Dünən gecə Krasnodar diyarının Tuapse şəhərindəki dəniz terminalında pilotsuz təyyarənin hücumundan sonra yanğın baş verib. Regional əməliyyat mərkəzi heç bir itki və ya xəsarət alanların olmadığını bildirib.
Hücumdan sonra başlayan yanğını söndürmə işlərinə 128 nəfərlik heyət və 41 nəqliyyat vasitəsi qatılıb. Terminalın ətrafında təhlükəsizlik tədbirləri artırılıb.
Tuapse son zamanlar ard-arda hücumlarla gündəmə gəlir. Tuapsedəki bu yanğın son iki həftə ərzində şəhərə edilən dördüncü böyük pilotsuz təyyarə hücumudur.
Aprelin 28-də pilotsuz təyyarənin qalıqları səbəbindən neft emalı zavodunda başlayan yanğın bu səhər nəzarət altına alınıb. Ətrafdakı sakinlər təxliyə edilib. Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, neft emalı zavoduna dəyən ziyanın miqyası və obyektin fəaliyyətini bərpa etməsi üçün lazım olan vaxt texniki yoxlamalardan sonra müəyyən ediləcək.
Tahir TAĞIYEV