Ermənistana səfər edən ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin açıqlamalarına Azərbaycandan sonra Kreml də reaksiya verib.
Qeyd edək ki, İrəvana səfər edən Pelosi Ermənistanın təxribatları ilə sərhəddə başlayan toqquşmalara görə Azərbaycan tərəfini və Türkiyəni günahlandırıb.
Azərbaycan Xarici İşlər Nazirliyi isə Pelosiyə sərt reaksiya verərək, onun açıqlamalarının əsassız və qəbuledilməz olduğunu bildirib.
Azərbaycanı günahlandıran Pelosi Moskvanın da təpkisi ilə qarşılaşıb.
“Yüksək səslə səsləndirilən bəyanatlar deyil, səssiz və ehtiyatlı yanaşma sabitliyi təmin edə bilər" – deyə Kremlin bu barədə açıqlamasında bildirilir.
Tahir TAĞIYEV