Cümə axşamı günü, 12 noyabr 2026
     

İranda çox gözlənilən baş verdi - rejim daxildən parçalandı...

Image


İranın milli futbol yığmasının Dünya Kuboku çərçivəsində İngiltərə ilə oyundan əvvəl ölkələrində hökumət əleyhinə başlayan etirazlara dəstək ifadə edərək milli himnlərini oxumaqdan imtina etməsi Tehran rejimi üçün sözün əsl mənasında şok effekti yaradıb. Çünki bununla dünya ictimaiyyətinin diqqəti bir daha İrandakı rejimin antixalq fəaliyyətinə yönəlib.

Onu da qeyd edək ki,  bəzi azarkeşlər himn səslənərkən müxtəlif şüarlar səsləndirib, digərləri isə üzərində "Qadın, Həyat, Azadlıq" yazılan lövhələr qaldırıblar. İran dövlət televiziyası himn səslənən kadrı kəsərək, stadionun ümumi görüntüsünü verib. Reuters agentliyinın yazdığına görə, müşahidəçilər futbolçuların bu hərəkətini İranda hazırda davam edən etirazların iştirakçılarına dəstək kimi qiymətləndirib: “Xəlifə Beynəlxalq Stadionunda İranın milli himni səsləndirilərkən İran futbolçuları sakit dayanmışdılar. Stadionun tribunalarındakı İran azarkeşlərindən bəziləri himn səslənərkən qışqırırdılar. Oyunçulardan bəziləri baş barmaqlarını aşağı əyməklə jest göstərirdilər. Fars körfəzinin o tayına, Qətərə səfər etməzdən əvvəl İranın futbol komandası İranın sərt xətt tərəfdarı Prezidenti İbrahim Rəisi ilə görüşüb. Futbolçuların Rəisi ilə birlikdə onlardan birinin onun qarşısında əyildiyi fotoları küçə iğtişaşlarının qızışdığı bir vaxtda sosial şəbəkələrdə geniş yayılıb. Bazar günü İranın milli futbol komandasının kapitanı Ehsan Hacsafi ölkəsindəki nümayişlərdə öldürülənlərin ailələrinə başsağlığı verib. Komandanın kapitanı bildirib: “Ölkəmizdəki şəraitin düzgün olmadığını və xalqımızın xoşbəxt olmadığını qəbul etməliyik. Biz buradayıq, lakin bu bizim onların səsi olmadığımız və ya onlara hörmət etmədiyimiz demək deyil”. İranlı idmançılar arasında da ölkəni aylardır sarsıdan antihökumət etirazları ilə həmrəy olanların sayı getdikcə artır. Onlar milli himni oxumaqdan və ya qələbələrini qeyd etməkdən imtina edir. Qadın idmançılar da milli və beynəlxalq yarışlarda məcburi baş örtüyünü çıxarıb. Sosial şəbəkələrə yüklənən videolarda İranın basketbol, futbol və su polosu milli komandalarının üzvlərinin xaricdə keçirilən oyunlarda milli himni oxumaqdan imtina etdiklərini görmək olub”. Bir daha xatırladaq ki, İranda gənc kürd qadının polisdə ölməsindən sonra başlanmış etirazlar artıq səkkiz həftədir ki, səngimək bilmir. Politoloqlar bunu İranda 1979-cu ul İslam inqilabından bəri ruhani rejimə qarşı ən böyük etiraz adlandırırlar. İndi bunların sıralarına idmançılar, o cümlədən də futbolçular qoşulur. “Reuters” yazır ki, son vaxtlarda İran millisinin üzvləri İranda etirazçıları dəstəkləmədiklərinə görə çox sayda azarkeş itiriblər. Bəzi azarkeşlər millini rejimlə həmrəylikdə ittiham edir. “Reuters” qeyd edir ki, İranda tarixən milli qürur mənbəyi hesab olunan yığma Dünya Kuboku fonunda indi yenidən diqqət mərkəzinə gəlib. İranlı azarkeşlər oyunun ilk yarısında etiraz aksiyalarının əsas simalarından biri olan və İslam Respublikasını açıq şəkildə tənqid edən keçmiş futbolçunun adını çəkərək, “Əli Kərimi” deyə qışqırıblar. Futbol fanatları həmçinin etiraz aksiyalarında İranda təhlükəsizlik qüvvələri əleyhinə istifadə edilən “Bişərəf!” ifadəsini də yüksəkdən qışqırıblar.

Turnirə hazırlıq zamanı İranın Dünya Kubokundan kənarlaşdırılması ilə bağlı çağırışlar edilib. Bu kampaniyanı başladanlar Ukraynanın işğal edilməsində İranın Rusiyaya hərbi dəstək verməsini və İranda qadın hüquqlarının pozulmasını əsas gətiriblər. Bunlar fonunda İsrailin hərbi kəşfiyyat rəhbəri general-mayor Aharon Haliva İranın Qətərdə keçirilən futbol üzrə dünya çempionatına hücuma hazırlaşdığı barədə xəbərdarlıq edib. O qeyd edir ki, hazırda Tehranı ildırım sürətli hücumundan çəkindirən yeganə amil dünya çempionatının ev sahiblərinin cavabıdır. Haliva bildirib ki, İrandakı ümummilli etirazlar vətəndaş üsyanına çevrildiyi üçün ölkənin siyasi rejimi böyük təzyiqlərlə üzləşib: “Ölənlərin sayı, milli simvollara hücumlar – bu, xüsusilə də sanksiyalar, mövcud beynəlxalq təzyiq və çətin iqtisadi vəziyyətlə birlikdə rejim üçün çox narahatlıq doğurur”. İsrailli general hakimiyyətin ölkə daxilindəki vəziyyətdən çox narahat olduğunu və bunu siyasi nizamın mövcudluğuna təhlükə kimi qiymətləndirdiyini qeyd edib. Lakin zabitin sözlərinə görə, hazırda rejimin süqutu ilə bağlı real təhlükə yoxdur: “İrana təzyiq artdıqca ölkənin cavabı daha aqressiv olur. Ona görə də regionda və dünyada daha aqressiv cavablar gözləməliyik”. Bu arada sosial media və insan haqları qruplarının bildirdiyinə görə, İranın ruhani hökuməti ölkənin müxtəlif bölgəsində davamlı antihökumət etirazlarının yatırılmasına qarşı təzyiqlərini artırıb. Bölgələrə əlavə qoşun yerləşdirir. İran gəncləri və qadınları sentyabrda baş qaldıran etirazların ön sıralarındadır. Bu etirazlar İran cəmiyyətinin bütün zümrələrinin, o cümlədən tələbə, idmançı, sənət adamları və fəalların dəstəyini qazanıb. Ölkə rəsmiləri etirazları düşmənlərin, o cümlədən ABŞ və İsrailin “oyunu” adlandırırlar. Onlar, həmçinin, nümayişlər zamanı törədilən dəhşətli qırğınlara görə ölkə daxilindəki və xaricindəki silahlı qrupları və separatçıları günahlandırırlar. Amma bütün bunlar fonunda aksiyaların miqyasının daha da genişlənməsi müşahidə edilir. Amerikalı ekspert Brenda Şaffer isə qeyd edir ki, İranda baş verənlərin xarici aktorlarla heç bir əlaqəsi yoxdur: “Əslində İranda baş verən etiraz aksiyalarına hətta heç bir lider və ya təşkilat rəhbərlik etmir. Görünən budur ki, etirazların mənbəyi sadə vətəndaşlardır”. Onun sözlərinə görə, hadisələrin gedişi göstərir ki, insanlar dövlətin daimi nəzarəti və təzyiqi altında yaşamaqdan yorulub və daha çox azadlıq istəyirlər. Ekspert qeyd edib ki, İranda hüquq və azadlıqların pozulması, etirazların vəhşicəsinə yatırılması və Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək verən İran rejiminin xarici siyasəti Avropa və ABŞ-ın bu ölkəyə qarşı yeni sanksiyalarını labüd edir.  ABŞ-da yerləşən Müharibə Araşdırmaları İnstitutunun analitikləri isə hesab edirlər ki, rejimə qarşı davam edən etirazların İranın təhlükəsizlik güclərində yüksək vəzifəli rejim məmurları arasında fikir ayrılığına səbəb olacağı ehtimal olunur. İnstitut qeyd edib ki, rejim rəsmiləri və ona bağlı şəxslər noyabrın 18-də İran təhlükəsizlik aparatında etirazları yatırmaq üçün taktika ilə bağlı fikir ayrılığına işarə ediblər: “Rəisi (İran prezidenti İbrahim Rəisi  administrasiyasının rəsmisi rejimin “müvafiq orqanlar istəsələr”, tez bir zamanda iğtişaşlara son qoya biləcəyini bildirib ki, bu da təhlükəsizlik qüvvələrinin etirazları yatırmaq üçün nə qədər gücdən istifadə etməli olduğuna dair rejim daxilində fikir ayrılıqlarını göstərir. Çaharmahal və Bəxtiyari şəhərlərində rejimə bağlı din xadimi eyni şəkildə bəyan edib ki, “böyük işlər” etmək cəsarəti çatmayan məmurlar hakimiyyətdən uzaqlaşdırılmalı və onların yerinə Ayətullah Əli Xamneinin vizyonunu həyata keçirməyə daha qadir olan başqaları gətirilməlidir. Ali rəhbərin yaxın adamı olduğu bildirilən sərt xətt tərəfdarı Hüseyn Şəriətmədari də etirazçılara qarşı daha çox güc tətbiq edilməsini müdafiə edib”. Eyni zamanda qeyd olunub ki, İran Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ) daxilindəki parçalanmalar, əsasən də Şuranın katibi Əli Şamxaninin istefası və ya rədd edilməsi, rejim daxilində şuranın əhəmiyyətini nəzərə alsaq, xüsusilə əhəmiyyətlidir: “AMTŞ İran rejiminin ən yüksəksəviyyəli milli təhlükəsizlik və xarici siyasət qərarlarının qəbulu orqanıdır və Şamxani 2013-cü ildən ali rəhbərin şurada şəxsi nümayəndəsi kimi fəaliyyət göstərir. Şamxani ali rəhbərin etibarlı müşaviridir və Şamxaninin istefası ilə bağlı çağırışlar Xamneyinin etirazların yatırılması ilə bağlı reaksiyasının dolayı tənqidi ola bilər. Şamxaninin tənqidləri və onun davam edən iğtişaşlara görə məsuliyyət daşıması alternativ olaraq Xamneyinin yüksək səviyyəli siyasi qərarların icrasında adətən olduğundan daha az rol oynadığını göstərə bilər”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ