Cümə günü, 06 noyabr 2026
     

“XI ordunun işğalında Türkiyə - Rusiya yaxınlaşmasının rolu” məsələsinə münasibət

Image


Bolşeviklər Türkiyəni də sovetləşdirmək istəyirdilər

Qafqaz İslam Ordusu 1918-ci il Mudros müqaviləsinin şərtlərinə görə Azərbaycandan çıxarılsa da, Xəlil Paşa kimi bir çox hərbiçilər vətənə qayıtmadı. Onlar Türkiyənin mübarizə apardığı Antanta qarşı mübarizə aparmaq üçün bolşeviklərlə əməkdaşlığa üstünlük verdilər. Çünki bu dövrdə Rusiyada gedən vətəndaş müharibəsində bolşeviklər də Antantanın müdafiə etdiyi ağqvardiyaçılara qarşı mübarizə aparırdılar.

Yəni tale elə gətirmişdir ki, 1918-ci ilin oktyabrında sonra Azərbaycan Xalq Cümhuriyyətini işğal etməyə can atan bolşevik Rusiyası ilə Türkiyənin ümumi düşmənə qaşı mübarizədə mənafeyi üst-üstə düşmüşdü. Belə bir siyasi şəraitdə Türkiyə 1918-ci ilin iyun-oktyabr aylarında olduğu kimi Azərbaycan Xalq Cümhuriyyətini müdafiə etmək iqtidarında deyildi.

Faktlar sübut edir ki, I dünya müharibəsində məğlub olmuş, dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşmiş qardaş Türkiyənin məcburiyyət üzündən Sovet Rusiyası ilə yaxınlaşması da Azərbaycan istiqlalının itirilməsində müəyyən rol oynamışdı.

Bəzi tədqiqatçılar bu məsələdə Ankara hökumətinin RSFSR hökumətinə ilk rəsmi müraciəti olan, Mustafa Kamal Atatürkün V.İ.Leninə 1920-ci il 26 aprel tarixli məktubuna istinad edərək işğalda bunun mühüm rol oynadığını iddia edirlər. Məktubda deyilir: “...Sovet qüvvələri Gürcüstana qarşı hərbi əməliyyata başlamaq və ya diplomatik yolla, öz nüfuzu vasitəsilə Gürcüstanı ittifaqa daxil olmağa məcbur etsə, ingilisləri Zaqafqaziyadan qovmağa çalışsa, Türkiyə imperialist Ermənistana qarşı hərbi əməliyyatları öz üzərinə götürür və Azərbaycan Cümhuriyyətini Sovet dövləti dairəsinə girməyə məcbur etməyi öhdəsinə alır”.

Bunun müqabilində Türkiyə sovet Rusiyasından ilk yardım kimi qızılla 5 milyon türk lirəsi, həcmi və miqdarı danışıqlar zamanı müəyyən ediləcək silah və sursat, həmçinin bəzi hərbi texniki vasitələr, tibb-sanitariya materialları və ərzaq xahiş edirdi. Tərkibində keçmiş Türkiyə hərbi əsirlərindən təşkil olunmuş hərbi hissələr olan XI Ordunun Bakıdan yan keçməklə, Antanta qoşunlarına qarşı mübarizə aparmaq üçün Qarabağ və Ermənistandan keçərək Anadoluya gəlməsi nəzərdə tutulurdu. Buna görə də Azərbaycanın sovetləşməsi xəbəri Ankarada böyük razılıq hissilə qarşılandı. Uzağa gedən geosiysi məqsədlərini həyata keçirməyə çalışan sovet Rusiyası isə, öz növbəsində, hər vasitə ilə hərbi-strateji cəhətdən çox mühüm olan region ilk növbədə, Bakı neft sənaye rayonunu ələ keçirməyə, Yaxın və Orta Şərqin qapısında möhkəmlənməyə çalışırdı.

Bəziləri bu məktuba istinad edərək Mustafa Kamal Atatürkə qarşı müxtəlif itihamlar səsləndirilər. Lakin nəzərə almaq lazımdır ki, Mustafa Kamal Atatürkün V.İ.Leninə 1920-ci il 26 aprel tarixli məktubu Rusiyaya işğaldan çox gec çatdığından bu məktubun işğalda mühüm rol oynadığını iddia etmək məntiqə uyğun deyil.

Bundan başqa bir çox tədqiqatçılar bu iddiaları irəli sürərkən Türkiyənin həmin dövrdəki vəziyyətini nəzərə almaması təəssüf doğurur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və ayaqda qalmasında qardaş Türkiyənin mühüm rolu danılmazdır. Lakin hələ də əksəriyyət bilmir ki, 1918-ci ilin Azərbaycan Xalq Cümhuriyyətinə köməyə gələn Osmanlı Türkiyəsinin digər problemləri ilə yanaşı qoynunda qara yara olan, “Ərzincan Şurası” və ya digər adı “Ərzincan Sovet Respublikası” olan saxta, qondarma erməni-bolşevik qurumu olmuşdur. Azərbaycan tarixşünaslığında diqqətdən kənarda qalmış mövzulardan biri də məhz “Ərzincan Sovet Respublikası (1916-1921)” mövzusudur. Fikrimizcə müasir dövrdə Osmanlı Türkiyəsində və Azərbaycan Xalq Cümhuriyyətində 1918-ci ildə baş vermiş hadisələrə münasibət bildirərkən mütləq o dövrün reallıqlarını nəzərə almaq lazımdır.

Bundan başqa bolşeviklər Türkiyədə də sovet respublikası qurmağı, etiraz edəcəyi təqdirdə Mustafa Kamal Atatürkün Ənvər Paşa ilə əvəz edilməsi ilə də bağlı planları var idi. Bakıda 1920-ci ilin sentyabrında keşirilmiş Şərq xalqlarının qurultayında Ənvər Paşanın rəhbərliyi ilə Türkiyənin nüfuzlu nümayəndə heyətinin iştirakına şəraitin yaradılması da bu məqsədə xidmət edirdi. Aprel işğalından az sonra Bakıda I Şərq xalqları qurultayının keçirilməsində də əsas məqsəd şərq xalqlarını bolşeviklərin vədlərinə olan inamını artırmaq və inqilabı şərq ölkələrinə ixrac etmək üçün sovet Azərbaycanından dayaq nöqtəsi kimi istifadə etmək idi. 1920-ci il sentyabrın 1-7-də keçirilmiş qurultaya 1891 nümayəndə - Qafqaz, Orta Asiya, Əfqanıstan, Misir, Hindistan, Çin, Koreya, Suriya, Türkiyə, Yaponiya və digər ölkələrdən 37 millətin nümayəndəsi gəlmişdi. Nümayəndələrin 55 nəfəri qadın idi. Şərq xalqlarının birinci qurultayı aşağıdakı məsələləri müzakirə etdi: beynəlxalq vəziyyət və şərqin zəhmətkeş kütlələrinin vəzifələri, milli məsələ, müstəmləkə məsələsi, aqrar məsələ, şərq ölkələrində sovet quruculuğu haqqında və s.

Bolşeviklər Türkiyənin sovetləşməsinə razı olmayacağı təqdirdə Mustafa Kamal Paşanın digər rəhbərlə, Şərq Xalqları qurultayında iştirak etmiş Ənvər paşa ilə əvəz etməyi də planlaşdırmışdılar. Hətta Ənvər Paşanın bunun üçün Batuma da göndərmişlər. Lakin Mustafa Kamal Paşanın uzaqgörən siyasəti nəticəsində Sovet Rusiyasının bu məkirli niyyəyi baş tutmadı.

1920-ci il avqustun 14-də Ərzurum millət vəkillərinin sorğularına cavab olaraq M.Atatürk demişdir: “Əfəndilər, etdikləri yardım X və XI ordularını açıqdan-açığa Qafqaza, Şərq cəbhəsinə parçalamaq oldu. Bu ordular bizim istiqamətimiz, təsirimiz və xidmətimiz sayəsində asanlıqla ġimali Qafqazı keçib Azərbaycana gəldilər.”

Faktlar sübut edir ki, bolşeviklərin heç zaman sözü ilə əməlləri uyğun gəlmədiyinə görə bu ideologiya ürəkdən inan Nəriman Nərimanov kimi şəxsiyyətlərin həyatı faciə ilə nəticələnmişdi. Ənvər Paşa və tərəfdarlarının da taleyi bu cür olmuşdu. O, bolşeviklərin riyakar siyasətini gördükdən sonra yaxın silahdaşı, şair Abdulla Şaiqin böyük qardaşı, albay Yusif Ziya Orta Asiyaya gedərək sovet hakimiyyətinə qarşı mübarizəyə rəhbərlik etdilər və bu mübarizədə şəhid oldular.

Yekun olaraq qeyd etmək lazımdır ki, qardaş Türkiyə 1918-ci ilin iyun-oktyabrında olduğu kimi 1920-ci ilin aprelində də gücü və imkan olsayda Azərbaycan istiqlalını müdafiə edərdi. Dövlətçiliyini itirilmək təhlükəsi ilə üzləşən qardaş ölkə Antata qüvvələrinə qarşı təkbaşına mübarizə aparankən bolşevik Rusiyası ilə yaxınlaşması buna imkan vermədi.

Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycandan səlahiyyətli nümayəndə heyətinin 1-10 noyabr 1991-ci il tarixdə Türkiyəyə rəsmi 10 günlük səfəri, fikrimizcə, çağdaş tariximizə “Azərbaycanın istiqlalının tanınması uğrunda 10 günlük gərgin mübarizə” günləri kimi daxil olmalıdır. Nümayəndə heyətinin başçısı Türkiyədəki rəsmi görüşlərində bildirmişdi: “Bizim Azərbaycanı tanıması üçün Türkiyəyə müraciət etməyə haqqımız var. Birincisi, biz qardaş xalqıq. İkincisi, Türkiyənin müstəqilliyi, Cümhuriyyətin qurulub yaşaması 1920-ci ildə Azərbaycanın müstəqilliyinə göz yumulması ilə saxlanmışdı...” [ “Ortadoğu” qəz., Türkiyə Cümhuriyyəti

3 noyabr 1991; “Milliyət” qəz., Türkiyə Cümhuriyyəti, 9 noyabr 1991; 42, 16 sentyabr 1995]

Nümayəndə heyəti başçısı görüşlərdə bildiridi ki, biz 1920-ci ildə qardaşa görə qurban verilmişik, indi qardaş öz borcunu qaytarmalıdır.

İntensiv danışıqların nəticəsində qardaş Türkiyə 1991-ci ilin noyabrında bu borcu qaytararaq Azərbaycanın istiqlalının tanıyan ilk dövlət kimi tarixə düşdü.

Məhərrəm ZÜLFÜQARLI
Tarix elmləri doktoru, professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ