çərşənbə axşamı günü, 03 noyabr 2026
     

“İsrailin Azərbaycandakı silahları geri qaytarıldı, hədəf İrandır” - molla kəşfiyyatının bəyanatı...

Image


İbrahim Rüstəmli: "Sual olunur, Azərbaycan İsraildən öz pulu ilə aldığı silahı niyə geri qaytarmalıdır ki?"

İran Azərbaycana qarşı dezinformasiya siyasətini ardıcıl olaraq davam etdirir. Biz hər gün belə dezinformasiyaların, yanlış məlumatların, əsassız iddaların şahidi oluruq. SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) sosial şəbəkə hesablarında yayılan dezinformasiya da bu qəbildəndir.

SEPAH idda edir ki, guya son iki ildə İsraildən Bakıya göndərilən bütün silahlar İsrailə qaytarılıb. Erməni mediası yazır ki, SEPAH-a bağlı sosial şəbəkə platformalarında dərc olunan mesajda "bu, işğal olunmuş Fələstində İsraillə münaqişənin müsbət nəticələrindən biridir. Güman edilirdi ki, bu silahlar İranın şimal-qərb sərhədində regionda sabitliyi pozmaq üçün istifadə olunacaq" - deyə bildirilib.

"Bu dezinformasiyanın arxasında Azərbaycanı hədəfə almaq dayanır" 

Hərbi ekspert İbrahim Rüstəmli "Bakı-Xəbər"ə şərhində bildirdi ki, SEPAH-ın yaydığı məlumat dezinformasiyadır. "Bu dezinformasiya məqsədli şəkildə dövriyyəyə buraxılıb, onlar öz çirkin məqsədlərinə çatmaq üçün bu üsuldan istifadə edirlər. Bu dezinformasiyalar məlum mərkəzlər tərəfindən xüsusu şəkildə hazırlanıb sosial şəbəkələrə, mətbuata ötürülüb. Necə ki, koronavirusu laboratoriyada yetişdirib insanlar arasında yaydılar, eləcə də bu cür dezinformasiyaları hazırlayıb yayırlar. Onların məqsədi Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaqdır. Sual olunur, Azərbaycan İsraildən öz pulu ilə aldığı silahı niyə geri qaytarmalıdır ki? İsrail bütün dünyaya silah ixrac edir, satır. İsrail bu müharibəyə uzun illərdir ki, hazırlaşırdı, İsrail kəşfiyyatı dünyanın ən güclü kəşfiyyat institutlarından biridir. Yəni İsrail o günə qalıb ki, Azərbaycana satdığı silahları geri alsın? 

Bu iddialar əsassızdır, absurddur. Bu dezinformasiyanın arxasında Azərbaycanı hədəfə almaq dayanır. Sənin İsrailə gücün çatmır, gəlib Azərbaycanı hədəfə alırsan. Onlar həmişə əsassız olaraq Azərbaycanı hədəfə alıblar. Biz bunu həmişə görmüşük. Azərbaycanın 44 günlük müharibədə Ermənistan üzərində qələbəsi İranı narahat edir. Azərbaycanın güclənməsindən də əndişə keçirir".

İ.Rüstəmli bildirdi ki, Azərbaycanın müstəqil dövlət kimi silah almaq, silah satmaq hüququ var və bizim hərbi sənayemiz də getdikcə inkişaf edir. İ.Rüstəmli deyir ki, SEPAH tərəfindən yayılan bu məlumat özündə ağlagəlməz yalanları əks etdirir, şər-böhtan onların öz siyasətindən, daxilindən gələn və öz siyasətlərinə xidmət edən amillərdir. 

"İsrail Azərbaycanın starteji müttəfiqidir. Strateji müttəfiq kimi də Azərbaycan İsraillə silah-sursat alış-satışı həyata keçirə bilər. Eləcə də digər dövlətlərin bu istiqamətdə qarşılıqlı müqavilələri, razılaşmaları var. Dövlət rəhbərliyi səviyyəsində rəsmi qaydada ikitərəfli, üçtərəfli və sair danışıqlar var və o danışıqlar əsasında silahlar alınır, satılır. Belə deyək, Azərbaycan əgər İsraildən silah alırsa bu onun hüquqi cəhətdən haqqıdır. Yəni heç bir dövlətin ona müdaxilə etməsinin yeri yoxdur. Azərbaycan müstəqil bir dövlətdir. O ki qaldı İsrail məsələsinə, onlar çoxdandır İsrail məsələsini Azərbaycana etap etmək istəyirlər, guya onların bizdə hərbiçiləri var və sair. Burada da məqsəd Azərbaycanı hədəfə almaqdır. Bu da nədən ibarətdir? Əvvəlcə informasiya bazasını yaradırlar, belə fon formalaşdırırlar, sonra da Azərbaycanı suçlamağa çalışırlar. Halbuki, Azərbaycan öz yaxın qonşuları, Rusiya, İran, Gürcüstanla, eləcə də digər dövlətlərlə çox stabil, düşünülmüş, uzaq hədəfləri nəzərdə tutan münasibətlər qurub. Bu münasibətlərdə Rusiyaya, İrana, Gürcüstana, heç Ermənistanın özünə belə təhdid yoxdur. Bütün danışıqlar, razılaşmalar dövlət rəhbərliyi səviyyəsində əldə olunur və bilirsiz ki, Qərbi Zəngəzur məsələsi də Ermənistan hökumətinin öz məsuliyyətidir. Bir zamanlar hər şeyə razı olublar, sənəd imzalayıblar və sair. 

İndi bu məsələdə də məqsəd Azərbaycanı İsrailin strateji müttəfiqi kimi hədəfə almaqdan və İranda Azərbaycana qarşı dezinformasiya fonunda mənfi, neqativ rəy formalaşdırmaqdan ibarətdir. İranın da Azərbaycana qarşı mövqeyini bilirsiz. Onlar dünənə qədər Ermənistanla can bir qəlbdə qardaş idilər, qucaqlaşıb öpüşürdülər. İndi Amerika okeanın o tayından Ermənistana lövbər atıb, İranın da Ermənistana münasibəti dəyişib. Bilirsiz, yeni geosiyasi reallıqlar yeni geosiyasi baxışlara gətirib çıxarır. Halbuki, Azərbaycanın İsraillə münasibətlərində İrana qarşı heç bir təhdid yoxdur, ola da bilməz. Azərbaycanın İran problemi yoxdur. Birincisi, İranın İsrail problemi varsa gedib onu başqa yerdə axtarsın. İkincisi də, yenə də deyirəm, dövlət başçıları səviyyəsində dövlətlərarası razılaşmalar, müqavilələr var, Azərbaycan da bunun əsasında tək İsraildən yox, dünyanın ən müasir silah istehsalçısı olan ölkələrdən silahlar alır və bu onun konstision hüququdur, beynəlxalq hüquqdur. Azərbaycan İsrail-İran münasibətlərində hər hansı bir gərginləşməyə səbəb olacaq heç bir addım atmır. Bunu özünə münasib bilmir, özünə sığışdırmır.

İran, SEPAH tez-tez ortaya söhbətlər atır ki, guya Azərbaycan İsrailə dəstək verir. Azərbaycan heç zaman İsrail üzərindən İrana qarşı mübarizə aparmır. Azərbaycanın nə İsrail, nə İran, nə Rusiya problemi var. Azərbaycan bir dövlət olaraq müstəqil siyasət həyata keçirir. Bu siyasəti şərtləndirən əsas hədəf də ondan ibarətdir ki, Azərbaycan istər hərbi, istər siyasi, istər iqtisadi addımlarında beynəlxalq hüququn normalarını gözləyir.

Ona görə də bu kimi iddiaların əsası yoxdur, bu, xüsusi hazırlanmış dezinformasiyadır" - deyə İ.Rüstəmli bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirilir

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ