ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper İrana qarşı dəniz blokadasını pozmağa çalışan 42-ci ticarət gəmisinin geri qaytarıldığını açıqlayıb.
Blokadanın İrana vurduğu maliyyə ziyanına toxunan Kuper bildirib ki, İran bu günə qədər azı 6 milyarddan məhrum edilib: "Hazırda İran rejiminin sata bilmədiyi 69 milyon barel nefti daşıyan 41 tanker var. Bu, İran rəhbərliyinin məhrum edildiyi 6 milyard dollardan çox gəlir deməkdir. Blokada son dərəcə effektiv işləyir və ABŞ qüvvələri onun tam tətbiqinə sadiqdir".
Tahir TAĞIYEV