Bazar ertəsi günü, 09 noyabr 2026
     

Bakıya beynəlxalq təzyiq ümidləri puç oldu, İrəvanda maraqlı etiraflar...

Image


Ermənistanın davamlı şəkildə pozucu fəaliyyət göstərərək sülh danışıqlarına, eləcə də Azərbaycan və yerli erməni sakinlər arasında təmas və dialoqun inkişafına maneçilik törətməyə çalışması qəbuledilməzdir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında bildirib.

Qeyd edək ki, iyulun 29-da Blinken prezident İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə danışıqlar və bölgədə son vəziyyət müzakirə olunub. Ermənistan tərəfinin atdığı təxribatçı addımların sülh prosesinə maneçilik törətdiyini bildirən dövlət başçısı vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qanunsuz olaraq qalmaqda davam etməsi bölgədə hərbi gərginlik mənbəyidir. Bununla yanaşı, prezident Ermənistan tərəfinin Laçın dövlət sərhədindən keçid məntəqəsində hərbi təxribat törətməsini, sərhədçilərimizi atəşə tutmasını, qaçaqmalçılığa cəhd edilməsini, icazəsiz yük avtomobillərini Azərbaycana göndərməsini qeyd edib. Eləcə də prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə etməklə bağlı təklif irəli sürməsinə və bunun Avropa İttifaqı, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan bütün təkliflərə qarşı çıxıb. Erməni tərəfinin “humanitar vəziyyət” və “blokada” ilə bağlı iddiaları siyasi manipulyasiyadır. Blinken ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edərək, Laçın dövlət sərhədindən buraxılış məntəqəsi və digər alternativ yollar vasitəsilə keçidin önəminə, danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub. Beləliklə, Azərbaycan bildirir ki, Qarabağda qalan ermənilər üçün yüklər Ağdam-Xankəndi yolu ilə çatdırıla bilər. ABŞ, Avropa İttifaqı, Rusiya və digərlərinin çağırışlarına baxmayaraq, Azərbaycanın bu məsələdə mövqeyi qətidir. Qeyd edilən xüsusda “Politico” saytı yazır ki, bu günlərdə Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrel regionda yaranmış humanitar vəziyyətdən narahat olduğunu bəyan edib: “Azərbaycan bildirir ki, Qarabağa lazımi yüklər işğaldan azad edilmiş Ağdamdan keçərək də gətirilə bilər. Bundan başqa, Azərbaycan Borrelin bəyanatından məyusluq ifadə edib və bildirib ki, bu bəyanatın verilməsinə səbəb Ermənistanın yaydığı təbliğat və siyasi manipulyasiyalar olub. Qaarabağdakı separatçılar Azərbaycandan yardım qəbul edilməsi ilə “müstəqilliklərini” itirə biləcəklərindən ehtiyat edirlər. Lakin Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, beynəlxalq birlik ermənilərin Ağdam marşrutunu qəbul etmələri üçün təzyiq göstərməlidir. Avropa İttifaqı “yavaş-yavaş” tərpəniş göstərir. Borrel Azərbaycanı Laçın yolunu bağlı saxlamaqla Beynəlxalq Ədalət Məhkəməsini hökmünü pozmaqda ittiham edib. O əlavə edib ki, Ağdam marşrutu Laçın dəhlizinə alternativ ola bilməz. Öz növbəsində, Bakı Borreli Beynəlxalq Ədalət Məhkəməsinin hökmünü açıq-aşkar təhrif etməkdə günahlandırıb. Avropa İttifaqının Azərbaycanda iqtisadi maraqları var və Brüssel Bakı ilə qaz təchizatının iki dəfə artırılmasına dair saziş imzalayıb. Avropa Parlamentinin müdafiə komitəsinin sədri Natali Luazö deyib ki, Aİ yalnız “narahatlıq” ifadə etməklə kifayətlənməməli, Azərbaycan rəsmiləri üzərinə “hədəfli sanksiyalar” qoymalıdır. Brüsselin Xarici Fəaliyyət Xidməti informasiya toplanması məqsədilə Laçın dəhlizinə mülki müşahidəçilər göndərib. Amma fransalı Avropa deputatı, parlamentin enerji komitəsinin üzvü Fransua-Haviyer Belami güman etdiyini bildirib ki, Brüsselin hazırda əhəmiyyətli bir addım atmaq üçün siyasi iradəsi yoxdur: “Bu, artıq Parlamentlə Komissiya arasında məsələyə çevrilib. Biz suallar qoymuşuq, Azərbaycana sanksiyalar qoyulmasına dair mövqeyimizi səsvermə ilə bildirmişik. Amma əgər Komissiya bizi eşitmirsə, daha nə edə bilərik?”.

Londondakı “Chatham House” analitik mərkəzindən aparıcı münaqişə eksperti Lorens Broers bildirir ki, Avropa İttifaqı vasitəçi kimi statusuna, Azərbaycan və Ermənistanla münasibətlərinə xələl gəlməsini istəmir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin bir neçə görüşünü təşkil etsə də, regionda vəziyyət gərgin olaraq qalır. Mişelin ritorikası Bakıda yaxşı qəbul olunur. O, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Ağdam marşrutunun alternativ kimi adını çəkib. Avropa deputatlarından gələn tənqidi səslər, əlbəttə qıcıq yaradır, amma narahatlıq üçün əsas yoxdur, çünki Azərbaycanın həm Şarl Mişel, həm də von der Leyen səviyyəsində yaxşı münasibətləri var. Mişel Avropa İttifaqının Azərbaycana qarşı daha sərt addımlar atmalı olub-olmadığına dair şərh verməkdən imtina edib. Onun sözçüsü bildirib ki, yay tətilindən sonra tərəflər arasında yeni danışıqlar planlaşdırılıb”. Beləliklə, Azərbaycanın mövqeyi qətidir və Laçın yolundan hansısa yüklərin daşınması mümkün deyil. Laçın keçid məntəqəsi Azərbaycan tərəfindən öz suveren ərazilərində yaradılıb. Erməni politoloq Vladimir Poqosyan bu fonda qeyd edir ki, Laçın yolu ilə bağlı məsələni yalnız İlham Əliyev həll edir. Rus sülhməramlıların nəsə edə biləcəyinə gəldikdə isə, Poqosyan belə cavab verib: “Qarabağdakı Rusiya sülhməramlı kontingentin komandanı general Lentsovu hətta Bakıya belə buraxmaya bilərlər”. Məsələ ilə bağlı “armenianreport” portalı isə yazır: “Artıq bir neçə gündür ki, absurdun açıq mənzərəsinin şahidi oluruq: İrəvanda 400 ton “ərzaq” yığılıb və Qarabağa “humanitar yardım” kimi göndərilib. 19 yük maşınından ibarət karvan Kornidzor kəndinin darvazasına çatıb və gözlənildiyi kimi, Azərbaycan sərhədçiləri tərəfindən buraxılmayıb. “Ərzaq daşıyan” maşınlar hələ də oradadır. “Dəstək” qərarı iyulun 25-də məlum olub. Gecə vaxtı dövlət qurumlarımız “Spayka” nəqliyyat şirkətini podratçı seçərək karvan yığdılar. Və “İrəli, gedək - dağlardan, dərələrdən keçək” dedilər... İzah edin, bizim bu hökumət “humanitar karvan”ın keçmə proseduru ilə bağlı Azərbaycan tərəfi ilə hər hansı razılığa gəlibmi? Birbaşa Blinken, Mişel, Lavrov, BMT, Qırmızı Xaç, Nigerdəki prezident Bazum, Krişna cəmiyyəti vasitəsilə - fərqi yoxdur, kiminsə vasitəsilə - razılığa gəlib? Bakı on tonlarla “ərzağın” keçməsinə razılıq verib? Verməyib. Və razılıq verəcəyinə dair heç bir əlamət yoxdur. Bu səbəbdən Qarabağa göndərilən “humanitar yardım”ı tamaşa adlandırmaq olar. İndi izah edin: bütün bu tamaşa nəyə lazım idi? Vergi ödəyicilərimizin pulunu niyə xərcləyirik? Laçın keçid məntəqəsinin qapısında Azərbaycan sərhədçilərinin gülüşlərinə tamaşa etməyə məcbur olan daşıyıcı şirkətin sürücülərinə niyə əzab verirsiniz? Paşinyan hökumətinin cənab nazirləri, siz hansı “bəlkələrə” ümid edirdiniz? Bəlkə erməni “bəlkəsinə” ümid edirsiniz ki, hərəkətimizlə dünya ictimaiyyətinin diqqətini çəkə biləcəyik və bununla Bakıya təzyiq göstərəcəyik? Ola bilsin ki, rus “bəlkəsinə” ümid edirsiniz? Rus sülhməramlılar sizi necəsə keçirdər deyə ümidlənmisiniz? Rusların lazım gəlsə hərbi qarşıdurmaya girəcəyinə arxalanmısınız? Azərbaycan “Laçın” keçid məntəqəsinin qapılarını açmayacaq. Bakı üçün bunu etmək, zəifliyini nümayiş etdirmək, manipulyasiya edilə biləcəyini göstərməkdir. Yoxsa azərbaycanlıların qəddarlığını bütün dünyaya göstərmək istəyirdiniz? “Baxın, onlara “humanitar yük” göndərdik, buraxmırlar, biz qurban, onlar isə despot...” deyə parlament sədri Alen Simonyan deyib: “Bakı “humanitar karvan”ı yolun girişində saxlayıb”. Dünyanın kiminsə dərdi, başqasının problemi vecinə deyil. Beynəlxalq Ədalət Məhkəməsi yolun “qanunsuz” şəkildə bağlanması barədə qərar çıxarıb. Avropa, ABŞ, Rusiya Azərbaycanı Laçın yolunu açmağa çağırır. Nə olsun? Bakıya indi həm Qərbin, həm də Rusiyanın ehtiyacı var”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ