Bazar günü günü, 27 sentyabr 2026
     

Rəhim Hüseynzadə: “Çox gizli yollarla gedib dədə-baba kəndim Nünəkəranı gördüm” - MÜSAHİBƏ

Image


Əməkdar jurnalist Rəhim Hüseynzadənin 75 illik yubileyidir. O, çox zəngin və mənalı yol keçib, mübarizə dolu ömür yaşayıb. 75 illik yubileyi münasibəti ilə Rəhim Hüseynzadədən aldığımız müsahibəni təqdim edirik.

- Bu yaşda özünüzü necə hiss edirsiz? Hazırda nə ilə məşğulsunuz?

- Özümü gümrah hiss edirəm və məşğul olmalı işlər çoxdur. Əsas budur, yaşımın bu çağında Firqənin işləri ilə məşğul oluram, Azərbaycan Demokratik Firqəsinə rəhbərlik edirəm. Arzularımız, istəklərimiz çoxdur. Qismət olar, bu sahədə fəaliyyətimizi davam etdirərik. Qismət olmaz da oğlanlar var ki, bu işləri görməyə gücləri, iradələri çatar.

- Niyə tamamilə fəaliyyətinizi Firqə ilə bağladınız?

- 2019-cu ilin əvvəllərindən Firqəyə rəhbərlik edirəm. Hələ 2014-cü ildə Firqənin rəhbəri olmalı idim, amma Mətbuat Şurasında işləməyim çox təəssüf ki, məni bir sıra məsələləri təxirə salmağa vadar etdi. Çünki Mətbuat Şurası həm də siyasi təşkilatdır. Bu halda iki yerə rəhbərlik etmək dürüst deyildi. Dediyim ki, 2019-cu ildə yaranmış vəziyyət məcbur etdi ki, həm Mətbuat Şurasındakı işimdən ayrılım, həm də Firqəyə rəhbərliyi tamamilə öz üzərimə götürüm.

- Firqə yəqin ki, hədəflərindən yayınmayıb, yoxsa?

- Firqə 1945-ci il sentyabrın 3-də Seyid Cəfər Pişəvəri tərəfindən yaradılıb. O gündən bu günə kimi də proqramımızda dəyişikliklər olmayıb. Firqəyə rəhbərlik edən sayca yeddinci adamam. Pişəvəridən başqa digər 6 nəfər də bu yolu davam etdirib. Firqə deyəndə çoxlarının təsəvvüründə yalnız o tay və bu taydakı təşkilatlar canlanır. Xeyr. Bu gün ABŞ-da, Avropa ölkələrində tərəfdaşlarımız var.

- İranda baş verənlərə münasibətiniz necədir?

- Şübhəsiz, orada gedən prosesləri izləyirik. İranla bağlı Firqəmizin mövqeyi belədir ki, İranda gedən proseslər bu gün iki insan qanı içən dövlətin bir-birinə diş qıcamasıdır. Yəqin ki, bunun sonu insanlığın xeyrinə olacaq.

- Jurnalistikanı seçməyiniz nə ilə bağlı idi?

- Əvvəlcə bir məqamı qeyd etmək istəyirəm. Pişəvəri ixtisasca jurnalist və müəllim idi. Pişəvəri yazdığının mində birini biz yazmamışıq. Həmişə də ürəyimdən keçir ki, kaş biz də o kişi kimi qələmimizi sınaya bilərdik.

Gəncədə doğulmuşam, amma böyük bacımla böyük qardaşım Güneydə doğulublar, atamla birgə ündə bu taya gəliblər. Atam 250 nəfər silahlısı ilə Gəncəyə gəlib, orada yaşayıb. Atam çörək qazanan və çörək verən adam olub. Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” əsərini gecələr oxuyardılar, atamgil səhəri göz yaşı ilə açardılar.

Gəncədə biz yaşayan məhəllədə çayın bu tərəfində biz, o biri tərəfində ermənilər olurdu. Böyük uşaqlar onlarla dalaşmağa gedəndə onlara qoşulub mən də gedirdim. O qədər dava edib baş yarmışıq ki…Düzdür, sonradan fikirləşirdik ki, niyə belə etmişik? Amma həyat göstərdi ki, düz etmişik.

Belə dava-dalaşlarımın qarşısını güləşə getməyim aldı. İdman ustası normasını da doldurmuşam. Məşqçim Ramiz baxşıyev deyirdi ki, bala, çaşıb güləşdən çörək yeyərsən, mənə bir adam göstər ki, güləşdən çörək yeyib. Sonra gördüm ki, o, doğru deyirmiş. Universitetdə oxuduğum beş il müddətində də o nəsihəti qulağımda sırğa etdim.

Jurnalistikaya gəlməyimlə bağlı deyim ki, o dövrdə Azərbaycan Demokratik Firqəsi fəaliyyətdə idi və biz ali məktəblərə çox asanlıqla daxil ola bilirdik. İki üç, bir dödr alıb jurnalistika fakültəsinə daxil olurduq. Amma başqaları üç dörd, bir beşlə kənarda qalırdılar. Bu rəhmətlik Heydər Əliyevin bizə göstərdiyi qayğıların nəticəsidir. Biz bu qayğını həyatımızda hiss etmişik. Yüzlərlə adama evlər verilib. Adamlar lazım olanda firqə biletini Heydər Əliyevin göstərişi ilə Kommunist Partiyasının biletinə dəyişib yüksək vəzifələrə gedirdilər, rəhbər vəzifələrdə işləyirdilər. Bu da Heydər Əliyevin qayğısının, uzaq görənliyinin nəticəsi idi.

- Fəaliyyət yolunuz haralardan keçib?

- 1973-cü ildə BDU-nun Jurnalistika fakültəsini bitirdikdən sonra məndən soruşdular ki, harada işləmək istəyirsən? “Gəncədən başqa harada deyirsiz işləyərəm” cavabını verdim. Əmək fəaliyyətimə 1973-cü ildə yeni yaradılmış Neftçala rayonundakı “Oktyabr bayrağı” qəzetinin (sonralar “Gündoğar” qəzeti) məktublar şöbəsinin müdiri kimi başladım və bu mətbu orqanın ilk sayının işıq üzü görməsində iştirak etdim. Sonra Salyan rayonunun “Qələbə” qəzetinin məktublar şöbəsinin müdiri vəzifəsində 15 il fəaliyyət göstərdim. Eyni zamanda da firqənin iki rayon üzrə baş katibi idim. Həmçinin də Bakı Ali Partiya Məktəbini də fərqləmə diplomu ilə bitirdib.

- Mübarizə dolu ömür yolu keçmisiniz, çətinlikləriniz də çox olub. Bu yolu seçdiyiniz üçün heç təəssüf hissi keçirmisinizmi?

- Gözəl sualdı. O çətinliklər, maneələr olmasaydı həyatın mənası da olmazdı. Mübarizə ilə dolu bir həyat yolu seçdim. Qətiyyən təəssüflənmirəm. Bu gün də mənə ehtiyac var. Bütün hallarda mən və silahdaşlarım bir yerdəyik. Biz öz yolumuzla gedirik. Əsas qüvvələr Azərbaycandan kənardadır. Biz burada rəhbərlik edirik, çox işlər görürük. Amma xaricdə olanlarımızdan tutulanlarımız, başlarına çox oyunlar gətirlənlərimiz var. Bunlar danışılası deyil.

- Bu yaşda gözləntilərimiz varmı?

- Həyatda heç nədən narazılığım yoxdur. Yaxşı dostlarım, yaxşı həmkarlarım var. Yaxşı insanlarla yol gedirik. Kimlərsə yarı yolda qalanda kiçik təəssüf edirik. Çünki bizim yolumuz məlumdur. 1979-cu ildə mollalar hakimiyyətə gəldilər. Adamlarımız onlara inandılar, onun da qurbanı oldular...Mollalar öz tarixi xidmətinə uyğun qiymətini almalıdır. Ən böyük arzum odur ki, Allah-Tala mənə ayağımı Təbrizə qoymağı qismət etsin. Orada işimizi mən də olmasam başqaları görsün. Mən də alqışlayım.

- Ata yurdunuzu görmək sizə qismət olubmu?

- İrana iki dəfə getmişəm. İlk dəfə İrana çox gizli getdim. Sərhəddlər açılanda dedilər ki, İrana maşın gedir, mən də maşınlardan birinə mindim. Gördüm ki, orada jurnalistika ilə məşğul olan adamlardan biri də oradadır. “Rəhim müəllim” deyib məni çağırdı. Dedim, Rəhim müəllim yoxdur, mənə başqa ad de, məni tanımırsan. Çox gizli yollarla gedib dədə-baba kəndim Nünəkəranı gördüm. Bu kənddə İranda alternativi olmayan kənddir. Atamın əmisi oğlu Pişəvəri ilə birgə Qəsri-Qacarda yatıb. Yəni belə nəslin nümayəndələriyik. Bizim üçün ancaq gözlənti odur ki, arzuladığımız günləri görək.

İkinci dəfə Qırmızı Xaçın pasportu ilə kiçik qızımı götürüb getdim. Onda da sakitcə gedib gəldim.

Son olaraq deyim ki, qızlarım sağ olsun, mənə dayaq oldular, dost oldular...

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ