Cümə axşamı günü, 12 noyabr 2026
     

Rusiya sülhməramlılarına ümidin əbəs olduğunu ermənilər özləri də etiraf etməyə başladılar

Image


Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana təhvil verilməsi fonunda Rusiya sülhməramlılarının da buradan çıxarılması reallaşır. Bununla Laçın şəhəri, Zabux və Sus kəndləri və artıq keçmiş sayılacaq dəhliz üzərindəki ərazilər Azərbaycana təhvil verilir. Bunlar fonunda maraq doğuran məqamlardan biri Rusiya sülhməramlılarının sonrakı fəaliyyəti və gələcək taleyinin necə olacağıdır.

Erməni tərəfinin açıqlamaları göstərir ki, onlar artıq Rusiya sülhməramlılarının burada qalmayacağı reallığını qəbul etməyə başlayıblar. Cənubi Qafqaz üzrə Beynəlxalq Böhran Qrupunun baş elmi işçisi Olesya Vartanyan hesab edir ki, Azərbaycan 2025-ci ildə Rusiya sülhməramlı kontingentinin Qarabağda mövcudluğundan imtina edəcək: “Düşünürəm ki, biz özümüzə və birbaşa münaqişə zonasında yaşayan insanlara qarşı dürüst olmalı, belə bir ehtimalın olduğunu söyləməliyik”. Ekspertin sözlərinə görə, Rusiya tərəfi malik olduğu məhdud sülhməramlı qüvvə ilə Qarabağda sakitlik rejiminin qorunması funksiyasını yerinə yetirir: “Son qarşıdurma zamanı Rusiya sülhməramlı missiyasının rəhbərliyi ilk dəfə olaraq öz missiyasını açıq elan etdi. Onlar bunu sakitlik rejiminə riayət etmək kimi görürlər ki, gərginlik yenidən başlamasın. Yəni onların funksiyasına yerli əhalinin müdafiəsi daxil deyil. Rusiya missiyasının tərkibinə, onun ölçüsünə, sahib olduqları silahlara və müdafiəsinə baxan istənilən ekspert başa düşür ki, bu, əslində Rusiya sülhməramlılarının funksiyasıdır. Onların sayı çox azdır və yüngül silahlarla silahlanıblar ki, onlardan yalnız özünümüdafiə məqsədilə istifadə edə bilsinlər. Onlar, məsələn, hansısa qarşıdurma zamanı yerli əhalini qoruyacaq insanlar ola bilməzlər. Mənə elə gəlir ki, Ermənistan tərəfi, o cümlədən Qarabağın daxilində hansısa təhlükəsizliyin təmin edilməsi tələbi irəli sürüləndə bunun nə üçün lazım olduğunu anlamalı və regionda mövcud olan reallığı, o cümlədən, 2020-ci ilin sonundan sonra Qarabağda mövcud olan reallığı nəzərə almalıdırlar”. Ekspertin fikrincə, Rusiya sülhməramlılarının funksiyası məsələsi həm Bakı, həm də indi İrəvan tərəfindən müəyyən ediləndə, bu, sülhməramlıları elə vəziyyətə qoyur ki, onlar fəaliyyətsiz duruma düşürlər: “Bu halda, hətta 2025-ci ilə qədər onlar sadəcə olaraq öz işlərini görə bilməyəcəklər. Yəni Rusiya sülhməramlıları öz funksiyalarının icrasından tamamilə məhrum edilirlər. Digər tərəfdən, biz 2025-ci ildən sonra Qarabağın başına nə gələcəyindən danışırıqsa, o zaman bilməliyik: Rusiya sülhməramlılarını əvəz etmək mümkün olacaq, yoxsa onların mövcudluğunu gücləndirmək, tam hüquqlu missiya və ya bir növ beynəlxalq kontingent əlavə etmək lazım olacaq? Təəssüf ki, Rusiya sülhməramlılarının Qarabağda olmasını bəyənməyənlər arasında belə müzakirə aparılmır. Deməli, 2025-ci ildən sonra da burada sülhməramlı qüvvələr olmayacaq. Bu halda Qarabağın üzərində tam nəzarət Azərbaycana keçəcək. İndi də Azərbaycan apardığı siyasətlə Rusiya sülhməramlılarının fəaliyyət sahəsini çox məhdud dairəyə sala bilib. Buna Ermənistan hansısa formada müqavimət göstərə bilmir”.

Ermənipərəst politoloq, Rusiyanın “Reqnum” informasiya agentliyinin baş redaktoru Stanislav Tarasov erməni mətbuatına müsahibəsində İrəvanı bu reallığı qəbul etməyə çağırıb. Hətta iş o yerə çatıb ki, özünün antiazərbaycan ritorikası ilə yadda qalan rus politoloq müsahibə zamanı gözlənilmədən “Qarabağ Azərbaycandır” deyib: “Bakı Qarabağ ermənilərinin taleyini yalnız özü həll edir. Bunun üçün Bakıya nə Minsk qrupu, nə də İrəvan lazımdır. Çünki Qarabağ Azərbaycan ərazisidir! Bütün Dağlıq Qarabağ Azərbaycandır! Rus sülhməramlılar da Azərbaycan ərazisində müvəqqəti yerləşdirilib. Bir də deyirəm ki, Qarabağ ermənilərinin taleyi yalnız Bakının əlindədir”. Deməli, ermənilər  Rusiya sülhməramlılarına hansısa ümid bəsləməməlidirlər. Xatırladaq ki, Rusiya sülhməramlılarının çıxarılması 10 noyabr bəyanatına əsasən beş ilin tamamında reallaşmalıdır. Bəyanata görə, bu müddət uzadıla da bilər. Sənəddə nəzərdə tutulmasa belə, prosesin tez yekunlaşmasının gerçəkləşmək hüququ da istisna edilmir. “Qisas”dan sonra qanunsuz erməni silahlı dəstələrinin Qarabağdan çıxması sürətləndirildiyindən sülhməramlıların da getməsi aktual məsələ kimi görünür. Amma Azərbaycan mövcud reallıqlar çərçivəsində məsələnin 2025-ci ilə kimi, yəni nəzərdə tutulan vaxtda reallaşmasını daha praqmatik hesab edir. Sülhməramlıların Azərbaycan ərazilərindəki xidmətinə son qoyulması yalnız təhlükəsizlik mühitinin yenidən dəyərləndirilməsindən sonra baş tutacaq. Bu mənada erməni silahlıların hamısının çıxması belə, sülhməramlıların da dərhal geri dönüşünü şərtləndirmir. Ona görə ki, ortada mülki erməni əhali ilə Azərbaycan ordusunun hər hansı insident risqi qala bilər və bu zaman sülhməramlılar tarazlayıcı bir mövqe ilə Azərbaycanın maraqlarının tez təmin olunmasına yardımçı olarlar. Bundan sonrakı gedişatlarda irili-xırdalı bəzi problemlərin ortaya çıxacağı gözlənilsə də, nəticədə Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti xidmət göstərdiyi ərazilərində özünün suveren hüquqlarını konstitusion normalarla bərpa edir. Hər halda Laçın şəhəri, Zabux və Sus kəndləri bunun faktiki təzahürüdür.  Indi tədricən Rusiya sülhməramlılarının 2025-ci ilə kimi regiondan çıxması reallaşacaq və bu da Bakının istəkləri ilə tam üst-üstə düşür.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ