Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycanın İtaliyadakı səfiri erməni səfiri sərt ifşaedici cavab verdi...

Image


İtaliyanın "il Sussidario" qəzeti Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin həmin qəzetin redaksiyasına göndərdiyi məktubunu dərc edib. Azərbaycan səfiri məktubunda Ermənistanın bu ölkədəki səfirinin həmin qəzetə dezinformaiya xarakterli müsahibəsinə tutarlı arqumentlərlə cavab verib.

Azərbaycan səfirinin məktubu bu fikirlərlə başlayır: "Erməni səfirinin müsahibəsi şikayətlər, ittihamlar, yalan və təhriflərlə dolu olmasaydı çox təəccüblənərdim, çünki o, özünün və ümumilikdə erməni tərəfinin adəti olaraq düşünür ki, bütün dünya onların dediklərinə kor-koranə inanmalı və Ermənistanı hər bir vəziyyətdə, hətta problemlərinin səbəbkarı özləri və siyasi rəhbərlikləri olanda belə dəstəkləməlidir. Görünən odur ki, xaricdəki ilk diplomatik vəzifəsində çalışan erməni səfiri üçün bir neçə illik bu az müddət öz fəaliyyət tərzini və danışıq üslubunu diplomatik etiketə uyğunlaşdırmağa kifayət etməyib. Lakin, bu dəfə səfir həqiqətən də bütün sərhədləri aşaraq beynəlxalq ictimaiyyəti, Avropa institutlarını və müstəqil mətbuatı sərt tənqid etməyi özünə icazə verərərək onları ölkəsinin Azərbaycana qarşı hərbi hücumlarına dəstək verməməkdə ittiham edib. Amma əslində, üç onillik ərzində Azərbaycan torpaqlarını hərbi işğal altında saxlayan, bir milyon azərbaycanlını etnik təmizləməyə məruz qoyan, işğal olunmuş bütün əraziləri yerlə-yeksan edən bir ölkənin təmsilçisindən fərqli davranış gözləmək mümkün deyil".

Fikirlərinə davam edən Azərbaycan diplomatı bildirir: "Görünən odur ki, yalnız öz təxəyyülündə özünü “demokratik” bir ölkənin təmsilçisi hesab edən bir səfirə onun fikrindən başqa fikirlərə minimum səviyyədə dözümlülük nümayiş etdirmək düzgün görünmür. Bir çox müstəqil analitiklərin vurğuladığı kimi Ermənistanda baş nazirin bütün hakimiyyəti qəsb etdiyi və siyasi qeyri-sabitlik və dərin iqtisadi və sosial problemlər ucbatından vətəndaşların davamlı olaraq başqa ölkələrə qaçması kimi fəlakətli vəziyyət hökm sürdüyü bir halda səfirin söylədiyi "Ermənistanda demokratiya" nağılları çox gülüncdür. Mən həmkarıma sadəcə olaraq Ermənistanın sabiq prezidenti ilə bağlı epizodu xatırlatmaqla kifayətlənmək istəyirəm. O sabiq prezident ki, həmin səfirin onun İtaliyaya səfərini təşkil etməsindən cəmi bir neçə həftə sonra ölkədən qaçaraq istefa verdi və istefasının səbəbini də öz vəzifəsini həyata keçirmək üçün yetərincə səlahiyyətlərə malik olmaması ilə əsaslandırdı, çünki həmin səlahiyyətlər baş nazir tərəfindən qəsb edilmişdir. Müstəqillik əldə etməsindən keçən 30 ili ərzində Ermənistan müstəqil ölkə ola bilməyib, uğursuz dövlət (failed state) hesab olunur və bunun əsas səbəbi də qonşularına münasibətdə düşmənçilik siyasəti yürütməsindədir". 

M.Əhmədzadə erməni səfirin Azərbaycanla bağlı sayıqlamalarının kökündə paxıllıq hissindən başqa heç nəyin dayanmadığını və Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi mühüm uğurları həzm edə bilmədiyini bildirib. Azərbaycan diplomatı ölkəmizin əldə etdiyi siyasi, iqtisadi və sosial sahələrə aid bu uğurlar arasında Azərbaycanın regionun lider dövlətinə çevrildiyini, beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirdiyini, ölkəmizin həyata keçirdiyi strateji layihələrin bütün regionun geosiyasi mənzərəsini dəyişdirdiyini, torpaqlarımızın Ermənistanın silahlı qüvvələri tərəfindən törədilmiş ağrılı-acılı və dəhşətli hərbi işğalından azad edildiyini vurğulayıb və Prezident İlham Əliyevin Çernobbio Beynəlxalq Forumunda çıxışındakı fikirlərinə istinad edərək Azərbaycan üçün əsas məsələnin müstəqil bir ölkə kimi özünü xarici amillərdən müdafiə etmək olduğunu, çünki ölkəmizin daxilən artıq inteqrasiya etdiyini və daxildə ölkəmizi hansı yöndə inkişaf etdirmək üçün birliyin olduğunu deyib.

Erməni səfirin Qarabağ məsələsinin Azərbaycan üçün torpaq, erməni tərəfi üçün isə orada yaşayan insanlarla bağlı problem olduğu kimi iddialarına, vaxtilə işğal olunmuş ətraf rayonları "təhlükəsizlik buferi" adlandırmasına münasibətdə Azərbaycan diplomatı bildirib: "Artıq Qarabağ məsələsi deyilən bir problem yoxdur, çünki Azərbaycan BMT-nin qətnamələri əsasında bu problemi həll edib. Qarabağ və işğaldan azad edilmiş bütün digər ərazilər Azərbaycanın tarixi əraziləridir və ölkəmizə məxsusdur. Bu ərazilərin azad edilməsi bizim üçün həm də mənəvi məsələ idi. Çünki bu ərazilər Ermənistanın səkkiz yüz minə yaxın azərbaycanlını oradan qovduğu, 30 ildir azərbaycanlıların öz əcdadlarının məzarlarını ziyarət etmək və orada yenidən yaşamaq üçün geri dönmələrini gözlədikləri ərazilərdir. Bu, Ermənistanın işğalı zamanı Azərbaycan xalqının bütün izlərini silməyə çalışdığı və Azərbaycanın tarixi-mədəni irsinin mühüm nümunələrinin, o cümlədən ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinin yerləşdiyi ərazilərdir. Erməni səfirinin “təhlükəsizlik buferi” adlandırdığı uğursuz əsaslandırması isə onun ölkəsinin Azərbaycana qarşı uzunmüddətli hərbi təcavüzünü etiraf etməsindən başqa bir şey deyil".

Azərbaycan diplomatı məktubuna bu fikirlərlə davam edib: "Erməni səfirinin enerji mövzusu ilə bağlı sayıqlamaları isə natamamlıq kompleksinin daha bir təzahürüdür və bunun xüsusi şərhə ehtiyacı yoxdur. Sadəcə olaraq qeyd etmək istərdim ki, enerji mövzusunun Ermənistanla Azərbaycan arasındakı məsələ ilə heç bir əlaqəsi yoxdur. Mənim ölkəm uzun müddətdir ki, Avropanın karbohidrogenlərin tədarükçüsü olaraq etibarlı tərəfdaşıdır və bu, Ermənistanın ərazilərimizi işğal etdiyi uzun illər ərzində də belə olub, həmin vaxtlarda heç kim Ermənistanı silahlı qüvvələrini bizim ərazilərdən çıxarmağa məcbur etməyib".

Son günlərdə dövlət sərhədi boyunca baş verənləri erməni səfirinin təhrif edilmiş şəkildə təqdim etməsinə münasibətdə Azərbaycan diplomatı bildirib: "Səfirin bu günlərdə baş verən hadisələrlə bağlı fantaziyalarına gəlincə, qeyd etmək istərdim ki, baş verənlərin kökündə Azərbaycanın Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədində növbəti bir irimiqyaslı hücumunun qurbanı olması faktı dayanır. Azərbaycan Silahlı Qüvvələri erməni təxribatını qətiyyətlə dəf etdi. Bu təxribat iki ölkə arasında normallaşma prosesinə ağır zərbədir. Bunun üçün bütün məsuliyyət 2020-ci il Üçtərəfli Bəyanatının imzalanmasından sonra da ölkəmə qarşı ərazi iddiaları irəli sürməkdə davam edən və Azərbaycan ərazilərinə mina yerləşdirməklə mülki insanların ölümünə səbəb olan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Təsadüfi deyil ki, Ermənistanın son təxribatları iki ölkə arasında münasibətlərin normallaşması üçün danışıqlara başlanılması barədə razılıq əldə olunduğu Brüssel görüşündən iki həftə sonra baş verdi. Heç kimə sirr deyil ki, Ermənistanın bu təxribatları törətməkdə məqsədi sülh danışıqlarından qaçmaq üçün bəhanə tapmaq, habelə məsələyə üçüncü tərəfləri cəlb etmək və gərginlik coğrafiyasını genişləndirmək olub".

M.Əhmədzadə təxminən 30 ildir hərbi təcavüzdən əziyyət çəkən, bu gün işğaldan azad edilmiş ərazilərdə əsaslı yenidənqurma işlərinə böyük sərmayələr yatıran ölkəmizin sülh istədiyini və sülh gündəliyi ilə çıxış etdiyini bildirərək vurğulayıb: "Biz dəfələrlə qarşı tərəfi qarşılıqlı olaraq suverenliyin, ərazi bütövlüyünün tanınması, beynəlxalq sərhədlərin toxunulmazlığı, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, nəqliyyat və kommunikasiyaların açılması da daxil olmaqla beş əsas prinsip əsasında sülh müqaviləsi imzalamağa dəvət etmişik. Amma Ermənistan normallaşma prosesini ləngidir, revanşist iddialarını davam etdirir, eyni zamanda, özünü yenidən qurban kimi təqdim edərək beynəlxalq ictimaiyyəti dezinformasiyasının tələsinə salmağa çalışır".

Azərbaycan diplomatı məktubunda son günlər baş verənlərə münasibətdə obyektiv mövqe tutan, faktları olduğu kimi təqdim edən İtaliyanın kütləvi informasiya vasitələrinə, habelə erməni təbliğatına inanmayan, öz mövqeyində obyektivliyi qoruyub saxlayan və Azərbaycanla Ermənistanı sülh müqaviləsini tezliklə imzalanmaq üçün danışıqlara dəvət edən İtaliya siyasi dairələrinin nümayəndələrinə təşəkkürünü bildirib.

Azərbaycan diplomatı məktubunu erməni səfirinə ünvanlanan bu fikirlərlə tamamlayıb: "Mən həmkarımı qarşıdakı müsahibələrində daha peşəkar davranmağa, İtaliya ictimaiyyətini dezinformasiya ilə yormamağa və diqqəti müharibənin qızışdırılmasına deyil, ölkələrimiz arasında sülh gündəliyinə yönəltməyə dəvət edirəm".

Baki-xeber.com



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ