çərşənbə günü, 25 noyabr 2026
     

Şimal-Cənub dəhlizində yük böhranı - Trans-Xəzərdə isə 3 ayda 125 min...

Image


Azər Allahverənov: “Rəqabət qabiliyyəti artırılsa, müharibədən sonra belə, dəhliz boyunca daşımalar azalmayacaq”

İran-ABŞ-İsrail müharibəsi Avrasiya logistikasının coğrafiyasını bir neçə həftə ərzində yenidən cızıb. Bakı və Astana isə bu yenidən cızılmanın mərkəzində dayanıb.

Məsələ ondadır ki, Hörmüz boğazından keçən gəmi sayı müharibədən əvvəlki səviyyəsinin 5 faizinə düşüb, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (ŞCBND) İran üzərindən bank-sığorta blokadası altında praktiki olaraq dağılıb, Trans-Xəzər marşrutuna isə yük tələbi bir həftədə 450-500 faiz artıb. 2024-cü ildə Trans-Xəzər marşrutu üzrə 57 minə yaxın konteyner daşınıb (2023-cü ildəki 20 500-ə qarşı). 2025-ci ildə ümumi konteyner trafiki 76 900 TEU-ya çatıb – illik 36 faiz artım. Ancaq 2026-cı ilin təkcə ilk üç ayında Çindən 125 min konteyner qatarı yola düşüb (illik 34,4% artım).

Görünən odur ki, Trans-Xəzər marşrutuna olan tələbat kəskin artıb. Maraqlıdır, Yaxın Şərqdə sabitlik yaranandan sonra Trans-Xəzərə maraq azalacaq, yoxsa əksinə, artacaq? Bu yöndə gözləntilər nədən ibarətdir?

Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Azər Allahverənov baki-xeber.com-a açıqlamasında buna bir neçə prizmadan yanaşdı: “Bəlli məsələdir ki, istər Rusiya-Ukrayna müharibəsi, istər ABŞ-İran qarşıdurması Şimal və Cənub nəqliyyat dəhlizlərində çox ciddi gərginliklərin yaşanmasına səbəb olub. Bu da istər-istəməz həmin dəhlizlərdən istifadə edən daşıyıcı şirkətlərin yeni alternativlər axtarışına çıxmasına səbəb olub. Burda da ən optimal variant Orta Dəhlizdir. Orta Dəhlizin potensialı real olaraq günbəgün artmaqdadır. Dəhlizə olan tələbat gücləndikcə, bu, Orta Dəhlizin strateji əhəmiyyətini artırmış olur. Önəmli olan məsələ ondan ibarətdir ki, yükdaşımaların həcmi son aylar kəskin dərəcədə artıb. Daşımalar artdıqca, Orta Dəhlizin effektivliyini artırmaq üçün zəruri tədbirlərin həyata keçirilməsi zərurətə çevrilir. Yəni dəhlizin potensialını artırmaq üçün əlavə infrastruktur layihələrinin həyata keçirilməsinə ehtiyac var. Bu istiqamətdə artıq zəruri işlər həyata keçirilməkdədir. Ələt Dəniz Limanının potensialı genişləndirilir, orada həm də yükdaşımalar üçün hava limanı tikilir. Xarici dövlət başçılarının Azərbaycana səfərləri həm də Orta Dəhlizə olan maraqdan irəli gəlir. Latviya və Çexiya dövlət başçıları Azərbaycana səfərlərində Orta Dəhlizdən yararlanmaq məsələlərinə toxundular. Bu, o deməkdir ki, bir tərəfdən ənənəvi olaraq Orta Dəhlizdən istifadə edən dövlətlərin daşıdıqları yüklərin həcminin artması prosesi baş verir. Digər tərəfdən isə yeni aktorların prosesə daxil olmaq istəyini görürük. Bu da artıq yeni reallıq yaradır. Bu da Zəngəzur dəhlizinin əhəmiyyətini artıq bəri başdan müəyyən edir”.

Millət vəkili onu da qeyd etdi ki, Orta Dəhliz boyunca daşınan yüklərin həcminin artırılması çox uzaq gələcəkdə deyil, yaxın gələcəkdə reallaşacaq: “Yaxın Şərqdə münaqişə bitikdən sonra Orta Dəhlizin effektivliyinə gəldikdə isə, adətən daşıyıcı şirkətlər kifayət qədər effektiv idarə olunan marşrutlardan istifadə etməkdə maraqlı olurlar. Orta Dəhliz hətta müharibələr olmasa belə, kifayət qədər rentabelli hesab olunur. Yüklərin Şərqdən Qərbə doğru daşınmasında az vaxt tələb olunur. Yəni 14-15 gün ərzində baş verən prosesdir. Üstəlik, maliyyə tutumu da çox deyil. Gələcəkdə dəhlizin keçdiyi ölkələrdə tariflərin unifikasiyası da gözlənilir. Məsələn, Türk Dövlətləri Təşkilatı ölkələrində hansısa bir razılaşma ola bilər. Bu da dəhlizin əhəmiyyətini artıracaq. Cənub dəhlizi ilə yüklər 35-40 gün ərzində daşındığı halda, Orta Dəhliz üzərindən 15 gün ərzində daşınır. Bu, o deməkdir ki, Orta Dəhliz üzərindən daşımaların vaxtı digərləri ilə müqayisədə iki dəfə azdır. Fikrimcə, rəqabət qabiliyyəti bir az da artırılsa, müharibədən sonra belə, dəhliz boyunca daşımalar azalmayacaq. Yüklərin həcmi kifayət qədər çoxdur. Hazırda Orta Dəhlizlə ildə 5 milyon ton yük daşınırsa, gedən proseslər daşınan yüklərin sürətlə artdığını göstərir. 2026-cı ilin ilk üç ayında daşımalar 34 faiz artıbsa, bu, o deməkdir ki, tez bir zamanda daşınan yüklərin həcminin 15 milyon tona qaldırılması realdır. Yaxın 10 il ərzində, il ərzində daşınan yüklərin 70 milyon tondan çox olması barədə verilən proqnozların həyata keçəcəyi ehtimalı böyükdür”.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" - Prezident

24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər – Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi

24.11.2026 / 11:05
ABŞ Suriyaya yenidən qoşun göndərir – 15 ölkənin iştirakı ilə hərbi missiya planı...

24.11.2026 / 10:54
ABŞ-ın hərbi müşayiəti də kömək etmədi – Hörmüzdə daha üç tanker alov aldı...

24.11.2026 / 10:46
ABŞ senatoru Prezident Əliyevi və Paşinyanı təbrik etdi

24.11.2026 / 10:23
Sürücülük hüququ olmayan şəxs ailəsi ilə birlikdə qəzaya düşdü...

24.11.2026 / 10:07
Yaxın Şərq yeni qarşıdurmanın astanasında – Qətər Vaşinqtona xəbərdarlıq etdi...

24.11.2026 / 09:48
Bakıda yeni işıqforlar quraşdırılacaq - avtobus sürücülərinin nəzərinə...

24.11.2026 / 09:12
Hacıqabulda müəmmalı ölüm - ADSEA yayılan məlumatı təkzib etdi

24.11.2026 / 08:40
İran Ali rəhbərinin müşaviri TRİPP-i “saxta dəhliz” adlandırdı - “Hörmüzdən dərs çıxarın” nə deməkdir?

24.11.2026 / 08:05
Rusiya Kosmosa nüvə peyki buraxır? Alman kəşfiyyatından şok xəbər

23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı – 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı

23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər - Fidanın ikibaşlı anonsu...

23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...

23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ