ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi İrəvan səfəri zamanı bir sıra qeyri-obyektiv, ermənipərəst açıqlamalar verib. “ABŞ Ermənistanın təhlükəsizliyindən narahatdır.
Azərbaycanın “Dağlıq Qarabağ”ın mülki əhalisinə qarşı hərəkətləri, tarixi abidələrin vandalizmi diqqətimizdədir. ABŞ konqresi Azərbaycana qarşı qətnamə hazırlayır”-kimi, açıqlamalar verən Nensi .
ABŞ Konqresi Azərbaycana qarşı qətnamə hazırladığını xüsusi vurğulayıb.
Bu qətnaməni necə önləmək olar?
“Biz bu sahədə təbliğatımızı daha da gücləndirməliyik”
Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, bütövlükdə, ABŞ Konqresinin Nümayəndələr Palatası daim Azərbaycan əleyhinə çirkab kampaniyaları ilə seçilib. “Bütövlükdə, Nensi Pelosi, Frank Pallone və başqa Konqresi simaları Amerika Erməni Milli Komitəsi, ABŞ-dakı erməni diasporu və Aram Amparyan kimi Azərbaycan və Türkiyə düşmənlərinin yalan və böhtan təxribatlarının oyuncağına çevriliblər. Ona görə də, belə hesab edirəm ki, Nensi Pelosinin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər bir o qədər də təəccüb doğurmur. Digər tərəfdən, ABŞ Konqresinin saxta erməni iddiaları əsasında Azərbaycan əleyhinə hansısa qətnamə hazırlamaq "potensialı" mövcud olsa da, hesab etmirəm ki, nəticədə daha yuxarı orqanlar da və Senatda bu qəbul olsun. Lakin istənilən halda bu tip siyasətçilərin Ermənistanın və ermənilərin oyuncağına çevrilməsi Amerikada yaxınlaşan seçkilər öncəsi müxtəlif təxribatlar etməsi də, erməni lobbisinin ümidinə qalmağı və sırf onlardan səs almaq üçün belə iyrənc təbliğat vasitələrindən istifadə etməsi bir daha bütün dünyaya ABŞ - ın "demokratiya", "insan haqları", "ədalət" və sair kimi anlayışları necə monipulyasiya etməyi ilə bağlı görüntü yaradır. Hesab edirəm ki, biz bu sahədə təbliğatımızı daha da gücləndirməliyik”.
T.İsmayılovun sözlərinə görə, xüsusən də vətəndaşlarımız, vətəndaş cəmiyyəti fəalları və mediamız sosial şəbəkələr üzərindən, aidiyyatı qurumlarımız isə diplomatik səviyyədə bütün səylərini davam etdirməlidirlər: “ABŞ Nümayəndələr Palatası Azərbaycan əleyhinə hansısa müzakirələrin aparılmağı hesab edir ki, Azərbaycanla ABŞ arasında münasibətlərin daha da zədələnməyinə gətirib çıxa bilər ki, bu da ABŞ üçün ciddi iqtisadi-siyasi itkilər demək olar”. İradə SARIYEVA