çərşənbə günü, 11 noyabr 2026
     

Professor Ramiz Əsgər: “Mən Qərbi Azərbaycanın bu kəndində doğulmuşam“... - MÜSAHİBƏ

Image


Qərbi Azərbaycana qayıdış söhbətləri əslən bu torpaqdan olanların içində bir ümid cücərdib ki, nə zamansa yenidən o yurdlara, o kəndlərə qayıdacaqlar. Gizlin deyil ki, hər kəs özünü dinc yolla, sülh ovqatı ilə qayıdışa kökləyib.

“Bakı-Xəbər” qəzeti olaraq, Qərbi Azərbaycanın yer-yurd adları, toponimləri, abidələri, rayonların, kəndlərin tarixi, o cümlədən də geri qayıdışla bağlı orada doğulan, boya-başa çatan tanınmış simalarla, eləcə də sadə insanlarla müsahibələr təqdim edəcəyik.

İlk müsahibimiz Amasiya rayonunun (Şörəyel mahalı) Qaraçanta kəndində müəllim ailəsində doğulan, bu kənddə boya-başa çatan, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən görkəmli jurnalist, türkoloq, professor Ramiz Əsgərdir.

Ramiz müəllimlə söhbətə keçməzdən əvvəl istəyirik ki, Qaraçanta kəndinin tarixi barədə qısa məlumat verək:

Qaraçanta (Qaraçəntey) kəndi rayon mərkəzindən 5.03 km cənub-qərbdə, Gümrü-Amasiya yolunun sol tərəfində, dəniz səviyyəsindən 1856 m hündürlükdə yerləşir, Qafqazın 5 verstlik xəritəsində qeyd edilib. Camaatın "Hulley" adlandırdığı dağın ətəyində yerləşən kəndin 1.5 km cənubundan Arpaçay keçir. Kənddən Ələyəz dağını görmək mümkündür.

Toponim qaraçanta nəsil adı əsasında yaranıb. Məlumatlara görə, Ermənistan SSR Ali Soveti RH-nin 4 may 1939-cu il fərmanı ilə adı dəyişdirilib Əzizbəyov, Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək  Areqnadem qoyulub.

Kəndin coğrafiyasına gəlincə, qeyd edilir ki, Qarsla sərhəddə yerləşən Qaraçantanın qışı olduqca soyuq, yayı mülayimdir. Burada "Duzdağ", "Qapılızağa", "Ömərdərəsi", "Arpaçayı", "Hülleydağ", "Ortatəpə", "Üçgözələr", "Məmmədağa", "Daşdərə", "Göybulaq" dağ, dərə, bulaq adlarıdır.

Məlumatlara görə, 1988-ci ildə Qaraçantada 600 ev, 314 ailə, 1750 nəfərdən ibarət olan kəndin məktəbinin tipi orta, şagirdlərin sayı 500 olub. Dini-ruhani dərslərin keçirildiyi kənddə dünyəvi dərslərin əsası 1927-ci ildə qoyulub. 1938-ci ildə 7 illik məktəb açılıb, 1962-ci ildən isə orta məktəbə çevrilib. Kəndin əhalisinə gəlincə, 1886-cı ildə 348 nəfər, 1897-ci ildə 440 nəfər, 1908-ci ildə 665 nəfər, 1914-cü ildə 729 nəfər azərbaycanlı yaşayıb. 1922-ci ildə kənddə 547 nəfər, 1926-cı ildə 670 nəfər, 1931-ci ildə 688 nəfər, 1939-cu ildə 774 nəfər, 1959-cu ildə 803 nəfər, 1970-ci ildə 1442 nəfər, 1980-ci ildə 1490 nəfər, 1987-ci ildə 1600 nəfər yalnız azərbaycanlı yaşayıb. Bu kənd qədim türk kəndidir və tariximizin izlərini yaşadır.

  • “Ermənilər görürlər ki, bu dəfə xına o xınadan deyil, ona görə də əndişələniblər, təlaş içindədirlər”

Bildirək ki, 1988-ci ildə azərbaycanlıların Ermənistandan kütləvi şəkildə köçürülməsinə başlanan vaxt kənd əhalisi kəndi tərk edib. 1988-ci ilin sonuna olan bəzi məlumatlara görə, kəndin əhalisi 1750 nəfər olub.

- Ramiz müəllim, dinc yolla Qərbi Azərbaycana qayıdışla bağlı ortada dövlətin mövqeyi var, Prezident İlham Əliyev konkret fikir bildirib. Tarixi torpaqlarımıza qayıdış söhbətləri sizə necə təsir edir?

- Əlbəttə, bunlar hamısı gözəldir. İlk dəfədir ki, bu məsələ dövlət səviyyəsində qoyulur. Əvvəllər müxtəlif tədbirlər çərçivəsində bəzi ictimai təşkilatlar və ayrı-ayrı şəxslər tərəfindən bu məsələ gündəmə gətirilirdi. Amma  ilk dəfədir bu, gündəliyə dövlət siyasəti səviyyəsində gəlir. Bu da çox yaxşıdır. Demək ki, bir sıra problemlərimizi həll edəndən sonra artıq buna da diqqət yetiririk. Əlbəttə, ermənilər bu məsələni sakit qarşılamır, onlar bundan çox əndişələnir. Bilirsiz ki, Qərbi Azərbaycanla bağlı bir neçə təşkilatlar var, amma ermənilər bu təşkilatların fəaliyyətindən elə də hürkmürdülər. Amma bu, dövlətin atdığı addımdır, Prezident iclas keçirib, fikir bildirib. Ermənilər görürlər ki, bu dəfə xına o xınadan deyil, ona görə də əndişələniblər, təlaş içindədirlər. Prezident sağ olsun, bu məsləni rəsmən gündəliyə gətirdi. Bu, Qarabağ məsələsindən fərqlənir. Qarabağda torpaqlarımız istilaya uğramışdı, biz hərbi qüvvədən istifadə etdik, əks-hücum əməliyyatı ilə torpaqları azad etdik. Qərbi Azərbaycana qayıdış isə bir az fərqli prosesdir.

- O qayıdışı heç xəyalınıza gətirirsizmi?

- Bu çox çətindir. Əgər biz desək ki, orada yaşamışıq, indi də qayıdıb yaşamaq istəyirik, bunu ermənilər də irəli sürəcək ki, biz də geri qayıdırıq. Çox fikirləşirəm ki, bəs geri necə qayıdacağıq? Mən geri qayıdışa ümumən nikbin baxıram, amma hesab edirəm ki, bu çox uzun və çətin prosesdir.

Amma üstün cəhətlərdən biri odur ki, Qərbi Azərbaycandakı kəndlərin əksəriyyəti boşdur. Sonuncu deportasiyadan 30 ildən çox vaxt keçib, oradakı kəndlərimiz artıq təbii dağıntıya  məruz qalıb...

- Məsələn, sizin doğulduğunuz Amasiya rayonunun Qaraçanta kəndi boşdurmu?

- Boş deyil. Orada hardasa 3 minə yaxın ailə yaşayırdı, 400-500 ev vardı. İndi o qədər deyil, 30-40 ev yaşayışa uyğundur. Birinci zəlzələ olandan sonra gəlib evlər  tikdilər, Ukrayna briqadaları bizim rayonu götürmüşdü və gəlib kəndlərin bəzilərində evlər, sosial-məişət binaları inşa etdilər. Ermənilərin sosial məişət nəyinə lazım? Girib evlərdə yaşayırlar. Bizim evlərin bir qismi uçub dağılmışdı...Bizim tərəflər qışda çox soyuq olardı və yadımdadır ki, bizə Ukraynadan kömür gəlirdi onu yandırırdıq. Ermənilər də başladılar boş evlərin taxtasını, döşəməsini, pəncərəsini söküb yandırmağa. Arpa gölü sahilində 42 dərəcə şaxta, soyuqluq müşahidə olunur. Hələ bizim kənd şəhərə ən yaxındır. Bizdən əvvəlki kəndlər Oxçuoğlu və Güllübulaqdır. Qaraçanta, Oxçuoğlu və Güllübulaq hər üçü çox böyük kəndlərdir. Həm də şəhərə yaxındır, məsəfə 18 kilometrdir.

- Amasiya rayonunu bizə necə tanıda bilərsiz?

- Amasiya iki qisimdən ibarətdir - Ağbaba və Şörəyel. Mənim doğulduğum Qaraçanta kəndi Şörəyel mahalına aiddir.

- Ağbaba ilə Şörəyelin fərqi nədir?

-  Şörəyel düzənlik, Ağbaba isə dağlıqdır. Dağ kəndlərində indi ümumiyyətlə yaşayan yoxdur, hazırda orada ermənilər yaşamırlar. Oxçuoğlunda yaşayırlar, çünki şəhərə yaxındır. Güllübülaqda 1000-ə yaxın ev var, orada da yaşayış olar, nə qədər dağılsa da 100 ev-filan qalar. O vaxt bizimkilər yalandan ermənilərlə evlərini dəyişmişdilər. Ermənilərin də çoxu iqlimin və torpağın bərəkətli olduğu yerlərə - Krasnodara və başqa yerlərə getdilər, ora getmək istəmədilər.

- Ermənistana niyə getmədilər ki?

- Onların çoxu erməni dilini bilmirdi. Həm də onlara “şurduvas”-“gəlmə” deyirdilər. Psixoloji baryerləri olduğu üçün getmək istəmirdilər.

- Qaraçantadan neçə yaşınızda çıxmısınız?  

- 18 yaşımda.

- Bəs sonuncu dəfə ora nə vaxt getmisiniz?

- Kəndimizə yox. Amma 2015-ci ildə Ermənistana getmişdim.

- Hansı yolla?

- Avropa Şurasının Dərəçiçəkdə mətbuat və müharibə mövzusunda bir seminarı vardı, orada iştirak etmək üçün Azərbaycandan üç nəfər getmişdik. Orada iştirak etdik. Mən erməni dilində bildiyimi gizlətdim. Məndən erməni dilini bilib-bilmədiyimi soruşdular, dedim yox, yadımda qalmayıb, bundan 50 il əvvəl çıxmışam. Erməni dilini bilməyimi gizlətməyimin səbəbi onların bizimlə bağlı nə danışdığını bilmək idi. Arada ermənicə danışırdılar, o da süfrəyə lazım olan şeylər barədə...O seminarın ikinci hissəsi də olmalı idi. Amma mən gedə bilmədim.

-   İndi də sülhdən danışılır, Ermənistan sülh müqaviləsini imzalayacaqmı tezliklə?

- İnanmıram ki, Ermənistan sülh müqaviləsini tezliklə imzalasın, əksinə, mümkün qədər uzadacaqlar...

Erməni milli xarakteri yaralı bir yırtıcıya bənəzyir. O hələ yaxın on ilə razı ola bilməz ki, biz ora qayıdaq, onlar bizim qayıdışımızı həzm edə bilməzlər. Onları o cür tərbiyə ediblər, onlar zahirən başqa cür görsənə bilərlər. Amma ermənilər yaralı yırtıcıdır və onlar türklərin qanını içirlər. Özü də həqiqi mənada.

- Ailəniz yəqin ki, sonuncu deportasiya zamanı gəlib oradan?

- Biz ailədə on uşağıq. Orada 4-ü qalmışdı, atama deyirdim ki, gəlin köçüb gedək, gəlmək istəmirdi. Amma ermənilər deportasiya etdilər, köçürdülər.

- Atanız deportasiyanı da gördü demək...

- Atam 2008-ci ildə burada rəhmətə getdi...

- Qaraçanta kəndinin etimologiyası barədə nə deyərdiniz, tarixi, abidələri barədə araşdırmalarınız olubmu?

- Sözün düzü, biz o vaxt bu kimi məsələlərlə elə də çox məşğul olmurduq. Fikrimiz-zikrimiz yaxşı oxuyub universitetə qəbul olmaq idi. Atamgil savadlı adamlar idilər və bilirdilər ki, gec-tez bizi oradan deportasiya edəcəklər. Çünki yavaş-yavaş xaricdən, ordan-burdan erməniləri köçürüb Ermənistana gətirirdilər. Sovet hökuməti də onların arxasında dayanırdı...

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ