çərşənbə günü, 11 noyabr 2026
     

"Qarabağın statusu sonraya qalsın, qalmasın" məsələsində də Azərbaycan diplomatiyası hamını qabaqladı... - Aydın QULİYEV yazır...

Image


Ermənistanın nə vaxtsa buna inadla qayıtmağa cəhd edib-etməyəcəyini hələ dəqiq deyə bilmirik. Ancaq bu günün faktları faktdır, reallıqdır...

Müharibədən sonra Prezident Əliyevin və ümumən diplomatiyamızın hədəfləri nə idi?

Sıralayaq.

1. Ermənistanın kapitulyasiya edildiyinə Ermənistanın özünü və dünyanı inandırmaq. Bu gün hətta Ermənistanın özündə də kapitulyasiyanı qəbul edirlər. Müxalifət Paşinyanın əleyhinə ittiham faktı olaraq qəbul edir. Paşinyanın silahdaşları isə "əvvəlki iqtidar ölkəni bu duruma məhkum etdi" fikrini başlara yeritmək üçün kapitulyasiyanı faktiki qəbul edir. Bu hədəfi vurduq.

2. "Dağlıq Qarabağ münaqişəsi həll edildi, tarixdə qaldı" fikrini ictimai-diplomatik fikirlərə qəbul etdirmək. Bunu da vurduq. Vətən müharibəsindən bir neçə həftə sonra hətta Putin də bizim Prezidentin o tezisini “Rossiya” TV-yə müsahibəsində birmənalı təsdiqlədi, dedi ki, "daha Dağlıq Qarabağ adlı problem yoxdur". Şübhəsi olanlar arxivi açıb baxa bilər. Ola bilsin ki, Putin müharibədən sonrakı günlərdə emosiyaların hələ yüksək olduğu anlarda bu bəyanatı rəqib saydığı Qərb ölkələrini bölgəmizdən getməyə yönəltmək üçün vermişdi, yəni "daha sizlik iş qalmadı və gedə bilərsiniz" demək istəmişdi. Ancaq o özü də bu faktdan daha qaça bilməz və heç vaxt deyə bilməz ki, Dağlıq Qarabağ münaqişəsi həll edilməyib. ABŞ və Fransa Minsk Qrupunun həmsədrlik institutunu bir mexanizm olaraq inkar etdilərsə, demək onlar da münaqişənin həll olunduğunu qəbul etdilər.

3. "Münaqişə bitdiyi üçün sülh sazişi imzalamalı və sərhədləri dəqiqləşdirməliyik" fikrini diplomatik masalara oturtmaq. İlham Əliyev bunu da etdi. İndi həm Brüssel, həm də Moskva platformalarında ən önəmli müzakirə mövzuları bunlardır. Hətta müharibədən sonrakı ilk aylarda "münaqişə hələ həll olunmadığı üçün nə sülh sazişi" deyərək "tumanını başına çəkən" Ermənistan özü də bu gün nəinki sülh sazişindən danışır, üstəlik yalandan yekə-yekə "Azərbaycana verdiyimiz sülh sazişi mətninə cavab gözləyirik" də deyir.

4. Müharibədən sonrakı real imkan və perspektivlərə inam yaratmaq. Əgər bu gün Ermənistan ən ağrılı Zəngəzur dəhlizi müzakirələrinə fərqli tezislərlə olsa da qoşulursa, deyə bilərik ki, İlham Əliyev bu hədəfə də yetişdi.

Siyahını uzatmadan Azərbaycan diplomatiyasının şərti sıralamada sonuncu və uğurla vurduğu hədəfə gələk.

Getdikcə aydınlaşır ki, hələ 2009-cu ilin Madrid prinsiplərindən başlayaraq masalarda "Dağlıq Qarabağın statusunu sonraya saxlayaq, ya ərazilərlə birlikdə bunu da həll edək" mövzusu kəskin müzakirə olunub. Hətta Vətən müharibəsindən sonra da bu mövzu son günlərədək kəskinliyi ilə ortada var idi. Düzdür, sual bir qədər fərqli məzmundadır. "Dağlıq Qarabağın status məsələsini sülh sazişi ilə birlikdə müzakirə edək, ya status müzakirələri sonraya saxlansın" kimi məzmundadır. Açıq deyək ki, müharibədən sonra ilk vaxtlarda Rusiya da Ermənistanın təəssübünü çəkərək status məsələsini sonraya saxlamaq mövqeyində idi. Xatırlamaq olar ki, Putin və Lavrov nə demişdilər. Hər ikisinin oxşar məzmunda belə bəyanatları var - "siyasi mövzuları sonraya saxlayaq, onsuz da gərginlik var, humanitar məsələləri hələlik önə çəkək". Diplomatik dildə bu bəyanatın nə demək olduğu gün kimi aydındır.

Putin bu həftələrdə Valday klubunda dedi ki, ABŞ Qarabağı Azərbaycanın suveren ərazisi kimi görmək istəyir, əgər Ermənistan hesab edirsə ki, Qarabağ xüsusi əlamətlərə malikdir və sazişdə bu əks olunmalıdır, hesab edirəm ki, bunu müzakirə etmək olar. Bunlar Putinin fikirləri idi, Qərbin status məsələsində istəyini desə də Rusiyanın nə istədiyini demədi və Rusiyanın istəyini Ermənistanın "ağzına dil atmaqla" ifadə etdi. Ermənistana mesaj verdi ki, status məsələsini ya sazişlə birlikdə, ya da sonraya saxlamaq variantında gündəmdə saxlayın. Lavrov bu günlərdə Putinin dediklərinin bütün sətiraltı mənalarını açdı. Lavrovun dedikləri – “Bu ilin martında tərəflərə sülh sazişi mətnini vermişik, Soçi görüşündə (bu il oktyabrın 30-dakı görüşü nəzərdə tutur) bilmək istəyirdik ki, Ermənistan status məsələsinin sonraya saxlanması ilə razıdır, ya yox. Ermənistanlı dostlarımız isə Praqadan (6 oktyabr dördtərəfli Praqa görüşünü nəzərdə tutur) Soçiyə BMT-nin Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını təsdiqləyən 1991-ci il Alma-Ata sənədinin əks olunduğu sənədlə gəldilər, bu sənədə görə BMT keçmiş sovet respublikalarının hüdudlarını onların arasında sərhəd kimi tanıyıb, indi erməni dostlarımız bizdən statusun sonraya saxlanması barədə mövqeyimizi təsdiq etməyimizi gözləyir, halbuki belə danışıqlar getmir". Sitat bitdi.

Lavrov gün kimi aydın danışır və ermənilərə deyir ki, biz status məsələsini sonralara saxlamaq fikrində idik, siz Praqa sənədini imzalamaqla hər şeyi alt-üst etdiniz.

Bütün bu detalların açılmasından sonra Rusiyanın Qarabağ üçün status müzakirələrinin sonraya saxlanması mövqeyinə yenidən qayıtması qeyri-ciddilik olardı. Bunu Ermənistan ara-sıra səsləndirə bilər, lakin bu heç nəyi dəyişməz.

Lakin Rusiya status müzakirələrinin bundan sonra sülh sazişi ilə birlikdə aparılması mövqeyini qoya bilər. Təhlükə buradadır.

Bütün hallarda İlham Əliyev status müzakirələrinin sonraya saxlanması kimi rus-erməni mövqeyini aradan qaldıra bildi. Məhz bu, müqavilə ilə eyni vaxtda status müzakirələrini gündəmə gətirmək planlarını da sıradan çıxarmağa əsas yarada bilər...

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ