çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Dünyanı hədələyən yeni təhlükə Bakıda müzakirə olunacaq...

Image


Bəllidir ki, qlobal temperatur insan fəaliyyəti sayəsində artır. Bu da daha sürətli istilik dalğaları və dəniz səviyyəsinin artımına rəvac verir. İqlim dəyişmələri sahəsində beynəlxalq ekspertlərin qiymətləndirmələrinə görə, yaxın onilliklərdə, çox güman ki, vəziyyət pisləşəcək, lakin təcili hərəkətlər iqlim dəyişmələrinin ən pis nəticələrini məhdudlaşdıra bilər. 

Xatırladaq ki, bu ilin noyabrında iqlim dəyişmələrini və onun planetimizə təsirini müzakirə etmək üçün dünyanın müxtəlif ölkələrindən ekspertlər ölkəmizdə toplaşacaqlar. Onlar qlobal istiləşmə ilə bağlı problemlərin mümkün həll yollarını müzakirə edəcək, tədqiqat və təcrübələrini bölüşəcək, həmçinin bu prosesin fəsadlarını yumşaltmaq və yeni şəraitə uyğunlaşmaq üçün birgə strategiyalar hazırlayacaqlar. Bütün bunlar dünya üçün artq həyati əhəmiyyətə malikdir. Məsələ burasındadır ki, iqlim dəyişikliyi Yer kürəsində orta temperaturlar və hava şəraitinin uzunmüddətli dəyişməsidir. İndi bu xüsusda proseslər özünü qabarıq şəkildə büruzə verir. Məsələn, təkcə bu ilin əvvəlindən ekstremal hava hadisələrinin tez-tez baş verməsi və iqlim dəyişikliklərinin güclənməsi nəticəsində 15 temperatur rekordu qırılıb. İqlim tarixçisi Maksimiliano Herreranın sözlərinə görə, ilk altı ayda misli görünməmiş rekordların sayı heyrətləndirici idi: "Bu miqdarda ekstremal istilik hadisələri indiyə qədər görülən və ya mümkün hesab edilənləri üstələyir. 2024-cü ilin fevral-iyul ayları bütün statistik göstəricilər üzrə ən yüksək dövr olub". Bəzi günlərdə minlərlə monitorinq stansiyaları yeni aylıq maksimal və ya minimal rekordlar qırır. Gecələr yüksək temperatur o deməkdir ki, insanların və ekosistemlərin davam edən istidən özlərinə gəlmək üçün çox az vaxtı var. Məsələn, iyulun sonunda Çinin Yueyan bölgəsi gecə saatlarında görünməmiş yüksək - 32 dərəcəlik temperatura, təhlükəli dərəcədə yüksək rütubətə baxmayaraq, istidən əzab-əziyyət çəkirdi. Bütün zamanların milli rekordlarının coğrafi diapazonu heyrətamizdir. Meksika iyunun 20-də Tepaçedə 52 dərəcəlik zirvəsini təkrarladı. Dünyanın digər tərəfində, Kokos adalarının Avstraliya ərazisi bu il üçüncü dəfə aprelin 7-də 32,8 dərəcəyə çatdı. Lakin ən güclü istilik tropiklərdə cəmləşib. İyunun 7-də Misir Asuanda 50,9 dərəcəlik milli maksimum qeydə alınıb. Bu günlərdə Çad Fayedə 48 dərəcəlik milli rekordunu təkrarladı. Mayın 1-də Qana Navronqda 44,6 dərəcəlik yeni zirvəyə çatdı, Laos isə Tha Nqonda 43,7 dərəcəlik yeni istilik səviyyəsinə daxil oldu. Herreranın sözlərinə görə, tropiklər 15 ay ardıcıl olaraq hər gün rekordlar qırır.

Avropa İttifaqının aparıcı monitorinq agentliyi olan "Copernicus" İqlim Dəyişmələri Xidməti bu yaxınlarda bildirib ki, iyun ayı ardıcıl olaraq aylıq temperatur rekordu vuran 13-cü ay olub. Ümumdünya Meteorologiya Təşkilatı, həmçinin bu il ən azı 10 ölkədə temperaturun 50 dərəcədən yuxarı olduğunu qeyd edib.

Qeyd edək ki, iqlim Yer kürəsi tarixi boyunca dəyişib. Lakin təbii səbəblər ötən yüzilliyin xüsusilə sürətli istilənməsini şərtləndirmir. Bu yaxınlarda baş vermiş iqlim dəyişmələrinə antropogen amil səbəb olub, bu da əsasən qazıntı yanacağının - kömür, neft və qazın evlərdə, zavodlarda və nəqliyyatda geniş istifadə edilməsinə görə baş verir. Qazıntı yanacağı yanan zaman istixana qazlarını - əsasən karbon qazını atmosferə buraxır. Bu, Yer səthinə yaxın atmosferdə artıq enerjini saxlayaraq, planetin istiləşməsinə səbəb olur. Ötən əsrin əvvəli ilə müqayisədə qlobal orta temperaturun Selsi üzrə 1,1 dərəcə artması o qədər də böyük problem kimi görünməyə bilər. Lakin bu, ətraf mühitə böyük təsir göstərib, o cümlədən istilik dalğaları və leysanlar kimi daha tez-tez və intensiv ekstremal hava şəraiti, dəniz səviyyəsinin yüksəlməsinə kömək edən buzlaqların və buz təbəqələrinin sürətlə əriməsi, Arktikada dəniz buzu sahəsinin kəskin azalması, okeanın istiləşməsinə səbəb olub. Bir çoxları üçün iqlim dəyişmələri temperaturun yüksəlməsi deməkdir. Lakin temperaturun artması hələ yalnız başlanğıcdır. Yer kürəsi sistemində hər şey bir-birilə əlaqəli olduğu üçün bir sahədəki dəyişikliklər digər sahələrə də təsirsiz ötüşmür. İqlim dəyişmələrinin fəsadlarına hazırda intensiv quraqlıqlar, su çatışmazlığı, güclü yanğınlar, dəniz səviyyəsinin qalxması, daşqınlar, qütb buzlaqlarının əriməsi, fəlakətə səbəb olan qasırğalar və biomüxtəlifliyin itirilməsi daxildir, lakin bu da hələ hamısı deyil. İqlim dəyişmələri sağlamlığımıza, ərzaq məhsulları yetişdirmə qabiliyyətimizə, yaşayış yerlərimizə, təhlükəsizliyimizə və işimizə təsir edə bilər. Kiçik ada dövlətlərində və digər inkişaf etməkdə olan ölkələrdə yaşayan insanlar iqlim dəyişmələrinə qarşı daha həssasdır. Dəniz səviyyəsinin qalxması və duzlu suyun əraziləri basması kimi hadisələr bütöv icmaların başqa yerlərə köçməsinə səbəb olub, uzunmüddətli quraqlıq isə insanları aclıq təhlükəsi ilə üz-üzə qoyur. Gələcəkdə hava şəraiti ilə bağlı məcburi köçkünlərin sayının artacağı gözlənilir. Problemin çözümü istiqamətində böyük dəyişikliklər hökumətlərdən və biznes dairələrindən irəli gəlməlidir, lakin fərdlərdən olan kiçik dəyişikliklər də kömək edə bilər: daha az uçmaq; daha az enerji sərf etmək; ev izolyasiyasını və enerji səmərəliliyini artırmaq; elektrik avtomobillərinə keçmək və ya avtomobilsiz yaşamaq; qaz mərkəzi isitmə sistemini istilik nasosları kimi elektrik sistemləri ilə əvəz etmək; həmçinin, digər müvafiq addımlar atmaq. Bütün bunlara COP29 zamanı xüsusi diqqət olunacaq.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirilir

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ