çərşənbə günü, 11 noyabr 2026
     

Cənubi Azərbaycanın sırf türk xanlıqları - fars-molla rejimi dövlətçilik ideyasını boğa bilməz...

Image


Azərbaycan ərazisində ən qədim dövlətlərin Cənubi Azərbaycanda qurulduğu məlumdur. Urmiyya gölünün sahillərində və digər ərazilərdə ilkin dövlətlər mövcud olub ki, onların da türksoylu, türkdilli dövlətlər olduğu elmi dəlillərlə sübut olunub.

Bu gün İran adlanan ölkənin ərazisində mövcud olan tarixi dövlətlərin Azərbaycan-türk dövlətləri olduğu məlumdur. Onu da vurğulayaq ki, Nadir şah Əfşarın 1747-ci ildə qətlindən sonra Azərbaycanın Şimalında olduğu kimi, Cənubunda da müxtəlif xanlıqlar meydana gəlib. Bilirsiz ki, Cənubi Azərbaycan mövzusuna qəzetimizdə geniş yer veririk.

“Bakı-Xəbər” olaraq, bu dəfə “Azərbaycan dövləti, Qərbi Azərbaycan, Cənubi Azərbaycan” rubrikasında Cənubi Azərbaycan xanlıqları barədə danışacağıq. Cənubi Azərbaycan ərazisində mövcud olmuş xanlıqlar barədə danışarkən qeyd etməliyik ki, bu xanlıqlar sırf türk-Azərbaycan xanlıqları idilər. Bunlar Marağa xanlığı, Maku xanlığı, Mərənd xanlığı, Qaradağ xanlığı, Qəzvin xanlığı, Sərab xanlığı, Təbriz xanlığı, Urmiya xanlığı, Xalxal xanlığı, Xoy xanlığı və Zəncan xanlığı idi ki, hər biri milli dövlətçilik tariximizdə ayrıca yerə malikdir. Qeyd etdiyimiz kimi, bunlar sırf Azərbaycan türklərinin yaratdığı xanlıqlar idi ki, onların da farslarla, molla rejiminin babaları ilə heç bir əlaqəsi yoxdur.

  • “Cənubi Azərbaycanda mövcud olmuş 8 xanlıq bizim tarixi dövlətçilik irsimizdir, onun mollalara aidiyyəti yoxdur”

AVCİYA-nın vitse-prezidenti, tarixçi alim, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda xanlıqlara qədər Azərbaycan xalqının böyük dövlətləri olub. “Sadəcə, indiki Tehran rejimi bizim dövlət rəhbərliyinin də dediyi bir fikri dolaşdırmağa çalışır ki, Azərbaycan xalqı ilə müasir İran əhalisinin müştərək tarixi var. Yəni bunu Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci ildə İranın ağır vəziyyətində, ABŞ-ın onu müharibə ilə hədələdiyi bir dövrdə deyirdi ki, Azərbaycanın İranla müştərək tarixi olub, orada bizim soydaşlarımız yaşayır. O zaman Prezident ABŞ-a mesaj verdi ki, İrana qarşı müharibəyə başlasan, sənə bizim ərazidən keçib müsəlman əhalini bombardman etməyə imkan verməyəcəyik. Yəni bu, Azərbaycanın mövqeyidir. Müştərək tarix  məsələsi isə çox zaman molla rejimi tərəfindən dolaşdırılır. Məsələn, Səlcuq imperiyasından başlasaq Atabəylər, Hülakilər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar dövlətlərinin hamısı Azərbaycan sülalələri, Azərbaycan dövlətləri olub. İndiki İran ərazisi də Azərbaycan dövlətlərinin tərkibinə daxil olub. Bu dövlətlərin mərkəzi Azərbaycan, yaradıcıları, qurucuları da azərbaycanlılar olub. Müştərək tarux deyəndə molla rejiminin rəhbərləri və tarixçiləri bunu dolaşdırmağa çalışıblar ki, “siz bizdən ayrılıbsınız, gəlin bizə birləşin”. Burada çox incə məsələlər var və bunu aydınlaşdırmaq lazımdır. Azərbaycan dövlətləri, sülalələri daim İranı idarə edib, mərkəz də həmişə Təbriz, Marağa, Ərdəbil və başqa şəhərlər olub. Bu ölkə bizim tərəfimizdən idarə olunub. Səfəvilərin paytaxtı zərurət əsasında Təbrizdən köçürüldü. Çünki Təbriz Osmanlıya yaxın idi, paytaxtın tutulma təhlükəsi olduğuna görə əvvəl Qəzvinə, sonra da Xorasana köçürüldü.  Bilirsiz ki, Xorasan özü 52 il Böyük Səlcuq türk imperiyasının paytaxtı olub. Ona görə də burada məsələləri dolaşdırmağa ehtiyac yoxdur. Qaldı xanlıqlara, bilirsiz ki, Nadir şah Əfşarın vəfatından sonra mərkəzləşmiş dövlət olan Əfşarlar 20 xanlığa parçalandı. O xanlıqların 12-si Şimalda, 8-i isə Cənubda oldu. Cənubi Azərbaycanda 8 xanlıq olub. Sonra mərkəzi hakimiyyəti bərpa etmək üçün üç qüvvə mübarizəyə başladı. Bunlar Qacarlar, Kərim xan Zənd və Urmiya xanı, Nadir şah Əfşarın  əmisi oğlu Fətəli xan Əfşar idi. Bu üç qüvvənin mübarizəsində Qacarlar qalib gəldi, Cənubi Azərbaycanda və indi İran adlanan ərazidə mərkəzləşmiş hakimiyyət bərpa  edildi. Lakin Şimali Azərbaycanı öz mərkəzləşmiş dövlətlərinə qata bilmədilər. Çünki Çar Rusiyası müharibəyə başladı, I Rus-Qacar müharibəsi baş verdi. Rus-Qacar müharibəsi 1804-1813, 1826-1828-ci illəri əhatə edib. Bu müharibə Gülüstan və Türkmənçay müqavilələri ilə başa çatdı. Şimali Azərbaycan Çar Rusiyası tərəfindən işğal olundu. Amma bu o demək deyil ki, Şimali Azərbaycan o vaxt işğal edildiyinə görə biz öz tarixi dövlətlərimizdən, xanlıqlarımızdan imtina etməliyik, yaxud kiməsə ona müdaxilə etməyə imkan verməliyik”.

M.Zülfüqarlı qeyd etdi ki, bu xanlıqlar da, onlardan əvvəl mövcud olan dövlətlər də sırf Azərbaycan-türk dövlətləri olub və bu bizim tariximizin bir parçasıdır. 1925-ci ilə qədər yenə də İran adlanan ölkəni Qacarlar sülaləsinin idarə etdiyini xatırladan M.Zülfüqarlı qeyd etdi ki, 1925-ci ildə isə Rza Pəhləvi ingilislərin köməyi ilə Qacarların hakimiyyətini devirdi, qəsb etdi, bununla da türklərin hakimiyyətinə son qoyularaq, fars-pəhləvi sülaləsi hakimiyyətə gəldi. “1979-cu ildə devrilən Məmməd Rza şahın həyat yoldaşı Fərəh xanım azərbaycanlıdır. Bir çox şahların anası və həyat yoldaşı azərbaycanlı olub. Etnik mənsubiyyətə gəlincə, bugünkü İran əhalisinin 53 faizi azərbaycanlılar, Azərbaycan türklərindən ibarətdir. Orada mövcud olan dövlətlər kimi xanlıqlar da birmənalı olaraq Azərbaycan türkləri tərəfindən yaradılıb. Cənubi Azərbaycanda mövcud olmuş 8 xanlıq bizim tarixi dövlətçilik irsimizdir, onun mollalara aidiyyəti yoxdur. Biz öz tariximizi yaxşı bilməliyik və başqalarına da bunu öyrətməliyik. Molla rejimi bizim Cənubdakı xanlıqların tarixini saxtalaşdırmağa çalışsa da, buna nail ola bilməz. Çünki bu xanlıqların hər birinin tarixi də, onu yaradanların milli etnik mənsubiyyəti də məlumdur”.

“Bu gün molla rejimi tarixi saxtalaşdırır” - deyən M.Zülfüqarlı qeyd etdi ki,  Cənubi Azərbaycanın həm qərbi, həm şərqi, həm də digər coğrafi, tarixi əraziləri bizim tarixi irsimizdir. Bu gün müstəqil Azərbaycan dövlətinin nümunəvi siyasət yürütdüyünü vurğulayan M.Zülfüqarlının sözlərinə görə, Azərbaycan xalqı cənubdakı irsinə də sahib çıxır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:36
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ