şənbə günü, 26 sentyabr 2026
     

Bədnam şöhrətli prokuror Okampo - Qafqazda sülhə qarşı "erməni qaşığı"...

Image


Erməni lobbisinin dəstəyi və çox vaxt da təlimatı əsasında fəaliyyət göstərən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun ortaya çıxan videokadrları bu şəxsin iç üzünün ifşasında müstəsna önəmə malikdir. Yayılan videolarda onun Avropa strukturlarına təsir göstərmək, xüsusilə Azərbaycanla əməkdaşlıq mexanizmlərini zəiflətmək və ya ləğv etdirmək, Cənubi Qafqaz regionunda sülhə təhdid planlardan bəhs olunur.

Yayılan materiallar isə göstərir ki, bəzi hallarda Avropadakı sistem yalnız siyasi maraqlar üzərində deyil, həm də şəxsi əlaqələr və lobbi şəbəkələri üzərində qurulub. Bu isə Avropa institutlarının tez-tez iddia etdiyi “şəffaflıq” və “ədalət” prinsiplərini ciddi şəkildə şübhə altına alır. Daha diqqətçəkən məqam isə yayılan videoda səsləndirilən fikirlərin məzmunudur. Burada siyasi proseslərə təsir etmək, hətta konkret ölkədə hakimiyyət dəyişikliklərinə yönəlmiş planlardan açıq şəkildə danışılır. Bu isə artıq adi lobbiçilikdən kənara çıxaraq, birbaşa siyasi müdaxilə və manipulyasiya kimi qiymətləndirilə bilər. Videoda Avropa institutları ilə bağlı səsləndirilən iddialar isə daha ciddi suallar doğurur. Xüsusilə Josep Borrell və Ursula von der Leyen kimi yüksək vəzifəli şəxslərin adlarının bu kontekstdə çəkilməsi Avropa İttifaqının qərar qəbuletmə mexanizmlərinin nə dərəcədə müstəqil və şəffaf olduğu barədə şübhələri artırır. Əgər bu cür iddialar həqiqət payı daşıyırsa, bu, artıq təkcə etik problem deyil, bu, institusional böhran əlamətidir. “Minval Politika”nın əldə etdiyi videogörüntülərdən məlum olur ki, Okampo, onun oğlu Tomas, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə keçmiş ali nümayəndəsi Jozef Borrel bu müstəvidə ABŞ və Avropada erməni diasporunun maliyyə dəstəyi ilə özlərinə biznes qurublar, Aİ-yə təsir mexanizmləri əldə ediblər. Videogörüntülərin mətnini diqqət edək:
Luis Moreno Okampo: Əgər mənim bu cür işlərlə məşğul olan bir şirkətim olsa, biz bunları maya dəyərinə edə bilərik. Məsələn, hazırda komandamda çox güclü bir mütəxəssis var - o, vaxtilə Avropa Parlamentinin üzvü olub. O, hüquqi məsləhətçisi idi
Həmsöhbət: Borrell?
Luis Moreno Okampo: Hə, Josep Borrell. Deməli, bu şəxs indi mənim üçün Avropa Parlamentində çalışır. Və orada - Avropa Parlamentində mən müraciət edə, etiraz edə, birbaşa suallar ünvanlaya və Ursula von der Leyenə təzyiq göstərə bilərəm, beləcə Avropa siyasətinə təsir etmək mümkündür. … Bundan başqa bir məsələ də ortaya çıxıb - əvvəllər bilmədiyim bir şey. Tamamilə yenidir: Avropa Ədalət Məhkəməsi çərçivəsində Komissiyanı Azərbaycanla bağlanmış müqavilənin ləğvinə məcbur etmək üçün bir iş qaldırılıb. Səbəb isə odur ki, müqavilədə Azərbaycanın insan hüquqlarına riayət etməsini tələb edən bənd var və iddiaya görə bu şərtə əməl olunmur. Beləliklə, mən özüm üçün yeni bir fəaliyyət sahəsi açmış oluram. Niyə bu məhz indi vacibdir? Çünki Avropa İttifaqı hazırda daha böyük əhəmiyyət daşıyır - Donald Tramp artıq müəyyən mənada, məhdudiyyətləri aradan qaldırır. Biz artıq hazırlanmış bir xətt üzrə irəliləyirik. Təzyiqi artırırıq və mən bunu ABŞ-dakı erməni lobbisi ilə birlikdə edəcəyəm. Beləliklə, biz orada daha real, həyata keçirilə bilən bir istiqamətdə təkan veririk. Mən divarı dağıtmalı deyiləm - qapı artıq açıqdır, biz sadəcə onu açırıq.
Tomas Moreno Okampo (oğlu): Bizim işimiz insanları koordinasiyasını təşkil etmək idi ki, onlara "baxın, görün nələr baş verir" deyib hamını məlumatlandıraq. Nələrin baş verdiyini anlamalarına kömək etmək. Məsələn, bu gün bir görüş oldu. Bu gün aktivistlərlə, iş adamları ilə, bu iş üzərində çalışan insanlarla, ümumilikdə ermənilərlə bağlı vəziyyət üzrə işləyənlərlə görüş var idi, düzdür? Dağlıq Qarabağ erməniləri ilə bağlı. Onlardan biri, gənc bir qadın, sosial media kampaniyasına rəhbərlik edir - çünki Ermənistanda hazırda böyük bir qarışıqlıq var. Seçkilərlə bağlı daxili mübahisələrin olduğu dərin qarışıqlıq. Beləliklə, bizim nail olmalı olduğumuz şey Paşinyanın, baş nazirin hakimiyyətdən uzaqlaşdırılmasıdır.
Həmsöhbət: Prezidenti?
Tomas Moreno Okampo: Biz onu uzaqlaşdırmalıyıq.
Bunlar bir daha təsdiq edir ki, adıçəkilən şəxslərin Azərbaycana qarşı təhdid və təzyiqlərinin əsl səbəbi fundamental insan hüquqları yox, tutduğu vəzifədən, qurduğu əlaqələrdən istifadə edərək dövlətlərarası münasibətlərə neqativ təsir göstərməklə, Avropa İttifaqı, onun parlamenti və digər beynəlxalq qurumlara təsir etməklə sərvət əldə etməkdir. Bunlar həm də onu təsdiq edir ki, sabiq muzdlu prokuror erməni lobbisindən aldığı maddi nemətlər hesabına başqalarını da öz korrupsiya, nüfuz alveri əməllərinə cəlb edir. Beləliklə, Okampo erməni lobbi dairələrinin maliyyə və siyasi dəstəyi ilə regionda gedən proseslərə təsir göstərməyə yönəlmiş kampaniyada iştirak edən əsas fiqurlardan biridir. Bu kampaniyanın hədəfinin yalnız Azərbaycan deyil, ümumilikdə regional sabitlik olduğu da açıq görünür. Bu proseslərə bəzi Avropa siyasi dairələrinin və müxtəlif maliyyə mərkəzlərinin cəlb olunması da çox maraqlıdır. İddialarda adı hallanan şəxslər sırasında anti-Azərbaycan mövqeyi ilə yaxşı tanınan Josep Borrell də yer alır. Onun və ətrafının bu proseslərdə mümkün rolu barədə səsləndirilən fikirlər Avropa İttifaqının qərarvermə mexanizmlərinin obyektivliyi və müstəqilliyi ilə bağlı müzakirələri daha da dərinləşdirir. Bununla yanaşı, müxtəlif Avropa Parlamenti üzvləri və Aİ rəsmilərinin də bu kampaniyada iştirakına dair iddiaların mövcud olduğu bildirilir. Maliyyə dəstəyi ilə bağlı isə diqqət əsasən Rusiyada yaşayan erməni mənşəli iş adamlarının üzərinə yönəlir. Bu kontekstdə Samvel Karapetyan və Ruben Vardanyan kimi şəxslərin adları yenə ön plandadır. Videoda Ermənistanın daxili siyasi vəziyyəti və hakimiyyət dəyişikliyi ehtimalları ilə bağlı açıq müzakirələrin aparılması da ayrıca diqqət cəlb edir. Bu isə məsələni təkcə informasiya müharibəsi çərçivəsindən çıxararaq, birbaşa siyasi müdaxilə iddiaları səviyyəsinə yüksəldir. Bununla yanaşı, daha əvvəl Avropa İttifaqının Ermənistana yönəlik “hibrid təhdidlərə qarşı mübarizə” məqsədilə təşəbbüslər irəli sürməsi də diqqət çəkir. Bəzi yanaşmalara görə, bu təhdidlərin formalaşmasında hansı qüvvələrin rol oynadığı sualı açıq qalır və Avropa institutlarının özlərinin bu proseslərdə dolayı iştirak ehtimalları müzakirə olunur. Hətta bəzi sənədlərdə istifadə olunan ritorikanın fərqli geosiyasi mərkəzlərin mövqeləri ilə üst-üstə düşməsi əlavə suallar doğurur. Ümumilikdə, bu iddialar Avropa siyasi institutlarında şəffaflıq, lobbiçilik və təsir mexanizmlərinin real miqyası barədə ciddi müzakirələr üçün zəmin yaradır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ