ABŞ və İsrailin İrana qarşı apardığı müharibənin nəticələri Avropada, xüsusən də enerji sektorunda uzun müddət hiss olunacaq. Bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Avropa Parlamentində çıxış edərkən bildirib.
Onun sözlərinə görə, mümkün sülh yolu ilə həll yolu Hörmüz boğazında rüsumlar tətbiq edilmədən naviqasiya azadlığının bərpasını əhatə etməlidir. "Amma hamımızın üzləşdiyi sərt bir reallıq da var: bu münaqişənin nəticələri aylarla və hətta illər ərzində hiss oluna bilər", - deyə fon der Leyen bildirib. O, Avropanın artıq dörd il ərzində ikinci böyük enerji böhranı ilə üzləşdiyini vurğulayıb.
SAMİRƏ