çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Azərbaycanın əsas müttəfiqlərindən birinin Talibanla ciddi problemi yarandı...

Image


Bəllidir ki, Azərbaycanın xarici siyasətində Pakistanla münasibətlər mühüm yer tutur, iki ölkə arasında çoxşaxəli əlaqələr mövcuddur. Ölkələrimiz bir-birinə sıx dostluq və qardaşlıq əlaqələri ilə bağlıdır. Ümumiyyətlə, iki ölkənin münasibətləri birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Münasibətlərimizin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də bunu xalqların bir-birinə yanaşması tələb edir. 

Qeyd edilənlər fonunda ötən ay prezident İlham Əliyevin Pakistana dövlət səfəri və ölkə başçısının yüksək səviyyədə qarşılanması da tamamilə təbii xarakter daşıyır. Xatırladaq ki, səfər çərçivəsində bir sıra mühüm tədbirlər baş tutub, ikitərəfli və regional məsələlər ətrafında aktual müzakirələr aparılıb. Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə, bugünə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb. Azərbaycan da bütün məsələlərdə, o cümlədən Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini əksər məsələlərdə qeyd-şərtsiz dəstəkləyir. Hazırda ölkələrimiz müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil, farmakoloji preparatlar və digər sahələrdə əməkdaşlıq edirlər. Hazırda iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Bütün bunlar fonunda Pakistanda baş verənlər Azərbaycanda da diqqətlə izlənilir. Son vaxtlarda isə Pakistan üçün ciddi bir problem meydana çıxıb. Bu xüsusda "Radio Azadi" yazır ki, hələ üç il öncə - Taliban hakimiyyəti ələ keçirəndən bir neçə gün sonra Pakistanın İdarələrarası Kəşfiyyat Xidmətinin rəhbəri general-leytenant Faiz Həmid Əfqanıstanın paytaxtı Kabilə bir növ qələbə səfəri etmişdi. "Xahiş edirəm narahat olmayasınız. Hər şey yaxşı olacaq" deyən  general beşulduzlu "Sarena" otelində gülümsəyərək çay içə-içə Qərb jurnalistlərinə belə demişdi: "Di gəl, üç il sonra Pakistan Talibanın hakimiyyəti yenidən ələ keçirməsindən məmnun görünmür. Belə ki, Taliban hökuməti artıq Pakistanın əsas düşməninə çevrilib. 

İslamabad Talibanı 2021-ci ildə yüzlərlə Pakistan hərbçisini öldürən "Təhrike Taliban Pakistan" hərəkatına sığınacaq verməkdə günahlandırır. "Təhrike Taliban Pakistan"ın Əfqanıstanın daxilində gizləndiyi düşünülən yerlərə Pakistanın davamlı hava zərbələri və diplomatik xəbərdarlıqları heç bir nəticə vermir. İslamabad öz tələblərini dəfələrlə təkrarlasa da, Taliban "Təhrike Taliban Pakistan"nı dəstəkləməkdən əl çəkmir. Pakistanla Əfqanıstan arasında əsas sərhəd keçid məntəqəsi olan Torxam artıq bu fonda bir neçə gündür ki,  qapalıdır. Avqustun 12-də baş verən atışma nəticəsində bir neçə Taliban döyüşçüsü yaralanmış, azı, üç Pakistan hərbçisi həyatını itirmişdi. İki ölkə arasındakı 2 min 500 kilometrlik sərhəd boyunca belə toqquşmalar, demək olar, hər həftə baş verir. Sərhədin tez-tez bağlanması və 1 milyona yaxın yoxsul əfqanın Pakistandan çıxarılması da Əfqanıstanın indiki hakimiyyətinə İslamabadın tələblərini qəbul etdirə bilmir". Baş verənlər fonunda "Xorasan gündəliyi" saytının xəbər direktoru İhsanulla Tipu Məsud bildirir: "Durum 180 dərəcə dəyişib. İndi savaşa aparan münaqişə vəziyyəti var". Avqustun 14-də - Pakistanın Müstəqillik Günündə ölkənin ordu rəhbəri general Asim Munir Taliban hökumətindən səmimi əməkdaşlıq münasibətləri naminə İslamabadın tələblərinə cavab verməsini xahiş edib. O, Taliban hökumətini "Təhrike Taliban Pakistan" ilə bağlarını Palistanla münasibətlərdən üstün tutmamağa çağırıb: "Pakistan hər zaman sizə kömək etdiyi kimi, siz də bu bəlaya son qoymaq işində bizə qoşulmalısınız". Ancaq Aİ və BMT-nin Əfqanıstandakı keçmiş müşaviri, hazırda Belfastdakı Kvins Universitetinin professoru Maykl Sempl  deyir ki, Pakistanı ağuşuna alan dərin siyasi və iqtisadi böhranı görən Taliban üçün "Təhrike Taliban Pakistan"ın, az qala, 20 il sürən kampaniyasından əl çəkmək çətin olacaq. Talibanın hakimiyyətə qayıdışından sonra "Təhrike Taliban Pakistan" yeni güclə ortaya çıxıb. 2014-cü ildə Pakistan ordusunun keçirdiyi əməliyyat və ABŞ-nin dron zərbələri nəticəsində sıraları seyrələn və rəhbərliyi zəifləyən "Təhrike Taliban Pakistan"Əfqanıstana çəkilmişdi. "Təhrike Taliban Pakistan" yaxın ideoloji və təşkilati baxımdan müttəfiqi Talibanın döyüş taktikasını mənimsəyib. Əsasən, təhlükəsizlik qüvvələrini hədəf alan qrup bəzi sərhəd bölgələrində İslamabadın hakimiyyətinə meydan oxumaq üçün kölgə hökuməti yaradıb. Sempl deyir ki, indi Talibanın casus xidməti olan Baş Kəşfiyyat İdarəsinin "Təhrike Taliban Pakistan" ali lideri Molla Heybətulla Axundzadəyə xeyir-dua verməklə qurumu dəstəklədiyinə dair artan dəlillər var: "Onların bir strateji dərinliyə nail olmaq, Pakistanda şəriət əsaslı sistemin qurulmasında bir növ böyük tərəfdaş olmaq arzusu var". Strateji dərinlik bir zamanlar Pakistanın hərbi doktrinasını xarakterizə edirdi. 1979-89-cu illərdə Pakistan SSRİ-nin Əfqanıstanı işğalına qarşı sərhəd dövlətinə çevrilmişdi. O zaman onun hərbi strateqləri qonşu ölkədə dominantlıq etmək və Pakistanın əsas düşməni Hindistanla müharibə başlayarsa, Əfqanıstandan arxa cəbhə kimi yararlanmaq məqsədinə fokuslandılar. Məsud deyir ki, "Təhrike Taliban Pakistan"da çox sayda əfqan Taliban döyüşçüsü cəmləşib və Talibanın müttəfiqi olan bəzi mollalar dəfələrlə "Təhrike Taliban Pakistan"ın Pakistandakı kampaniyasını dəstəkləyən fətvalar veriblər. İhsanulla Tipu Məsud bu fonda bildirir: "İşlər get-gedə pisləşəcək. Pakistan hökuməti iddia edir ki, Pakistanda hücumlar gerçəkləşdirən intihar bombaçılarının azı 15-i Əfqanıstan vətəndaşıdır". Ancaq əfqanıstanlı jurnalist və şərhçi Sami Yusafzay deyir ki, düşdükləri miskin durum üzündən İslamabadı günahlandıran əfqanlar arasında antipakistan ovqatının yüksək olması Talibanı İslamabada qarşı sərt ictimai mövqe tutmağa vadar edib: "Əfqanlar tərəfindən Pakistanın proksisi kimi görünmək Taliban üçün ciddi çatışmazlıqdır". İslamabadın örtülü hərbi dəstəyi 1996-cı ildə Talibanın Əfqanıstanın əksər hissəsini ələ keçirməsinə imkan yaradıb. Daha sonra - 1996-cı ilin sentyabrında Taliban Kabildə hakimiyyəti ələ keçirəndən sonra Pakistan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə Taliban hökumətini tanıyıb. Londonda yerləşən "Chatham House" beyin mərkəzinin Əfqanıstan üzrə eksperti Həmid Hakimi Talibanla Pakistan arasındakı münasibətlərin daha çox qarşılıqlı asılılığa doğru sürüşdüyü qənaətindədir. Onun sözlərinə görə, dünyada nüfuzu artmaqda olan Hindistanın regional hegemon kimi rolunu gücləndirməsi fonunda İslamabad Əfqanıstanla münasibətlərdə qeyri-sabitlik istəmir. O deyir ki, Talibanın Pakistan islamçı birlikləri ilə münasibətləri onun İslamabadın güvənlik isteblişmenti ilə bağlantılarından daha dərindir: "Kabillə İslamabad arasında zorakılığın eskalasiyası risqi yaranınca, bu əlaqə və şəbəkələr dərhal fəaliyyətə keçir".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirilir

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ