Azərbaycan Mərkəzi Bankı (AMB) "Kredaqro" MMC bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, “Kredaqro” Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi 10 000 (on min) manat məbləğində cərimə edilib”, - məlumatda qeyd edilib.
ZÜMRÜD