Cümə axşamı günü, 12 noyabr 2026
     

“Transxəzər” qaz kəmərinin çəkilişi yenidən gündəmə gəlir

Image


Avropa ölkələrinin üzləşdikləri enerji böhranı davam edir. Bu fonda böhranın təsirlərini önləmək üçün qitə ölkələrinin ciddi xərcə düşdüyü də müşahidə edilir. Brüsselin “Brüege” analitik mərkəzinin hesablamaları göstərir ki, Avropa ittifaqı hökumətləri enerji böhranının ev təsərrüfatlarına və bizneslərə təsirini azaltmaq üçün təxminən 280 milyard avro ayırıb. Amma bu da böhranı həll etmək üçün yetərli deyil.

“Brüege” analitik mərkəzinin eksperti Covanni Sqarvatti bildirib ki, vəziyyət gərgin həddə qalmaqda davam edir: “Qiymətlər qış boyu yüksək qalacaq və hökumətlər ən pis ssenarilərə hazır olmalıdırlar, bundan sonra da qiymətlər düşməyəcək. Hökumətlər mümkün olan yerlərdə enerji tələbatını azaltmağa diqqət etməlidirlər”. Son beş ildə Rusiyanın Avropaya qaz tədarükünü kəsməsi nəticəsində topdansatış enerji qiymətləri mövsümi orta qiymətdən on dəfədən çox artıb. Bu, bütün regionun iqtisadiyyatına mənfi təsir göstərir, Avropada ağır sənaye təzyiq altındadır, sosial rifah halı sürətlə pisləşir. Fransa prezidenti Emmanuel Makron vəzyyətin pis olduğunu etiraf edib. Onun sözlərinə görə, artıq böyük dəyişikliklər zamanıdır, “bolluq” və “qayğısız günlər”in sonudur. O bildirib ki, bu gün dünyanı bürüyən ciddi böhranlar davam edir. “Bolluğun” və “qayğısız günlər”in keçmişdə qaldığını deyən E.Makron hökuməti bugünkü böyük dəyişikliklər qarşısında birlik nümayiş etdirməyə çağırıb. Fransa prezidenti qeyd edib ki, bu gün adaptasiya və yumşalma arasında seçim yoxdur: “Belə vəziyyətlə üzləşərkən soydaşlarımız böyük təşvişlə reaksiya verə bilərlər”. O, hökumət üzvlərini vəziyyəti olduğu kimi, aydın şəkildə deməyə çağırıb. Altı ay əvvəl Ukraynada başlayan müharibənin və iqlim böhranının təsirlərini xatırladan Fransa prezidenti maliyyə vəsaiti, texnologiya məhsulları, xammal, eləcə də içməli su baxımından “bolluğun sonu” olduğunu vurğulayıb. Digər Avropa ölkələrində də vəziyyət yaxşı deyil. Məsələn, indiki bahalaşma ilə İngiltərədə ev təsərrüfatlarının ödənişləri üç dəfə artacaq. Eyni zamanda, hökumətlər üçün problem ümumi həyat səviyyəsini aşağı salan inflyasiyanın sürətlə artmasıdır. Elə Böyük Britaniyada enerji qiymətlərinin sürətlə artması səbəbindən son yarım əsrdə ilk dəfə inflyasiya 18%-i keçə bilər. Rusiya qazının kəsilməsi Avropaya getdikcə daha baha başa gəlir.  “Bloomberg” agentliyi bildirir ki, Rusiya minimal həcmdə yanacaq tədarük edərək Avropanı qazla şantaj etməkdə davam etmək niyyətindədir. Bu halda Avropanın digər mənbələrdən tədarükə ehtiyacı artır.

Məlum olduğu kimi, indiki halda Azərbaycan alternativ mənbə kimi Avropa ölkələrinin həyatında daha mühüm rol oynamağa başlayıb. İtaliyanın baş naziri Mario Draqi bu fonda ölkəsinin təbii qazla təchizatında Azərbaycanın əhəmiyyətini vurğulayıb: "Əlcəzairdən Azərbaycana qədər tədarükün artırılması üçün yeni müqavilələr bağladıq. Keçən il təbii qaz idxalımızın 40 faizi Rusiyadan gəldi. Bu il Rusiyadan təbii qaz orta hesabla yarıya qədər azaldı. Bərpa olunan enerji mənbələrinin inkişafını sürətləndirdik. 2022-ci ilin 8 ayında bərpa olunan enerjiyə tələbat 2020 və 2021-ci illərin cəmindən təxminən 4 dəfə çoxdur”.Draqi İtaliyanın təbii qaz ehtiyatının hazırda 80 faiz olduğunu və oktyabrda bunu 90 faizə çatdırmağı hədəflədiklərini, bununla belə, qaz tədarükü həcmlərinin saxlanmasının dayanıqsız səviyyələrə çatan xərclərin artmasının qarşısını ala bilməyəcəyini ifadə edib. Draqi bir tərəfdən Avropanın suverenlik hüquqlarından bəhs edərkən, digər tərəfdən təbii qaz ehtiyacının az qala yarısının Rusiyadan qarşılanmasının bir-biri ilə uyğun olmadığını vurğulayıb. O qeyd edib ki, bu səhv heç vaxt təkrarlanmamalıdır. Baş nazir 2024-cü ilin payızına qədər İtaliyanın Rusiya təbii qazından asılılıqdan tamamilə xilas olacağını vəd edib. İtaliyanın yeni təbii qaz tədarükü layihələrinin nəzərdə tutulan müddətdə tamamlanacağını, 2024-cü ilin payızına qədər Rusiya qazından asılılıqdan tamamilə azad olacağını qeyd edən Draqi deyib: "Bu, milli təhlükəsizlik üçün əsas hədəfdir. Çünki Rusiya qaz şantajından istifadə etməkdən çəkinmir. Təbii qaz Ukrayna və onun avropalı müttəfiqlərinə qarşı geosiyasi silahdır”. Bunlar fonunda Azərbaycandan İtaliyaya qədər uzanan “Cənub Qaz Dəhlizi”nin Avropa üçün nə dərəcədə vacib əhəmiyyət kəsb etməsi bir daha bəlli olur. Lakin “Brüege” analitik mərkəzinin ekspertləri hesab edir ki, indiki halda Avropa Azərbaycan üzərindən Türkmənistan qazının alışına da xüsusi diqqət edib bu istiqamətdə fəaliyyətini genişləndirməlidir. Qeyd edilir ki, bu məqsədlə çəkiləcək “Transxəzər” qaz kəməri Orta Asiyanın nəhəng təbii qaz ehtiyatlarını “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropanın enerji bazarlarına nəql etmək məqsədi daşıyır. Bu isə Orta Asiya və Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirmək deməkdir.

O da vurğulanır ki, Azərbaycan və Türkmənistan ikitərəfli münasibətlərdə yeni bir səhifə açıblar və 2021-ci ilin yanvarında Azərbaycanın “Kəpəz”, Türkmənistanın “Sərdar” adlandırdığı mübahisəli dəniz yatağının birgə kəşfiyyatı və işlənməsinə dair Anlaşma Memorandumu imzalanıb.  Vurğulanır ki, indi “Dostluq” adı verilən yatağın birgə işlənməsi üzrə Azərbaycan-Türkmənistan Memorandumu “Transxəzər” qaz kəməri reallaşmasına ümidləri artırır və Xəzər dənizində enerji əməkdaşlığı üçün yeni imkanlar yaradır. Bildirilir ki, bu boru kəməri həm Türkmənistanın təbii qaz tədarükünə olan tələbi şaxələndirəcək, həm də Avropa enerji istehlakçılarına Orta Asiyanın geniş enerji ehtiyatlarına çıxış üçün imkan yaradacaq. Qeyd olunur ki, Azərbaycandan İtaliyaya qədər uzanan “Cənub Qaz Dəhlizi”nin tamamlanması da Türkmənistanı və Avropanı Transxəzər qaz kəmərini daha da dəstəkləməyə təşviq etməlidir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ