Ticarətin 90 faizdən çoxunun dəniz yolu ilə həyata keçirildiyi İranda ölkə ABŞ blokadasını aşmaq üçün bu fəaliyyətin 40 faizini quru və dəhliz marşrutlarına yönləndirmək imkanlarını nəzərdən keçirir.
İranın dənizə çıxışını bağlamaq məqsədi daşıyan ABŞ blokadasına toxunan İran Dəniz Nəqliyyatı Assosiasiyasının Konteyner Komitəsinin rəhbəri Kambiz İtimadi ölkəsinin illərdir iqtisadi sanksiyalarla mübarizə apardığını və onları aşmaqda təcrübə qazandığını bildirib.
Dəniz nəqliyyatına alternativ olaraq quru və dəhliz marşrutlarından daha fəal istifadə edilməli olduğuna diqqət çəkən Etimadi deyib: "İran ticarətinin 40 faizi quru və dəhliz marşrutlarına yönləndirilə bilər. Məsələn, ölkənin ümumi tranzit həcminin təxminən 15 faizi Şimal-Cənub Dəhlizinə yönəldilə bilər".
İranın Yol və Şəhərsalma nazirinin müavini Əli Əkbər Səfayi 2023-cü ildə verdiyi açıqlamada ölkənin xarici ticarətinin 90 faizdən çoxunun dəniz yolu ilə həyata keçirildiyini bildirmişdir.
Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə imzalanmış müqavilə ilə yaradılıb. Sonrakı illərdə Azərbaycan və Türkiyə də daxil olmaqla daha 10 ölkə bu layihəyə qoşulub. Şimal-Cənub Nəqliyyat Dəhlizi Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin tranzit müddətini azaltmağı hədəfləyir.
Tahir TAĞIYEV