ABŞ hökumətinin qlobal iqtisadiyyat və enerji təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən Hörmüz boğazında davam edən tranzit böhranını həll etmək üçün beynəlxalq koalisiya yaratmağı planlaşdırdığı iddia edilir.
“Wall Street Journal” iddia edir ki, Hörmüz boğazı blokadaya alındıqdan sonra Vaşinqton digər ölkələri gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün yeni beynəlxalq koalisiya yaratmağa çağırıb.
ABŞ Dövlət Departamentinin səfirliklərinə göndərdiyi daxili yazışmada qurulması planlaşdırılan koalisiyanın "Dəniz Azadlığı Strukturu" adlandırıldığı bildirilir. Bu struktur məlumat mübadiləsində, diplomatik koordinasiyada və sanksiyaların tətbiqində rol oynayacaq.
Yazışmalarda ölkələrin iştirakının naviqasiya azadlığını bərpa edəcəyi və qlobal iqtisadiyyatı qoruyacağı vurğulanır. Həmçinin bildirilir ki, ABŞ diplomatlarından iştirakçı ölkələrə "diplomatik və ya hərbi tərəfdaşlıq" təklif etmələri istənib.
Koalisiyaya ABŞ Dövlət Departamenti və ABŞ Mərkəzi Komandanlığının birgə rəhbərlik edilməsi planlaşdırılır. Həmçinin qeyd edilir ki, bu, Birləşmiş Krallıq və Fransanın rəhbərlik etdiyi mövcud dəniz təhlükəsizliyi təşəbbüslərini tamamlayacaq.
Tahir TAĞIYEV