Xalq artisti Brilliant Dadaşova klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun "Gənclər toylarında "Vağzalı" yox, əcnəbi mahnı istəyirlər" sözlərinə reaksiya verib.
Mətbuat yazır ki, müğənni musiqiçinin videosuna "@axsamaz" instaqram səhifəsində bunları yazıb:
"Özlərini mədəni göstərmək istəyən bəzi mədəniyyətsiz, sonradangörmüşlər "Vağzalı" rəqsini artıq qonşularımıza təslim ediblər. Aram Xaçaturyan vaxtıykən “Vağzalı” rəqsini öz əsərlərindən birinə daxil etməklə bu musiqini onsuzda mənimsəmişdi".
Qeyd edək ki, Hüseyn "Artıq neçə toydur "Vağzalı" ifa etmirik. Müəyyən mahnılar seçilir. Muğam ifaçılarının ifasında xarici mahnı, mənşəyi bilinməyən mahnılar - bəy və gəlin bununla içəri daxil olur. Amma "Vağzalı"nı unutmaq olmaz. Bir vaxtlar muğam da belə idi. Birinci xanım Mehriban Əliyeva muğamı yenidən ayağa qaldırdı və dünyaya tanıtdı.
Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar. Gözəl oxuyurlar, ifalar qəşəngdir. Amma "Vağzalı"nın yeri başqadır. Çox xahiş edirəm, heç olmasa toyda əvvəldə 15 dəqiqə oxunsun" sözlərini deyib.