çərşənbə günü, 11 noyabr 2026
     

“Evimiz Noyenberyan rayonunun Yuxarı Körpulü kəndində idi” - rayonun adı erməniləşdirilsə də...

Image


“Qamsaxurdiyanın bizə vətəndaşlıq verməməsi...”

Tarixi qaynaqlarda adı İncəsu, Barana kimi keçir. Azərbaycan tarixçiləri “Barana” toponimini Ağqoyunlu və Qaraqoyunlu tayfaları ilə bağlayır. Azərbaycan türklərinin tarixi torpağı Qərbi Azərbaycanın bir parçası olan Barananın adı 1937-ci ildə süni şəkildə erməniləşdirilərək Noyenberyan adlandırılıb.

Buna baxmayaraq yerli əhali öz milli soy-kökünə, tarixinə, torpağına, bu torpağın tarixi adına sadiq qalıb. Barana rayonunun kəndlərindən biri də Yuxarı Körpülü kəndidir ki, bu kəndin də yerli əhalisi Azərbaycan türkləri olub, onlar burada 1988-ci ilin noyabr ayının sonlarına qədər yaşaya biliblər. 1988-ci ildə soydaşlarımız doğma tarixi yurdlarından deportasiya olunublar. Əslən Qərbi Azərbaycandan olan soydaşlarımızla bağlı təqdim etdiyimiz “Qərbi Azərbaycandakı evimiz yerindədimi?”" rubrikasının qonağı Yuxarı Körpülü kənd sakini, 81 yaşlı Əsgər Paşa oğlu Həsənovdur. Yuxarı Körpülü kəndində müxtəlif vəzifələrdə işləyən Əsgər Paşaoğlunun 6 övladı, 13 nəvəsi, 5 nəticəsi var. Hazırda Bakıda yaşayan Ə.Paşaoğlunun doğma kəndinə qayıtmaq arzusu bitib-tükənməzdir. Deyir ki, cənab Prezidentin Qərbi Azərbaycanla bağlı çıxışı onun geri qayıtmaq ümidini daha da artırıb, amma bilmir, öz əli ilə min-bir zəhmətlə tikib qurduğu ev-eşiyi yerindədirmi?

“Mən ailəmlə Yuxarı Körpülü kəndində yaşayırdım. Həyatımız çox gözəl idi. Öz əlimlə yaxşı ev-eşik tikmişdim, bağ-bağat salmışdım, günümüz-güzəranımız xoş keçirdi, maşın da almışdım. Hətta Söyüdlü bulağının yaxınlığında qışlaq  yerim vardı, malımızı-heyvanımızı, toyuq-cüməmizi orada saxlayırdıq. Kənddə rəhbər vəzifələrdə işləmişəm deyə, rayona gələn hörmətli qonaqların çoxu bizim evə gəlib, çox məşhur adamlar Söyüdlüdə qonağım olub. Yadımdadır, Həmid Sultanov və Ayna Sultanovanın oğlu Vladlen Sultanov da Söyüdlü bulağındakı qışlağımıza qonaq gəlib. Burada aşıq Hüseyn Saraclı və başqa tanınmış şəxsiyyətlər də olub. Biz aranlı-yaylaqlı həyat tərzi sürmüşük, yayı yaylaqda, qışı qışlaqda keçirmişik. Yaylaqda xalq şairi Osman Sarıvəlli ilə görüşümüzü indi də xatırlayıram. Görüş 1973-cü ilin avqust ayına təsadüf edirdi.

Yuxarı Körpülü kəndi çox səfalı bir yerdə, meşənin ətəyində, Noyenberyan-Tiflis yolunun kənarında yerləşir. Bu kəndin əhalisi yalnız azərbaycanlılar olub. Qonşu kəndlərimiz isə Ləmbəli, Aşağı Körpülüdür. Yuxarı Körpülünün əhalisinin məşğuliyyəti əsasən bağçılıq və heyvandarlıq idi. Yaxşı şaftali, alma, nar, badam bağlarımız vardı, camaatımız çox yaxşı dolanırdı. Mən özüm sovxozda ferma müdiri, baş zootexnik, sovxoz direktorunun müavini və başqa yüksək vəzifələrdə işləmişəm. Yaxşı maaş, mükafat almışam, təkcə mən yox, işləyən insanların hamısı öz zəhmətinin bəhrəsini görürdü. Bizim şad-firavan günlərimiz 1988-ci ilin noyabr ayının 28-nə qədər davam etdi. Bizi erməni şovinistləri öz doğma ev-eşiyimizdən didərgin saldılar. O vaxt Noyenberyanın Birinci katibi Sayat Petrosyan gəlib camaata demişdi ki, ermənilər Qarabağla bağlı təşkilat yaradıblar, məndən də sizi buradan çıxarmağı tələb edirlər, əks halda məni sui-qəsdlə hədələyirlər. O zaman mən işimlə əlaqədar kənddə yox idim. Amma deportasiya olunanlar sırasında mənim də ailəm vardı. Biz kənddəki evimizdən heç nə çıxara bilmədik, qurulu evim, 03 “Jiquli” markalı maşınım, malım-mülküm, bir sözlə, nəyim vardısa orada qaldı. Çıxara bilmədik. Onu da deyim ki, 1948-1952-ci illərdə Yuxarı Körpülünün camaatı deportasiyadan kənarda qalsa da, amma Ləmbəli və Aşağı Körpülünün camaatı deportasiya olunmuşdular. Onları Marneuli rayonunun ayrı-ayrı kəndlərinə yerləşdirdilər. Oradan isə ləmbəliləri Sadaxlı dəmir yolu vağzalından şaxtalı qış günündə, yanvarın 10-da İrəvana, İrəvandan isə soyuq iqlimə malik olan Basarkeçərə göndərdilər. Aşağı körpülülər isə Qazaxa getdilər. Yuxarı Köprülü camaatının 1948-1952-ci illərdə köçürülməməsinin səbəbi isə çox maraqlıdır. Kolxoz sədrimiz Mehralı Nəzirov Gəncədə oxuyurdu, ona orada deyiblər ki, Stalinin qərarında məcburi köçürülmə yoxdur, köçürülmə könüllü xarakter daşıyır, hansı kənd istəsə köçməyə bilər. Bax, Yuxarı Körpülü bu yolla köçmədi. Stalin öləndən sonra ləmbəlilər hökumətin onları geri köçürməsini gözləməyib özləri dağ yolları ilə geri qayıtdılar. Unutmamış bir məsələni də deyim ki, Azərbaycan kəndlərinin köçürülməsinin baiskarı Anastas Mikoyan olub. Onun məqsədi o idi ki, yerli əhalini köçürüb o ərazini erməniləşdirsin. Bu o dövr idi ki, xaricdən ermənilər indi Ermənistan adlanan respublikaya köçürülürdü. Bildiyim qədər, ora  sonuncu kütləvi erməni  köçü 1961-ci ildə baş verib. Düzdü, biz deportasiya ediləndən sonra da ora ermənilər köçürülüb. Amma 1961-ci ildə o köçün şahidi olmuşam. 8 vaqon erməni gətirdilər. Həmin dövrdə yol idarəsində işləyirdim, ermənilərin bizim torpaqlarımıza köçürülməsinin şahidi olurdum. Biz o ermənilərdən soruşurduq ki, hardan gəlmisiniz? Deyirdilər ki, Beyrutdan, Yuqoslaviyadan, Suriyadan gəliblər. Ondan sonra onlar bizim rayonda da yerləşdilər”.

Əsgər Paşaoğlu deyir ki, ailəsi Gürcüstana, onun doğulduğu kəndə gəlib və bir müddət burada yaşayıblar. Ermənistandan deportasiya edilən Həsənovlar ailəsi Gürcüstan dövlətindən vətəndaşlıq istəyib, lakin o dövrdə Gürcüstana rəhbərlik edən şovinist Zviad Qamsaxurdiya onlara vətəndaşlıq verməyib: “Biz vətəndaşlıq üçün Gürcüstan hökumətinə müraciət etdik, Qamsaxurdiyaya məktub yazdıq. Lakin onun imzası ilə bizə ünvanlanan məktubda qeyd edilirdi ki, başqa respublikada yaşamış Gürcüstan doğumlu kişilərə vətəndaşlıq verilmir, vətəndaşlıq yalnız qadınlara verilir. Başımız min bir bəla çəkdi. Qamsaxurdiyanın bizə vətəndaşlıq verməməsi, qaçqın-köçkün kimi qeydə alınmamağımız bizə pis təsir edirdi. Əlimizdə Ermənistan SSR-in vətəndaşı olduğumuza dair pasportumuz vardı. Amma bizə qaçqın kimi heç bir qayğı göstərilmədi. Ondan sonra Azərbaycana pənah gətirdik. Belə oldu ki, Tovuz rayonunun Aşağı Mülklü kəndindən olan tələbə yoldaşım Vəkil İsayev gəlib bizi Tovuza köçürdü. 1990-cı ildə Tovuz rayonunun Girzan (Hunanlar) kəndinə köçdük, burada məskunlaşdıq, bizə hər cür kömək edildi, qaçqın statusu verildi. İndi də Azərbaycan Qaçqınlar Cəmiyyəti tərəfindən mənə verilən vəsiqəni saxlayıram. O vaxt ölkədə qarışılıq idi, düz-əməlli iş-güc yox idi. Bu səbəbdən biz Ukraynaya getdik. Ermənistanın bizə qarşı həyata keçirdiyi deportasiya siyasəti nəticəsində qərbi azərbaycanlar diyardan-diyara düşdü. Mən onda Ukrayna prezidenti işləyən Leonid Kuçmanın  qəbuluna yazıldım ki, bəlkə Ermənistana təsir edə, o da bizim mal-mülkümüzü, maşınımızı geri qaytara, bizə kompensasiya ödəyə. Bu ümidlə Kuçmanın qəbuluna yazıldım, prezidentin məni qəbul edəcəyi günü gözlədim. Lakin məni Kuçmanın müşaviri qəbul etdi və bildirdi ki, Kuçma Rusiya ilə Sevestapol barədə danışıq aparmaq üçün Krıma gedib, ona görə də məni o qəbul edir. Başımıza gələnləri bir-bir müşavirə danışdım, bildirdim ki, təkcə mən deyiləm, yanımda 30-dan artıq qərbi azərbaycanlı var ki, olar Ukrayna dövlətindən kömək istəyirlər. Ona “Mən BMT-nin baş katibi Kofi Annana da məktub yazmışam” dedim. Bildirdim ki, Ermənistanın bizə qarşı etdiklərinə qiymət versin. O da mənə dedi ki, Annan sizə heç bir kömək edə bilməz. Sizin mal-mülkünüzə, ev-eşiyinizə görə kompensasiya ödənilməsi yalnız Azərbaycan və Ermənistan arasında sülh müaviləsi bağlananda mümkün ola bilər. İndi isə yox. Müşavirin sözündən çox pəjmürdə oldum. Bir məsələni də deyim ki, sənədləşmə işi ilə əlaqədar bir məsələ vardı, Ukrayanada dedilər ki, biz Ermənistana bununla bağlı sorğu göndərmişik. Ermənistandan cavab gəlib ki, “Azərbaycan işğalçıları rayonu bombaladığına görə rayon dağılıb, əlimizdə heç bir sənəd qalmayıb”. Mən onlara izah etdim ki, Azərbaycan heç bir yeri bombalamayıb, əksinə, Ermənistan bizi deportasiya edib, özü Azərbaycan ərazilərinə hücum edib. Yəni Ermənistan bu cür yalan informasiya yayırdı”.  

Əsgər Paşaoğlu deyir ki, Yuxarı Körpülü tarixi bir yurd yeridir və buradakı zəngin abidələr, qədim qəbiristanlıqlar, tikililər, bulaqlar bizim adımızla bağlıdır. Yuxarı Körpülü kəndinin adının etmologiyasına gəlincə, Ə.Paşaoğlu qeyd etdi ki, bu sözün mənası bəzi tarixçilərin yazıdığı kimi deyil, tamam başqadır: “Bəzi tarixçilər yazırlar ki, guya bu kəndin adı Sınıq Körpü ilə bağlıdır. Yəni o Qırmızı körpüyə yaxın olduğu üçün Körpülü adlanır. Xeyr. Bu kəndin adı kartoqraf Abdulla Paşa Körpülünün adı ilə bağlıdır. O, bu kəndin gözəlliyini, səfasını görüb ora heyran olur. Onu da deyim ki, Yuxarı Körpülünün ərazisi Təkəli bəylərindən polkovnik Sadıq bəy Yadigarovun olub. Onun qardaşı Çar Ordusunun generalı idi. Sadıq bəyin burada böyük malikənəsi vardı. Təəssüflər olsun ki, ermənilərin fitvası və yaratdığı şəraitlə adamlar Sadıq bəyin mülkünü dağıdıb, daşını daşıyıb özlərinə ev tikdilər. Bu indi də məni ağrıdır. Yuxarı Körpülü kəndi ərazisindəki qədim qəbiristanlıqlar özü bir tarixdir. İndi bilmirəm o qədim məzarlıqlar qalıb, yoxsa yox. O məzarlıqların tarixi məlum deyildi, çox qədim idi. Saymışdım, kənddə 32 bulaq vardı, suyu canlara məlhəm idi.

İndi qayıdışdan danışırsınız. İnanın ki, bu yaşımda da Yuxarı Körpülüyə qayıtmağa hazıram, nə gizlədim, bu səda çıxandan ürəyim atlanıb. Amma burada bir məsələ var. Qayıdaq. Amma gərək bizim təhlükəsizliyimiz təmin edilsin, Ermənistan dövləti üzərinə öhdəlik götürsün ki, bizim təhlükəsizliyimizi qoruyacaq. Gec-tez Yuxarı Körpülüyə qayıdacağıq, bir az zamana ehtiyac var. Bu 34 ildə bir dəfə də olsun doğma evimə qayıtmaqla bağlı inamımı itirməmişəm. Amma bilmirəm, indi evimdə yaşayan var, yoxsa yox, evim qalır, yoxsa dağıdılıb, bunları bilmirəm. Təki geri qayıtmaq olsun, ev - eşik də düzələr” - deyə Ə.Paşaoğlu qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:36
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ