Bazar günü günü, 08 noyabr 2026
     

MDB-nin baş kəşfiyyatçılarına önəmli fakt - Kürəkçay müqaviləsi...

Image


"...Ondan başlayım ki, Dağlıq Qarabağ adlı qurum tarixdə heç vaxt mövcud olmayıb. 1805-ci ildə Rusiya imperiyasının tərkibinə daxil olmuş Qarabağ xanlığı olub. Kürəkçay sülh müqaviləsi imzalanıb, onu Azərbaycan tərəfindən Qarabağ xanı İbrahim Xəlil xan, - o, Qarabağın və Şuşanın xanı idi, - Rusiya tərəfindən isə çar generalı Sisianov imzalayıblar. Kürəkçay müqaviləsinin mətni internetdə var və hər kəs tanış ola bilər. Orada erməni əhalisi və ya erməni əhalisinin hansısa xüsusi hüquqları haqqında heç bir xatırlatma yoxdur, bu bir daha aydın şəkildə ondan xəbər verir və tarixçilər də yaxşı bilirlər ki, Qarabağ əsrlər boyu, minilliklərlə bu ərazidə yaşamış azərbaycanlıların məskunlaşdığı qədim torpaqdır. Kürəkçay sülh müqaviləsindən sonra Azərbaycan xanlıqları ilə Rusiya arasında digər Azərbaycan xanlıqlarının, o cümlədən İrəvan xanlığının da Rusiyanın tərkibinə daxil olduğu daha iki – 1813-cü ildə Gülüstan sülh müqaviləsi və 1828-ci ildə Türkmənçay müqaviləsi olub..." 

Bu fikirləri Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən bildirib. 

  • "Prezident təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinə məlumat verməklə yanaşı, həm də Kürəkçay ətrafında manipulyasiya edənlərə ciddi mesaj verdi" 

Azərbaycan Prezidentinin MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinə belə mötəbər məlumat verməsinin əhəmiyyətini vurğulayan AVCİYA-nın vitse-prezidenti, tarixçi alim, siyasi icmalçı, professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə şərhində "Bu onlara verilən ən mötəbər məlumatdır. Kürəkçay müqaviləsində ümumiyyətlə ermənilərdən bəs edilmədiyini bilmələri tam yerinə düşdü, çünki bəzi rus və erməni tarixçiləri bu müqavilə ətrafında manipulyasiya edir. Prezident  təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinə məlumat verməklə yanaşı, həm də Kürəkçay ətrafında manipulyasiya edənlərə ciddi mesaj verdi" - deyə bildirdi.

M.Zülfüqarlının sözlərinə görə, Kürəkçay müqaviləsini izah etməzdən əvvəl regionda gedən əvvəlki dövr siyasətinə qayıtmalıyıq. O vurğuladı ki, Pyotrdan başlayaraq vətənsiz bir toplum olan ermənilərin rus çarlarına müraciətləri olub, onlar rus çarına müracət edərək onlara yaşamaq üçün bu ərazilərdə yer verilməsini xahiş ediblər, əvəzində isə rus imperiyasına sədaqətlə xidmət edəcəklərini bir neçə dəfə bildirmişdilər, emissarlar göndərmişlər. "Yəni XVIII əsrin əvvəllərindən başlayaraq indiki faciələrin, erməni separatizminin Azərbaycana qarşı olan təxribatların əsası qoyulub. Rus çarları içində yeganə çar Paveldir ki, düzgün siyasət yeridərək Qafqazdan rus qoşunlarını geri çəkmişdi və bildirmişdi ki, Qafqazda ordu saxlanmaq Rusiyanın mənafeyinə uyğun deyil, xərci borcunu ödəmir və sair. Yəni Paveldən sonra gələn oğlu Aleksandr da bu cür siyasət yeritsəydi, indi bu faciələrin mənbəyi olan ermənilər bizim torpaqlarda olmayacaqdılar. Yəni faciənin ikinci mərhələsi birinci və ikinci Rus-Qacar müharibələri dövründə başlayıb. Amma Kürəkçay müqaviləsinə qədər ruslar əvvəl 1801-ci ildə  Georges müqaviləsi imzalayıb Gürcüstanı ilhaq etdilər, 1803-cü ildə Çar-Balakənə girdilər. Car-Balakəndə andlı öhdəlik imzalandı. Bu öhdəliyə görə, Car-Balakən camaatı (icması ) rus xəzinəsinə ildə 3 min metr ipək parça ödəməli idi. Car-Balakəndən sonra ruslar Gürcüstan vasitəsilə artıq Gəncəni hədələməyə başladılar. Niyə Gəncəni? Ona görə ki, Gəncə digər xanlıqlara da qapı idi. Yəni Gəncənin tutulması ilə digər xanlıqlara yol açılırdı. İkinci səbəb isə Gəncə xanı Cavad xan Qacarlar nəslindən idi. O dövrdə indi İran adlanan ölkədə hakimiyyətdə olan Azərbaycan tayfası olan Qacarlar sülaləsinin bir nümunəsi də Cavad xan idi. Qafqazda Qacarların dayağı Gəncə xanlığı idi. Ona görə general Sisianov əvvəllər Cavad xana məktublar göndərdi. İlk məktubda hörmətlə yanaşırdı, diplomatik gediş edirdi, sonra isə məktublarda get-gedə təzyiqləri artırırdı. 1803-vü ilin yanvarından dekabrında qədər bu yazışma oldu və nəhayət 1804-cü ilin yanvarında Gəncə işğal olundu. Cavad xan əlində qılınc döyüşərək həlak oldu, Cavad xanla bərabər ailə üzvlərinin də bir çoxu öldürüldü, çoxlu sayda dinc əhali qırıldı. Bununla da Kürəkçay müqaviləsinə yol açıldı. Sovet dövrü tarixçilərinin əsərlərini oxuyanların, Sovet dövrü tarix kitabları ilə tanış olanların çoxu deyir ki, guya İbrahim Xəlil xan Rusiyapərəst idi, ona görə bu müqaviləni bağladı. Bunlar tam ağ yalandı, böhtandır. Yadda saxlamaq lazımdır ki, İbrahim Xəlil xanın böyük qızı Ağabəgim ağa Fətəli şah Qacarın həyat yoldaşı idi. Bir oğlu Əbülfət ağa isə Abbas Mirzənin qoşunlarında ruslara qarşı vuruşurdu. Belə bir ata heç zaman Rusiyameylli ola bilməzdi.  Kürəkçay müqaviləsini bağlanmasının əsas səbəbi rusların Gəncədə törətdiyi qəddarlıq idi. Onlar elə bir qəddarlıqlar etmişdilər ki, artıq digər xanlar o taleyi yaşamaq istəmədilər. Ona görə də Sisianovun bilavasitə tələbinə uyğun olaraq 1805-ci ilin mayında Qarabağ xanı İbrahim Xəlil xanla Kürəkçay sahilində müqavilə imzalandı. İbrahim Xəlil xanın yanında onun müttəfiqi və qohumu olan Şəki xanı Səlim xan da var idi. Kürəkçay müqaviləsinə uyğun olaraq bir həftə sonra Səlim xan da eyni müqaviləni imzaladı. Bundan sonra işğalı genişləndirmək üçün Sisianovun əl - qolu açıldı. Qaldı Kürəkçay müqaviləsinin maddələrinə, maddələrə görə, İbrahim Xəlil xan və onun nəslindən olan kişilərin hamısına rus ordusunun zabitləri rütbələri verildi. Bundan sonra Şuşada 100 nəfərlik rus qarnizonu saxlamağı öhdəsinə götürdü. İldə də rus xəzinəsinə 8 min çervon vergi verməyi öhdəsinə götürdü. Yəni Qarabağ xanlığı daxili müstəqilliyini saxlayırdı, vergini verməklə, öhdəliyi yerinə yetirməklə idarəçiliyi davam etdirirdi. Ermənilərə gəlincə, burada erməni amili yox idi. Ermənilərin Qarabağa köçürülməsi Kürəkçay müqaviləsi bağlandıqdan sonra baş verib. Onlar bura  Türkmənçay müqaviləsindən sonra köçürülüblər. Ermənilər özləri bunu Marağa-150 abidəsi ilə təsdiq ediblər. Sadəcə olaraq, Sovet dövründə və müstəqilliyə keçid illərində çoxlu sayda tarix kitabları yazıldı. Erməni tarixçiləri saxta tarix kitabları yazmaqla ermənilərin Qarabağda iddiasına haqq qazandırmaq istəyirdilər...Amma bu yanlış məsələ idi" - deyə M.Zülfüqarlı qeyd etdi.

O əlavə etdi ki, Qarabağa köçürülən ermənilər sonradan alban irsinə sahib olub albanların bir qisminin erməniləşməsinə səbəb oldular. Ermənilər çox zaman Kürəkçay müqaviləsindən danışarkən orada albanların adlarının çəkildiyini iddia etsələr də, M.Zülfüqarlı bildirdi ki, sözügedən müqavilədə belə məsələ olmayıb, bu, erməni uydurmasıdır.

Sonda professor vurğuladı ki, məhz bu məsələnin MDB ölkələri dövlət təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin diqqətinə çatdırılmasının mühüm əhəmiyyəti var ki, onlar ermənilərin bizim torpaqlara yad olduğunu bilsinlər.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ