şənbə günü, 26 sentyabr 2026
     

Tramp İran üzrə yeni planını işə salır...

Image


Tofiq Abbasov: "Tramp İrana psixoloji təzyiqlər göstərir"

"The Wall Street Journal" qəzeti çərşənbə axşamı, 28 aprel tarixində adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən yazır ki, ABŞ prezidenti Donald Tramp köməkçilərinə İrana qarşı uzunmüddətli blokada hazırlamağı tapşırıb. Onların sözlərinə görə, bir gün əvvəl milli təhlükəsizlik komandası ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edərkən Tramp İran iqtisadiyyatına təzyiqi davam etdirməyi və gəmilərin limanlarına girməsinin və ya çıxmasının qarşısını almaqla Tehranın neft ixracının qarşısını almağı təklif edib. Jurnalistlər mənbələrinə istinadən bildiriblər ki, "Tramp hesab edir ki, İranı bombalamaq və ya münaqişədən çıxmaq kimi digər variantlar blokada tətbiq etməkdən daha çox risk daşıyır".

Trampın İran üzrə uzunmüddətli blokada planı nəyi dəyişə bilər?

"The Wall Street Journal" yazır ki, Tramp köməkçilərinə İrana qarşı uzunmüddətli dəniz blokadası hazırlamağı tapşırıb. Məqsəd Tehran limanlarına gəmilərin girib-çıxmasının qarşısını almaqla ölkənin neft ixracını tam kəsməkdir. Qəzetin mənbələrinə görə, Tramp hesab edir ki, İranı bombalamaq və ya münaqişədən tam çıxmaq blokada ilə müqayisədə daha risklidir.

Belə bir plan reallaşsa, bir neçə istiqamətdə ciddi dəyişiklik yaradar.

Birincisi, neft bazarına təsirdi. İran hazırda gündə 1.5-1.7 milyon barel neft ixrac edir. Bunun 80 faizi Çinə gedir. Tam blokada bu həcmi bazardan çıxar. Nəticədə Brent nefti qısa müddətdə 10-15 dollar bahalaşa bilər. Xüsusən Hörmüz boğazı ətrafında gərginlik artsa, sığorta haqları və daşıma xərci də qalxar. Bu, Azərbaycan üçün ixrac gəlirlərini artırar, amma dünya üzrə benzin və dizel qiymətlərini də qaldırar.

İkincisi, İran daxilində vəziyyətlə bağlıdırl. Neft İran büdcəsinin 40 faizini təmin edir. İxrac dayanarsa, valyuta gəliri kəskin azalar, rial dəyərdən düşər, inflyasiya 50 faizi keçər. Bu, sosial narazılığı gücləndirər və rejim üçün daxili təzyiqi artırar. Tramp da məhz iqtisadi çöküşlə rejimi güzəştə məcbur etmək istəyir.

Üçüncüsü, hərbi eskalasiya riskidu. Blokada beynəlxalq hüquqda müharibə aktı sayılır. İran bunu birbaşa hücum kimi qiymətləndirib Hörmüz boğazını minalaya, ABŞ gəmilərinə və regiondakı bazalara hücum edə bilər. Husilər Qırmızı dənizdə, Hizbullah Livanda aktivləşər. Yəni “bombalamaqdan daha az riskli” hesab olunan blokada əslində daha geniş müharibəyə yol aça bilər.

Dördüncüsü, Çin və Rusiya faktoru ortadadı. İran neftinin əsas alıcısı Çindir. ABŞ gəmiləri Çin tankerlərini saxlasa, Pekin bunu suverenliyə müdaxilə sayar. Bu, ABŞ-Çin münasibətlərini daha da gərginləşdirər. Rusiya isə İranla hərbi əməkdaşlığı gücləndirib. Blokada Moskvaya da siqnal olar və Rusiya İrana yanacaq, ərzaq, silah daşımaq üçün alternativ marşrutlar açmağa çalışar.

Beşincisi, nüvə danışıqları ilə bağlıdı. Blokada Tehranı danışıqlar masasına oturtmaq üçündür. Amma təcrübə göstərir ki, İran təzyiq altında geri çəkilmir, əksinə nüvə proqramını sürətləndirir. Əgər blokada başlasa, İran "Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə"-dən (NPT) çıxmaq və uranı 90 faiz zənginləşdirmək qərarı verə bilər. Onda diplomatiya yolu bağlanar.

Altıncısı, neftin bahalaşması və daşıma zəncirinin pozulması ərzaq, gübrə, metal qiymətlərini də qaldırar. İnflyasiya artar, mərkəzi banklar faizləri endirə bilməz. Yoxsul ölkələr üçün yanacaq və taxıl əlçatmaz olar.

Beləliklə, Trampın uzunmüddətli blokada planı İranı iqtisadi cəhətdən boğa bilər, amma müharibə riskini azaltmır, əksinə artırır. Bombalamaq lokal zərbədir, blokada isə aylarla davam edən və bütün regiona yayılan gərginlik deməkdir. Planın işləməsi üçün ABŞ gəmiləri aylarla Fars körfəzində qalmalı, müttəfiqlər dəstək verməlidir. Avropa isə hələlik belə sərt addıma hazır görünmür. Ona görə blokada Trampın əlində “bombadan az riskli” yox, “müharibənin başqa forması” kimi çıxış edə bilər.

Politoloq Tofiq Abbasov “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, İran sanksiyalar altında olarkən Ali Lider Əli Xamenei yeni bir konsepsiya ortaya qoydu – müqavimət iqtisadiyyatını qurmaq və onunla ABŞ-ın sanksiyalarına cavab vermək. İndiyə qədər də İranın iqtisadi siyasəti müqavimət paradiqması üzərində qurulub.

“Əlbəttə, ABŞ bir o qədər də sərt blokada tətbiq edə bilmir. Çünki İranda SEPAH-ın dəniz qüvvələri bir neçə dəfə İrana aid tankerləri həm Hörmüz boğazından çıxarıb, həm də onları boğazda qarşılayıb. SEPAH qüvvələri ölümə gedən şəxsi heyətlə və sürətli katerlərlə təchiz edilib. Ona görə də SEPAH-ın dəniz qüvvələrinin müşayiət etdiyi tankerlərə ABŞ qüvvələri hücum etməyə risk etmir, onlara heç xəbərdarlıq da etmirlər”, - deyə ekspert vurğulayıb.

Tofiq Abbasov qeyd edib ki, artıq Pakistandan İrana alternativ yollar açılır. Rusiyadan Xəzər dənizi vasitəsilə İran öz mallarını şimala göndərir. İran Türkiyə vasitəsilə dünyaya çıxır. Onlar hazırda çox ciddi əlaqələrə malikdirlər. ABŞ və İsrailin kürd kartından istifadə etməsi üzə çıxanda Türkiyə birmənalı dedi ki, kürd cəbhəsi yaransa, biz İranla çiyin-çiyinə vuruşacağıq. Digər tərəfdən, biz, İranın qonşumuz olduğunu anlayırıq və ona dəstək verəcəyik.

“Düzdür, Körfəz ölkələrində ABŞ-ın bütün hava hücumundan müdafiə sistemlərini İran vurub dağıtdı. İndi yalnız İngiltərə bazalarında olan radarlar fəaliyyət göstərir. Amma onların da fəaliyyətinə dair Türkiyə cəmiyyətində böyük narazılıq var. Türkiyə hökumətindən vətəndaş cəmiyyəti tələb edir ki, onların fəaliyyəti dayandırılsın”, - deyə politoloq əlavə edib.

Onun sözlərinə görə, hazırda İran Türkiyə tranzitindən çox məharətlə istifadə edir. Ona görə də İran iqtisadiyyatını çökdürmək, onu boğmaq alınmayacaq. İranın böyük ərazisi, çoxsaylı qonşuları var. Hətta, Körfəz bölgəsində belə İranın müttəfiqləri var. Məsələn, Qətərlə kövrək müttəfiqdirlər. Baxmayaraq ki, İran Qətər ərazisinə də zərbələr endirib, İran bunu məcburi addım kimi izah edir. Qətər isə Körfəz bölgəsində yeganə dövlətdir ki, İranla danışmağı vacib hesab edir: “ABŞ uzaqdadır, İran isə qonşumuzdur”. Qətər hesab edir ki, Körfəz ölkələri öz problemlərini özü həll etməlidir.

Ekspertin fikrincə, Tramp istəyir ki, İranı boğsun, amma bu alınmayacaq. “Əvvəla, İran böyük dövlətdir, 90 milyondan çox əhalisi var. Deməli, onun həm daxili istehsalı, həm daxili bazarı, həm də strateji xətti var. Hətta indiki şəraitdə belə ölkə xarici ticarətini davam etdirə bilir. Ona görə də fikrimcə, Tramp inadkarlıq etməklə bir o qədər də çox şey qazana bilməyəcək”, - deyə Tofiq Abbasov bildirib.

“Çünki neft və qaz qiymətləri artır, bu, ABŞ-ın daxilində və müttəfiqlərində ciddi narazılıq yaradır. İnflyasiya artır və Trampın seçki reytinqi düşür. İkinci Dünya müharibəsindən sonra hələ heç bir ABŞ prezidentinin belə aşağı reytinqi olmayıb. Trampın reytinqi 30 faizdən də aşağı düşüb və bu düsüş davam edir. Görünən odur ki, ABŞ bu müharibə ilə özünə ciddi problemlər yaratdı və bu ağır durumdan çıxış yolu tapmaqda acizdir. Ona görə də Tramp İrana psixoloji təzyiqlər göstərir. Hər halda ABŞ siyasi dairələrində “qeyri-konstitusion müharibə” anlayışı dövriyyəyə buraxılır. Bu da Donald Trampa heç də başucalığı gətirməyəcək”, - deyə politoloq fikrini yekunlaşdırıb.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ