Alen Simonyan: “Levon Köçəryan siyasətdən uzaq, qeyri ciddi insandır”

Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərin suallarını cavablandırarkən, Levon Köçəryanın ölkədəki son həbslərin baş nazirin Türkiyəyə səfəri ilə əlaqəli olması və hakimiyyətin guya “dəhlizi təslim etmək” niyyətində olması barədə bəyanatını şərh edib. "Levon Köçəryan ciddi adam deyil. O,sadəcə olaraq bura atasını müdafiə etməyə gəlib. O, siyasətdən olduqca uzaqdır,Levon siyasətçi deyil" deyə spiker vurğulayıb. Simonyan həmçinin əlavə edib ki,o, Levon Köçəryanın Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu olmasından başqa nə ilə tanındığını bilmir.
Surxay Əliyev