Türkiyə Böyük Millət Məclisinin Rəqəmsal Media Komissiyasının (TBMM) sədri və Giresun millət vəkili, professor Dr. Nazim Elmas, jurnalist olmadan sosial mediada xəbərlər yayımlayan və bununla gəlir əldə edənlərə açıq mesaj verib.
Jurnalistikaya marağın ümidverici olduğunu, lakin bu sahənin "həvəskarlıq" və ya "özbaşınalıq" sahəsi olaraq qala bilməyəcəyini qeyd edən Elmas, rəqəmsal dünyada uzunmüddətli mövcudluğun yolunun prinsipial jurnalistika və texnoloji uyğunlaşmadan keçdiyini vurğulayaraq, "Hobbi naminə təsadüfi nəşrlər vasitəsilə seçilməyə çalışanlar bilməlidirlər ki, bu səviyyəni uzun müddət saxlaya bilməzlər. Bu sahədə mütləq bir standart yaradılmalıdır" deyib. Elmas, kommersiya mənfəəti yaradan, lakin heç bir korporativ qeydiyyatı olmayan sosial media hesablarına xüsusi diqqət çəkərək, qeyri-rəsmi fəaliyyətlə məşğul olanların ciddi cəzalarla üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
Oxşar fəaliyyətin Azərbaycanda da həyata keçirilməsi arzuolunandır.
SAMİRƏ