dirənmiş danışıqları yenidən başlatmaq məqsədilə İranın mülki infrastruktur obyektlərini də hədəf alacaq "qısa və güclü" hücum dalğası üçün plan hazırlayıb. CENTCOM-un Trampa brifinqində Hörmüz boğazının bir hissəsinin nəzarətə götürülməsi və kommersiya gəmiçiliyi üçün yenidən açılmasının da yer alacağı bildirilən xəbərdə, mənbələrə istinadən belə bir əməliyyata quru qüvvələrinin də cəlb edilə biləcəyi iddia edilir.
Brifinqdə müzakirə ediləcək digər bir plan İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatını ələ keçirmək üçün xüsusi təyinatlı qüvvələrin əməliyyatıdır.
Mənbələr bildirir ki, bütün bunlara baxmayaraq, Tramp hazırda blokadanı əsas təsir vasitəsi kimi görür, lakin İran yenə də buna əməl etməsə, hərbi əməliyyatları nəzərdən keçirəcək. Digər bir tərəfdən, İranın bölgədəki ABŞ qüvvələrinə qarşı hərbi əməliyyatlarla cavab vermə ehtimalı da nəzərdən keçirilir.
Tahir TAĞIYEV