Cümə günü, 06 noyabr 2026
     

Qəhrəman kəşfiyyatçı

Image


(Birinci yazı)

Vətən müharibəsi (el dilində II Qarabağ müharibəsi) ilə bağlı (mənbələrə istinad edərək) qısa təfərrüata varaq. Məlumdur ki, XX əsrin 80-90-cı illərində Ermənistan açıq formada Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları irəli sürdü və ölkəmizə qarşı hərbi təcavüzə başladı.

Bəllidir ki, həmin dövrdə Azərbaycanda hərc-mərclik hökm sürürdü və Ermənistan bundan istifadə edərək torpaqlarımızın 20%-ni işğal etdi, etnik təmizləmə siyasəti yürüdərək 1 milyondan artıq azərbaycanlını doğma yurd-yuvalarından didərgin saldı. Bundan daha pisi o idi ki, Azərbaycana qarşı (edilən) hərbi təcavüzün nəticələrinin aradan qaldırılması, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv möv­qeyi səbəbindən nəticə vermədi. Belə anlaşıldı ki, bəzi avropa ölkələri və düşmən ölkənin “əbədi” havadarları olan dövlətlər də Azərbaycana qarşı barışmaz mövqedə imişlər... Bu üzdən Ermənistan 1988-1994-cü illərdə baş verən qanlı situasiyaların çoxunda qalib görkəm nümayiş etdirdi, torpaqlarımız ard-arda işğala məruz qaldı, xalqımız minlərlə şəhid verdi...

Hətta 2019-cu ildən başlayaraq (da) Ermənistan hərbi-siyasi rəhbərliyi havadarlarına arxalanaraq bir-birinin ardınca təxribatçı bəyanatlar verdi, iyrənc addımlar atmaqla danışıqlar prosesini məqsədyönlü şəkildə (tamamilə) pozdu, ara-sıra sülh addımı atmaq istəyənlərə aşkar mane oldu. Bununla Ermənistan (bir daha) əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirmək və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirdi. Məhz bu çirkin niyyətlər üzündən Azərbaycan torpaqları 30 ilə yaxın erməni işğalında mələr qaldı...

Bilirik ki, Ermənistanın (yalançı) andı da, qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası da Azərbaycan torpaqlarını əbədi öz tərkibində saxlamaq idi. Buna görə bu düşmən dövlət ilk anlardan işğal etdiyi ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti apardı, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı etdi, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratdı, nəhayət, 12 iyul 2020-ci ildə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətdi, bütövlükdə, qoşunların təmas xəttində gərginliyi artırdı, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirdi, böyük həcmdə silah-sursat topladı. Bu, o anlama gəlirdi ki, Ermənistan ölkəmizə qarşı genişmiqyaslı hücuma hazırlaşır. Bütün bunlara baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə qəti həll olunması naminə böyük səbr və təmkin nümayiş etdirdi. Er­mənistan silahlı qüvvələri bu yumşaq münasibətdən sui-istifadə edərək 27 sentyabr 2020-ci ildə beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozdu, müxtəlif növ silahlardan, o cümlədən, ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutdu, törətdikləri növbəti hərbi təxribatlarla mülki şəxslər və hərbçilərimizi qətlə yetirdi. Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu xain həmlələrə cavab olaraq Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə ölkəmizin milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısını almaq və bu təxribatları zərərsizləşdirmək məqsədilə əks-hücum əməliyyatlarına başladı. Nəzərə çatdıraq ki, Ordumuz əks-hücum əməliyyatlarını özünəməxsus mədəniyyət və müharibə qanunları çərçivəsində həyata keçirdi. Əlbəttə, əgər düşmən ard-arda təxribatlarla hücuma keçmişdisə, dərhal Təhlükəsizlik Şurasının iclası keçirilməli və təcavüzkara adekvat cavab verilməli idi; Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə təcili belə bir iclas keçirildi, konkret tapşırıqlar verildi...

Məlumdur ki, Ermənistan hərbi birləşmələri sentyabrın 27-ə qədər ölkəmizə qarşı dəfələrlə aşkar şəkildə hücum təhlükəsi yaratmışdı və Azərbaycan Ordusu bu real silahlı hücumu dəf etməli idi. Buna görə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi, 28 sentyabr 2020-ci il tarixli Sərəncam ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan olundu, hərbi əməliyyatlara hazırlıq və onların keçirilməsinə dair qərarlar qəbul edildi.

Yəni, Azərbaycan Ordusu müharibənin ilk günündən bir neçə rayonumuzu, eləcə də strateji əhəmiyyətli digər ərazilərimizi işğaldan azad etdi və bu sürətli torpaqazadetmə prosesi xalqımızı tez-tez sevinc hissi ilə coşdurdu. Beləcə, Vətən torpaqlarını sürətlə işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edildi, düşmən canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur oldu.

Erməni xəbisliyi bu dəfə də özünü göstərdi: belə deyək, onlar döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini - yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçdi, müxtəlif növ silahlarla, o cümlədən, artilleriya və ballistik raketlərlə həmin əraziləri atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətdi, mülki şəxsləri vəhşicəsinə qətlə yetirdi, mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurdu. Buna misal olaraq deyək ki, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarımızı ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutdu. Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində təkcə Bərdə rayonunda 29 nəfər həlak oldu, 112 nəfər yaralandı, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi...

Bu, məlum idi, çünki döyüş meydanında Azərbaycanın cəsur oğullarının qarşısından qaçan erməni hərbi birləşmələri acıqlarını insanlığa sığmayan bu cür xain əməllərlə çıxmalı idi və çıxdı da.

Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu cəmi 44 günə, sonradan da lokal xarakterli antiterror əməliyyatları ilə Ermənistanın hərbi birləşmələrini torpaqlarımızdan tamamilə çıxartdı, işğal acısı dadmış ərazilərimizdə üçrəngli bayraqlarımız şövqlə dalğalandı.

Artıq Azərbaycan, qəhrəman oğulların sayəsində öz suverenliyini tam təmin edib. Ən əsası, sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü, noyabrın 8-i isə Zəfər Günü kimi qeyd olunur...

***

Azərbaycan qəhrəmanlar yurdudur. Bu qədim yurd tarixən düşmən hücumundan məhz qəhrəman oğulların hünəri və şücaəti sayəsində qoruna bilib...

Bu gün də Azərbaycanı məhz cəsur oğullar qoruyur...

Onlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin giziri Vüsal Mehdi oğlu Tahirov idi. O, Vətən müharibəsi zamanı torpaqlarımız uğrunda şəhid oldu. Bizim böyük məhəbbət və qürur hissi ilə işlədiyimiz bu kitab məhz Vüsal Tahirova həsr olunub. Burada qəhrəman kəşfiyyatçımızın, sərrast atışları olan snayperçimizin adı və xatirəsi əbədiləşdirilib, haqqında deyilənlər və həyat-döyüş yolunu özündə ehtiva edən fotoları yer alıb.

Vüsal Tahirov daha çox qapalı insan olub. Çox danışmaqla arası olmayıb. Bəlli ki, on kəlmədən (yalnız) ya ikisini, ya da üçünü cavablandırıb. O, daha çox əməli ilə danışıb. Həyat sarayını da gələcəkdə məhz əməl daşları üzərində quracağını düşünüb. Əmin olub ki, boş danışıq insandan enerji qoparır...

Uşaq çağlarında, məktəb illərində, sonra da hərbi xidmətdə hamı onun əməllə danışdığına şahidlik edib. O, deyəcəyi sözü daha çox nəticə ilə göstərib.

Hətta erməni quldurlarına qarşı döyüşəndə də o, susqunluq nümayiş etdirib, hədəflərini doğru-dəqiq atəşlərə məruz qoyub.

Kəşfiyyatçı olduğu vaxtlarda zülmət gecələr Vüsalın ən yaxın sirdaşı olub. O, iç dünyasını bəzən qucağında, daha çox (da) çiynində daşıdığı snayperə açıb, xatirələrini onunla bölüşüb...

(Ardı var)

Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ