Cümə axşamı günü, 12 noyabr 2026
     

Pelosi Ermənistanı daxili savaşa sürüklədi, ruspərəstlərlə Qərbpərəstlərin qırğını gözlənilir

Image


ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri və səsləndirdiyi fikirlər İrəvan üçün belə görünür ki, geosiyasi nətəcələrə səbəb olacaq. Artıq Ermənistanda ABŞ-la, Qərblə əməkdaşlığın inkişaf etdirilməsinin, Rusiyanın arxa plana atılmasının vacibliyi barədə açıq fikirlər səsləndirilir.

Erməni politoloq Riçard Kirakosyan məsəl ilə bağl qeyd edir ki, Nensi Pelosinin Ermənistana ölkə üçün indiki zamanda səfəri ABŞ-ın regionla bağlı siyasətində dəyişiklik etməyə başladığının sübutudur: “Konkret zamanda bu xüsusi səfər siyasətdə dəyişiklik, son hadisələr və Azərbaycanla toqquşmalar fonunda erməni demokratiyasını inkişaf etdirmək istəyinin sübutudur”. Bununla yanaşı, Kirakosyan indiki mərhələdə daha çox gözləməməyə çağırır: “Bir tərəfdən, daha çoxunu gözləməməliyik . Bu, siyasət dəyişikliyinin yalnız başlanğıcıdır. Fikrimcə, bu, Qərbin - ABŞ və Avropa İttifaqının regionda daha çox iştirakından xəbər verir”.O qeyd edib ki, indi Amerikanın Ermənistan üçün nə edəcəyi daha önəmlidir. Elə “1in.am” nəşri də qeyd edir ki, ba verənlər Ermənistanda Rusiyanı dəstəkləyənlərlə Qərbi istəyənlər arasında kəskin ziddiyyət yaradır: “Sərhəddə baş verən son toqquşma Ermənistanda “müttəfiqi” və ya xarici siyasət kursunu dəyişmək barədə “əbədi diskursu” və ya debatı yenidən canlandırıb. Bu, praktikada “ruspərəstlik” və “qərbpərəstlik” arasında debat və ya mübarizə kimi müəyyən edilir. Amma bu müzakirələrin hazırkı məzmunu və keyfiyyəti Ermənistana qarşı mübarizəyə çevrilir. Əgər bir çox insanlar, ictimaiyyətin bir çox təbəqələri bu gün Rusiyanın Ermənistan naminə Azərbaycanın əleyhinə getməyəcəyini “aşkarlaya    blarsa”, bir çoxları 2011-12-ci illərdən bu haqda danışır. Lakin, artıq bu barədə danışmağın mənası yoxdur. Həm də təkcə ona görə deyil ki, bu, çoxdan fəlakətli nəticələri olan sübut edilmiş faktdır, həm də ona görə ki, danışmaq heç nəyi dəyişmir. Bizim vəzifəmiz bu məsələnin həllini tapmaqdır.
Başımıza gələnlər, eləcə də dünyanın bir neçə başqa istiqamətlərində baş verənlər də “Rusiyanı tərk edib Qərbə gedək” məntiqinin nəinki primitiv, həm də həll yolu kimi son dərəcə təhlükəli olduğunu açıq şəkildə ortaya qoyur. Məsələ Rusiyadan uzaqlaşmamaqdır. Bu prosesin Ermənistana hansı qiymətə başa gələcəyi müzakirə olunmalıdır. Çünki, buna görə Rusiya bizi cəzalandıracaq”. Bunlar fonunda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrə toxunaraq veridiyi açıqlamalar da  təsadüfi deyil. Mirzoyan bildirib: “Etiraf etməliyəm ki, ayrı-ayrı ölkələrə münasibətdə bizim gözləntilərimiz daha yüksək idi və bəlkə də bəzi hallarda onların özünü doğrultmadığı sirr deyil. İcazə verin, daha ətraflı danışmayım”. Ermənistan XİN rəhbəri Ermənistanın gözləntilərinin Rusiyadan olub-olmaması ilə bağlı ətraflı açıqlama verməyib. Ancaq görünən odur ki, BMT Təhlükəsizlik Şurasındakı müzakirələr Ermənistanın strateji müttəfiqinin Rusiya olmaması təəsüratı yaranıb. Bu kontekstdə Rusiyanın Ermənistandakı səfirinin Ermənistanda akkreditə olunmuş səfirlər və beynəlxalq təşkilatların rəhbərləri ilə sərhədə səfər etməməsi də diqqət çəkir. Səfərdə 29 ölkənin və Birləşmiş Millətlər Təşkilatının nümayəndələri iştirak edib. Erməni politoloq Robert Gevondyan hesab edir ki, Mirzoyanın eyhamı Rusiyaya yönəlib: “Hətta BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv dövlətlərinin əksəriyyəti Azərbaycanı birbaşa qınayıblar: Keniya, İrlandiya, Braziliya. Rusiya isə balanslı çıxış edir. Hesab edirəm ki, indiki mərhələdə Ermənistanla Rusiya arasında münasibətlər həqiqətən də müəyyən tənəzzülə uğrayıb. Kimin günahkar olması ayrı sualdır, amma regional reallıqlar onda müəyyən dəyişikliklər tələb edir. Əgər Rusiya ilə münasibətlər tənəzzül edibsə və bu problemlərin həlli yollarını Rusiya vasitəsilə tapmaq mümkün deyilsə, o zaman biz başqa istiqamətlərə baxmalıyıq”. Erməni sosioloq Karen Sarkisyan hesab edir ki, Ararat Mirzoyan daha açıq danışmalı və Rusiyanı nəzərdə tutduğunu açıq şəkildə bildirməli idi:  “Məncə, o, daha çox “kişi kimi” açıqlama verməli idi”. Ancaq erməni siyasi şərhçi Karen Köçəryan qeyd edir ki, Rusiya ilə bağlı baş verənlər Ermənistana bah a baaş gələcək: “Xarici siyasətdə ciddi qüsurlara yol verilir. Ermənistanda görün nə baş verir? ABŞ-ın üçüncü şəxsinin mətbuat konfransı uğursuzluqla nəticələndi, günorta ermənilər İrəvanın mərkəzində Rusiyaya qarşı mitinq keçirdi, nahara az qalmış isə Ermənistan prezidenti səviyyəsində Böyük Britaniya ilə diplomatik qalmaqal yaşandı Belə ki, prezident Vaqqn Xaçatryanın qaydaları pozaraq, kraliçanın nəşi ilə foto çəkdirdi. Bunun ardınca Qafesçyan muzeyində Pelosi Xancyanın rəsminin fonunda xristian ermənilərin farslarla necə cəsarətlə döyüşdüyünə işarə etdi. Qaldı çinlilərə qarşı nəsə etmək. Gələn həftə başımıza nə gələcəyini gözləmək qalır”. Bu vəziyyətdə hesab edilir ki, Ermənistan böyük güclərin yeni savaş məkanı  olacaq. Təbii ki, bu da Ermənistanın dağılma prosesinin sürətlənməsinə gətirib çıxaracaq. Eyni zamanda Ermənistan daxilində də müxtəlif güclərə rəğbət göstərənlərin savaşının başlanması qaçılmaz sayılır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ