ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamillanın şərəfinə dövlət ziyafəti veriblər.
Bu, kralın monarx kimi ölkəyə ilk rəsmi səfəri çərçivəsində baş tutub.
Tədbir Ağ Evin Şərq zalında keçirilib. 56 yaşlı Melaniya qonaqlar qarşısına "Dior Haute Couture" markasına məxsus çəhrayı libasda çıxıb. 78 yaşlı Kamilla isə madjenta rəngli paltar seçib. Onun obrazını tamamlayan unikal boyunbağının (red. - Kraliça Viktoriyanın anası - Kent hersoginyasına məxsus olub) yaşı 200 ildən çoxdur.