“Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi Qaydaları” təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Sənədə əsasən, Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.