çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Minsk Qrupu barədə İrəvanda yeni fikir - Bakı ilə birgə edə bilərik...

Image


Ermənistan bəyan edib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinin davam etdirilib-etdirilməməsi məsələsinə Azərbaycanla sülh müqaviləsinin imzalanması kontekstində baxılmalıdır. Qeyd edək ki, bu məsələ Azərbaycanın əsas tələblərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda bildirmişdi ki, Ermənistan Minsk qrupunun buraxılması üçün birgə müraciət etməlidir.

Hazırda sülh mətninin razılaşdırılmasında iki başlıca maneə var. Bunlar barədə Prezident İlham Əliyev "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı qeyd edib: "Birincisi, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir ki, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki artıq uzun müddətdir bu qrup fəaliyyətsizdir, bəlkə də bir-iki ildir. Minsk qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur. Çünki həmsədrlər de-fakto bir-biri ilə müharibədədir, yəni onların ikisi digərinə qarşı bir yerdədirlər. Fransa burada bütün imkanlardan məhrum edilib. Onlar nəinki vasitəçi, heç bu regionda ola bilməzlər. Onlar Cənubi Qafqaz regionunda bizim razılığımız olmadan mövcud ola bilməzlər. Bizsiz onu etmək istəyirlərsə, onlar uğursuzluğa düçar olacaqlar və bu, bir daha onlar üçün çox acınacaqlı və ağrılı bir məsələ olacaq. Yəni Minsk qrupunun burada bir növ "canlı" saxlanılmasında nə fayda var, nə məqsəd var?! ATƏT daxilində konsensus şəklində qərarlar qəbul edilir. Ermənistan Minsk qrupunu hələ də fəaliyyətdə saxlamaq istəyirsə, bu o deməkdir ki, Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiası var və bu, çox ciddi bir faktordur. Bu bir testdir, bu bir göstəricidir...Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət edilməlidir. Növbəti şərt odur ki, Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir". 

Xatırladaq ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin diplomatik yollarla çözümü məqsədilə yaradılıb. Uzun illər turist səfərləri ilə gündəmdə olan Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan münaqişəsinin həllində heç bir ciddi nəticə ortaya qoya bilmədilər. Bir sıra məqamlarda hətta ermənipərəst, Ermənistanın işğalçılıq siyasətinə haqq qazandıran açıqlama və çıxışlar etməklə Azərbaycan xalqının haqlı narazılığına səbəb oldular. Minsk Qrupunun mövcudluğu problemi saxlamaq, dondurmaq, onu uzatmaqdan ibarət oldu. Ermənistanın qeyri-konstruktiv mövqeyi və Minsk qrupunun dişsizliyi danışıqlarda ortaq məxrəcə gəlinməsini mümkünsüz edirdi. BMT-nin hələ 1993-cü ildə qəbul etdiyi məlum 4 qətnaməsinin hüquqi gücündən bəhrələnmək şansını dəyərləndirə bilməyən Minsk qrupunun fəaliyyəti sadəcə görüntü xarakteri daşımağa başladı. Bütün bunların məntiqi nəticəsi kimi, Azərbaycan ordusu cəmi 44 gün ərzində BMT, ATƏT və digər beynəlxalq təşkilatların 30 ilə yaxın müddət ərzində həll edə bilmədikləri və yaxud həll etmək istəmədikləri Qarabağ problemini təkbaşına çözərək ölkəmizin ərazi bütövlüyünü birdəfəlik bərpa etdi. Ancaq müharibənin gedişində də Minsk qrupu, nəinki Ermənistanın mülki əhalimizə və milli-mənəvi dəyərlərimizə qarşı törətdiyi cinayətləri və vandalizm əməllərini yenə də susqunluqla qarşılayaraq bitərəf mövqe nümayiş etdirdi, hətta onun həmsədrlərindən biri olan Fransa açıq şəkildə Ermənistanı dəstəkləyən bəyanatlarla çıxış etdi. Lakin buna baxmayaraq, müharibədən sonra "oyundankənar" vəziyyətə düşmüş ATƏT-in Minsk Qrupu yenidən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində fəallıq nümayiş etdirməyə cəhd göstərdi. Ermənistan Minsk Qrupu timsalında özünə həm beynəlxalq dayaq, həm də əvvəllər olduğu kimi, bu qrupun həmsədrlərinin ayrı-ayrılıqda dəstəyinə ümid edirdi. Amma Azərbaycan bütün bunların qarşısını uğurla aldı. 

İndi ölkəmizin tələbi qrupun birdəfəlik ləğvidir. Azərbaycan Ermənistandan Minsk qrupunun iki ölkə arasında sülh müqaviləsi imzalanmazdan əvvəl buraxılması üçün birgə müraciətə razılıq verməsini tələb edir. Məsələ ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyi "Azatutyun"un bu barədə sorğusuna yazılı cavabında bildirib: "Ermənistan tərəfi Minsk prosesinin davam etməsi məsələsinə münasibətlərin tam həlli və ilk növbədə sülh müqaviləsinin yekunlaşdırılması kontekstində baxa bilər". Bir daha xatırladaq ki, son 30 ildə Minsk Qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri uzunmüddətli münaqişəyə diplomatik həll tapmağa çalışıblar. Lakin Azərbaycan 2020-ci il müharibəsinin nəticəsi olaraq Qarabağ ətrafındakı 7 rayona və ermənilərin yaşadıqların başqa ərazilərə nəzarəti ələ aldıqdan sonra Minsk Qrupu fəaliyyətsiz duruma düşüb. Azərbaycan 2023-cü ildə Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra isə qrupun əhəmiyyəti tamamilə sıradan çıxıb. Minsk qrupu üçlüyünün statusu Rusiya 2022-ci ildə Ukraynaya hücum etdikdən sonra onunla qrupun digər iki üzvü arasında yaranmış geosiyasi ixtilafa görə ümumiyyətlə sual altına düşüb. Bununla əlaqədar Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2022-ci ilin dekabrında demişdi ki, Qərb Minsk Qrupunu öz əlləri ilə dəfn edib. Bundan əvvəl 2022-ci ilin noyabrında ABŞ administrasiyası bildirmişdi ki, ATƏT-in Minsk Qrupu artıq fəaliyyət göstərmir,  Vaşinqton Azərbaycanla Ermənistan arasında tənzimləmə ilə yalnız Bakı və İrəvanla birbaşa əlaqələrlə məşğul olur. ABŞ dövlət katibinin Qafqaz danışıqları üzrə ovaxtkı müşaviri Filip Riker demişdi: "Məncə iş o həddə çatıb ki, biz Minsk qrupunun mandatına konsensusla son qoya bilərik. Özlüyündə mandat faydalıdır. Hərçənd, Minsk Qrupu həmsədrlərinin prosesi artıq işləmir. Və biz tərəflərlə birlikdə birbaşa onların sülh prosesində iştirak edirik". Buna baxmayaraq, ATƏT-in Minsk Qrupu rəsmən ləğv edilməyib. İndi sülh üçün Azərbaycan Minsk qrupunun rəsmən ləğv olunmasını istəyir. Ermənistan Xarici İşlər Nazirliyinin açıqlaması İrəvanın bu tələbi qəbul edə biləcəyini iistisna etmir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 13:09
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ