ABŞ prezidenti Donald Tramp NASA-nın Artemis II komandasını Oval Ofisdə qəbul edib. Görüşdə iştirak edən NASA direktoru İsaakman da Trampın zarafatlarının hədəfinə çevrilib.
Əvvəlcə jurnalistin NASA-nın qərargahının Vaşinqtondan başqa bir ştata köçürülüb-köçürülməyəcəyi ilə bağlı sualını eşitməyən Tramp, sualı yenidən təkrarlayıb. Ardından cavabı İsaakmanın verməsinin daha uyğun olacağını bildirərək "Bu sualı o gözəl qulaqlarınla eşitdinmi? Onun gözəl eşitmə qabiliyyəti var" deyib. NASA direktoru isə gərgin bir təbəssümlə "Bu, kommersiya sirridir" deyərək cavab verib.
"Mirror" qəzetinin məlumatına görə, Oval Ofisdəki gərgin anlardan sonra mövzu tez bir zamanda dəyişdirilib və görüşdə kosmik tədqiqatlar və layihələr gündəmə gəlib.
Görüşdə Trampdan diqqətə çəkən ikinci açıqlama gəlib. Fiziki cəhətdən astronavt olmağa uyğun olduğunu iddia edən ABŞ prezidenti belə bir missiyada yer almağı istəyə biləcəyini deyib. İsaakman isə "Daha çox raketimiz və imkanlarımız olacaq" deyib.
Tahir TAĞIYEV