şənbə günü, 26 sentyabr 2026
     

İngilis kralından ABŞ konqresində mühüm Ukrayna çağrısı - Tramp çətinliyə düşdü...

Image


Azər Həsrət: "Kral Trampa xatırlatdı ki, ABŞ kimin qurduğu dövlətdir"

Britaniya monarxı Kral III Çarlz aprelin 28-də ABŞ Konqresinin hər iki palatası qarşısında çıxış edib. O, Vaşinqtonu İran və Ukrayna ətrafında yaranmış gərginlik fonunda müttəfiqlərindən üz döndərməməyə və demokratiyanı müdafiə etməyə çağırıb. III Çarlz bildirib ki, qarşılaşdığımız çağırışlar elə böyükdür ki, heç bir ölkə təkbaşına onların öhdəsindən gələ bilməz.

ABŞ-ın Böyük Britaniyadan müstəqilliyinin 250 illiyinin qeyd olunduğu ildə kral xatırladıb ki, iki ölkənin tərəfdaşlığı mübahisədən doğulsa da, möhkəm olub. O, dua etdiyini deyib ki, bu ittifaq ortaq dəyərləri qorumağa davam etsin.

Kral xüsusi vurğulayıb ki, 11 sentyabr 2001-ci il terror aktlarından sonra göstərilən qətiyyət indi Ukraynanı və onun olduqca cəsarətli xalqını müdafiə etmək, həqiqətən ədalətli və davamlı sülhü təmin etmək üçün lazımdır.

Bu, Britaniya monarxının ABŞ qanunverici orqanı qarşısında tarixdə ikinci çıxışıdır. Bundan əvvəl 1991-ci ildə Kraliça II Yelizaveta Konqresdə nitq söyləmişdi.

III Çarlz ABŞ-a həyat yoldaşı Kraliça Kamilla ilə birlikdə bir gün əvvəl gəlib. Prezident Donald Tramp və xanımı Melaniya aprelin 27-də Britaniya kral cütlüyünü Ağ Evdə qəbul edib. Təntənəli qəbulda Tramp deyib ki, ABŞ müstəqillik qazanandan bəri amerikalıların britaniyalılardan daha yaxın dostu olmayıb. O, London və Vaşinqton arasındakı “xüsusi münasibətləri” xatırladıb və Britaniya silahlı qüvvələrini tərifləyib, ABŞ və Böyük Britaniyanın istənilən digər iki ölkədən daha yaxşı birgə döyüşdüyünü qeyd edib.

Beləliklə, Tramp Böyük Britaniyaya münasibətdə ritorikasını xeyli yumşaldıb. Son iki ayda Amerika prezidenti Birləşmiş Krallığı və digər NATO müttəfiqlərini İranla müharibədə ABŞ və İsraili dəstəkləmək istəmədiklərinə görə dəfələrlə tənqid etmişdi.

Kral III Çarlzın ABŞ-a səfəri dörd gün davam edəcək. Səfər aprelin 25-də Vaşinqtonda Trampın iştirakı ilə keçirilən şam yeməyində baş verən atışma səbəbindən gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçirilir.

Kral III Çarlzın Vaşinqton səfəri Trampın İran və Ukrayna siyasətində hansı dəyişikliklərə səbəb ola bilər?

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, Britaniya kralı III Çarlzın ABŞ-a səfəri və Konqresdəki çıxışı Vaşinqtonun siyasətinə bu və ya digər şəkildə təsir edəcək.

“Çünki kral mövqeyini olduqca açıq şəkildə ifadə etdi. Zarafatyana da olsa, o, Donald Trampa xatırlatdı ki, biz olmasaydıq siz indi ingiliscə danışmırdınız. Kral Trampa xatırlatdı ki, əslində ABŞ kimin qurduğu dövlətdir və bu dövlətin bu səviyyəyə gəlib çatmasına görə kimə minnətdar olmalısınız. Fikrimcə, bu, Donald Trampa təsir etmək üçün ən yumşaq və nəzakətli yol idi, bunu da kral etdi. ABŞ bundan sonrakı mərhələdə Böyük Britaniya ilə bağlı siyasətində, Tramp isə ritorikasında bir qədər diqqətli olacaq”, - deyə şərhçi vurğulayıb.

Azər Həsrət qeyd edib ki, ümumiyyətlə Donald Tramp İran hərəkatı fonunda həqiqətən də Avropa ölkələrinə qarşı çox sərt mövqedən çıxış edir. “Yeri gəlmişkən, Tramp dünən gecə də bir paylaşım edərək Almaniyadakı hərbi qüvvələrin sayını azaltmaq və nəticədə ölkədən çıxmaqla bağlı anons verdi. Yəni mərhələlərlə Almaniyada şəxsi heyətin sayını azaldacağını və sonda oradan çıxacağını deyir. Bu ritorikanın arxasında dayanan odur ki, Donald Tramp İran müharibəsində Avropa ölkələrinin ona dəstək verməmələrindən narazıdır”, - deyə o əlavə edib.

Şərhçinin sözlərinə görə, iki gün əvvəl Donald Tramp yenə bir paylaşım edərək Almaniya kansleri Fridrix Mersin İranın nüvə silahı əldə etməsinin problem olmayacağı barədə fikirlərini tənqid edib. “O xatırlatmışdı ki, əgər İran kimi təcavüzkar bir ölkənin əlində nüvə silahı olsa, dünya çox ciddi təhdidlə üz-üzə qalar. Yəni Mers İranın nüvə silahına malik olmasına etiraz etmədiyini ifadə edibmiş. Belə hadisələrin fonunda kralın ABŞ-a səfər etməsi, Amerika parlamentində çıxış etməsi, bu cür açıq ifadələr işlətməsi bir növ Donald Trampa çağırışdır, xatırlatmadır ki, bu qarışıq dünyada Avropaya, özəlliklə də Birləşmiş Krallığa qarşı ifadələrdə diqqətli olmaq lazımdır”, - Azər Həsrət bildirib.

O hesab edir ki, ümumiyyətlə, Böyük Britaniya dünya siyasətində yetərincə praqmatik davranan bir dövlətdir, bəzən ortada görünməsələr də, onların hər yerdə barmağı var. “Əminəm ki, İran müharibəsində də bu və ya digər şəkildə onların rolu var. Sadəcə olaraq, görünür Trampın ifadələri onlar üçün yerinə düşməyib. Ona görə də məsələyə kral səviyyəsində bu cür reaksiya verildi. Bu yanaşma Trampın İran siyasətində ciddi bir dəyişikliyə səbəb olmayacaq. Çünki İranla bağlı məsələ aydındır, rejim dəyişməli və nüvə silahından imtina edilməlidir. Amma Ukrayna məsələsində Tramp bir qədər əvvəlki ritorikadan imtina etməli olacaq. Yəni Tramp Ukraynanı taleyin hökmünə buraxmaq xəttindən geri çəkilməli olacaq”, - deyə siyasi şərhçi fikrini yekunlaşdırıb.

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ