Bazar günü günü, 08 noyabr 2026
     

Dünya üçün təhlükəli nümunə - Müharibə cinayətlərinə görə Ermənistan hələ cəzalandırılmayıb…

Image


Dünyada hazırkı mürəkkəb geosiyasi vəziyyət onu göstərir ki, beynəlxalq sülhün və bütövlükdə bəşəriyyətin təhlükəsizliyinin siyasi-hüquqi müdafiəsi hələ də öz kamil nöqtəsinə çatmayıb.

Zaman keçdikcə beynəlxalq birlik dövlətlərin bəzi əməllərini cinayət, ayrı-ayrı ölkənin mənafeyini pozan, dünya qanunlarına və asayişinə təhlükə yaradan əməllər kimi qiymətləndirib. Beynəlxalq norma və prinsiplərin imperativ kimi tanınması onlara riayət etməyi məcbur edir. Sülh əleyhinə cinayətlərin tənzimlənməsi ilə bağlı mövcud norma və prinsiplər hüquqi və texniki boşluqlardan və qeyri-müəyyənliklərdən tam xali deyil. Bu səbəbdəndir ki, Ermənistan Azərbaycana qarşı dəhşətli müharibə cinayəyitinə yol versə də, hələ layiqli cəzasını almayıb.

  • Ermənistanın mina terroru hələ də davam edir

Beynəlxalq sülhün sabit vəziyyəti ümumbəşəri sərvət olduğundan, bu fenomenin həm beynəlxalq aləmdə, həm də milli qanunvericilik çərçivəsində qorunmasının siyasi-hüquqi mexanizminin spesifikliyi ön plana çıxır. Amma bu zaman beynəlxalq sülhə təhlükə yaradan əməllərin cinayət məsuliyyətinə cəlb edilməsi də zəruridir. İnsanlıq əleyhinə cinayətlər arasında, şübhəsiz ki, sülh və bəşəriyyətin təhlükəsizliyinə qarşı olanlar  ən təhlükəlisidir. Müasir dünyada belə cinayətlərin, o cümlədən beynəlxalq xarakterli cinayətlərin sayı artıb.

Terror aktlarının, qətllərin, əsarətin, əhalinin məhv edilməsinin və bir çox başqa faktların getdikcə artması ilə mövcud beynəlxalq vəziyyət bütün sivil dünya ictimaiyyətini bu qəbildən olan cinayətlərə qarşı ardıcıl mübarizə aparmağa vadar edir. Ona görə də dövlətlər cinayətkarlıqla mübarizə üçün öz fəaliyyətlərini əlaqələndirməyə məcburdurlar. Belə əməkdaşlıq çərçivəsində beynəlxalq cinayətkarlıqla mübarizə və cinayət sferasında hüquqi yardımın göstərilməsi məqsədi ilə müqavilə və sazişlər bağlanır, ictimai münasibətlərin bu sahəsində birgə cinayətlərin qarşısının alınması tədbirləri həyata keçirilir. BMT beynəlxalq cinayətlə bağlı qlobal problemlərin həlli üçün dövlətlər arasında tədbirlərin əlaqələndirilməsini və əməkdaşlığın zəruriliyini qeyd edərək, cinayətlə mübarizənin ümumi və ortaq məsuliyyət olduğunu vurğulayıb. Amma hələ də bu cinayəti törədənlərə qarşı bəzi hallarda müvafiq addımlar atılmır. Məsələn, Ermənistan indiyə kimi Azərbaycana qarşı müharibə cinayətlərini davam etdirir. Faktdır ki, işğaldan azad olunmuş torpaqlarımızda Ermənistan tərəfindən basdırılmış minalar hərbi qulluqçularımızın və mülki şəxslərin həyatına son qoymaqda davam edir. Azərbaycan tərəfinin işğaldan azad olunmuş ərazilərimizdə basdırılmış minaların düzgün xəritələrini dəfələrlə tələb etməsinə baxmayaraq, Ermənistanın xəritələri təhvil verməkdən boyun qaçırması bu ölkənin günahsız insanların qətlində maraqlı olduğunu, beynəlxalq humanitar hüquq normalarına etinasız münasibətini bir daha göstərir. Digər tərəfdən, azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən basdırılmış minalar mülki şəxslərin və hərbi qulluqçularımızın təhlükəsizliyinə, regionda sülh quruculuğu prosesinə, həyata keçirilən infrastruktur layihələrinin icrasına, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı prosesinə ciddi təhdid yaradır. Bundan başqa, Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 000-ə yaxın azərbaycanlının taleyi bugünədək naməlum qalır. Bu cür faktlar Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini, beynəlxalq hüququn norma və prinsiplərinin birbaşa pozulması hallarını sübut edir. Belə qəbildən olan digər müharibə cinayətləri barədə də xeyli faktlar sadalamaq mümkündür.

  • Azərbaycana qarşı müharibə cinayətlərinin elementləri ən qəddar epizodlara malikdir

Qeyd edək ki, işğal dönəmində Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən müharibə cinayətlərinin  elementləri ən qəddar epizodları malikdir. Onlara hüquqi qiymət verilməsinin zəruriliyini ölkəmiz daim gündəmə gətirir. Bunun üçün prosedurlar var. Həmin prosedurlar hələ XIX əsrin sonu və XX əsrin əvvəllərində Haaqa Konvensiyalarının bağlanması ilə, daha sonra isə 20-ci əsrin sonunda başlayıb. Belə ki, sülhə, insanlığa qarşı cinayətləri və müharibə cinayətlərini özündə əks etdirən beynəlxalq hüquqa aid normalar formalaşdırılıb. Sadəcə, onların işləkliyi təmin olunmalıdır.

Mövcud mürəkkəb geosiyasi vəziyyət onu göstərir ki, beynəlxalq sülh və bəşəriyyətin təhlükəsizliyi daha səmərəli müdafiə tələb edir. Sülh əleyhinə cinayətlərə qarşı mübarizə və onların qarşısının alınması üsullarının təkmilləşdirilməsi sistemli və metodik olmalıdır. Çünki sülh və təhlükəsizlik əleyhinə olan cinayətlər böyük ictimai təhlükə ilə xarakterizə olunur. Bu cinayət qruplarının xüsusiyyəti onlara qarşı ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələr əsasında aparılan mübarizədir. Bu sazişlərin iştirakçısı olan dövlətlər öz ölkələrinin milli cinayət qanunvericiliyində bu cinayət əməllərinə görə cinayət-hüquqi qadağalar və cəzalar müəyyən etmək öhdəliyi götürürlər. Qeyd etmək lazımdır ki, universal yurisdiksiya cinayət əməlinin harada baş verməsindən və əməli törədən şəxsin vətəndaşlığından asılı olmayaraq həyata keçirilir. Beləliklə, bu yurisdiksiya üçün əsas şərt ərazi və ya vətəndaşlıq yox, törədilmiş əməlin xarakteridir. Azərbaycan bu prinsipi rəhbər tutur. Hər halda, Qarabağdakı erməni separatçıların liderlərinin həbs olunaraq Bakıya gətirilməsi də bunun təzahürüdür. Xatırladaq ki, Qarabağ separatçılarının lideri olmuş Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, eləcə də Ruben Vardanyan, David İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərləri tutularaq barələrində həbs qətimkan tədbiri seçilib. Adları çəkilən bu şəxslər Azərbaycan dövlətinə qarşı terrordan tutmuş qanunsuz silahlı dəstələr yaratmaq, təxribatlar törətmək, azərbaycanlılara işgəncə vermək, dinc sakinləri soyqırımına məruz qoymaq, Qarabağda etnik təmizləmə və başqa cinayət əməlləri törədiblər. Azərbaycana qarşı dövlət cinayəti işləyən Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan və digərləri də layiqli cəzalarını alacaqlar. Sülhə, bəşəriyyətin təhlükəsizliyinə qarşı qəsdlər və müharibə cinayətləri, o cümlədən soyqırımı üçün iddia müddəti yoxdur. Bu cinayəti tərədənlər mütləq cəzalarına çatacaqlar. Azərbaycan kənardan yardım olmadan da bu istiqamətdə məqsədlərinə çatacaq.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ