Cümə axşamı günü, 12 noyabr 2026
     

Laçının ardınca Xankəndi də Azərbaycanın nəzarətinə qayıdır

Image


Laçın rayonu ilə bağlı baş verən son hadisələr ermənilərin Azərbaycan qarşısında duruş gətirməsinin mümkünsüzlüyün bir daha açıq şəkildə nümayiş etdirdi. Artıq Laçın şəhəri, Zabux və Sus kəndləri tam şəkildə Azərbaycanın nəzarətinə keçməyə hazırdır. Bu vaxta qədər ermənilər rus sülhməramlı qüvvələrinə güvənib buradan çıxmağı düşünmürdülərsə, indi Xankəndini də tərk etməyə hazırdırlar.

Belə bir vaxtda bir maraqlı məqamı da qeyd edək ki, Zabuxdan çıxmış ermənilərin artıq kəndə girişi qadağan edilib. “Azatutyun” radiosnun məlumatına görə, bunu kəndi tərk edən emənilər özləri də təsdiq edib. Belə ki, avqustun 23-də Meline Baqdaqulyan adlı erməni qadın əri və uşaqları ilə birlikdə kəndlə vidalaşmaq üçün yarım saatlığa Zabuxa qayıtmaq qərarına gəlib. Onlar bir neçə gün əvvəl kənddən Ermənistanın Gorus şəhərinə köçüblər. Baqdaqulyan adıçəkilən radioya bildirib: “Rusiya hərbçisi icazə verdi. Hətta iki dəfə komandirinə bizim ailəliklə gəldiyimizi bildirdi. Və soruşdu ki, neçə dəqiqə olacaqsınız kənddə? Cavab verdim ki, maksimum yarım saat olacağıq. Ruslar icazə verdilər, amma Xankəndi polisi icazə vermədi”. Müxbir Zabuxa giriş qadağasının nə ilə əsaslandırıldığını soruşduqda qadın belə cavab verib: “İcazə vermirlər, vəssalam. Heç kim kəndə girməməlidir”. Erməni qadını ən çox incidən o olub ki, ailəsinin yolunu ruslar, azərbaycanlılar deyil, erməni  “polisləri” kəsib. Hətta rus hərbçilərin təbəssümünü də xatırlayaraq  qadın deyir: “Biz  çıxanda maşınla geri döndük, düşdük, rus əsgər gülümsədi, çox təhqiramiz idi. Çox ayıbdır, bu əsl biabırçılıqdır”. Xankəndidəki separatçı rejimin qanunsuz  “daxili işlər nazirliyi”ndən “Azatutyun”a bildirilib ki, asayişi təmin etmək vəzifəsi “polis”ə həvalə olunub. Ona görə də artıq təxliyə edilmiş insanların Zabuxa daxil olması qadağandır ki, geri dönüb evləri yandırmasınlar. Bu, Azərbaycanın tələbi ilə həyata keçirilir. Görünən odur ki, bu tələbə həm Rusiya sülhməramlı qüvvələri, həm də Xankəndidə qalan ermənilər ciddi şəkildə əməl edir. Hesab edilir ki, bu hal Xankəndi üzərində də Azərbaycanın tezliklə nəzarəti təmin etməsinə imkan verəcək. Bunu şərtləndirən səbəblərdən biri də rus sülhməramlı qüvvələrinin bölgəni tərk etməyə hazırlaşmasıdır. Elə rusiyalı politoloq Aleksey Malaşenko da artıq bunun üçün əlverişli məqamın yetişməkdə olduğunu bildirir.

O qeyd edir ki, Rusiya ilə Ermənistan arasında vəziyyət getdikcə gərginləşir və Kreml İrəvanı cəzalandırmağı düşünür. Bunun üçün isə atılacaq addımıardan biri rus sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılması olacaq: “Kreml Nikol Paşinyanı son hadisələrə görə yenidən cəzalandıracaq. Bu, konkret olaraq Azərbaycan lideri İlham Əliyevlə görüş öncəsi baş tutacaq. Moskvanın bir neçə gün öncə İrəvana ünvanladığı notanı yada salın. Gözlənilən danışıqlar bir sıra siyasi addımlardan sonra baş tutacaq. Birincisi, Moskvanın bu günlərdə İrəvana göndərdiyi notanın fəsadları. Bu ciddi bir faktdır və ikitərəfli münasibətlərdə müəyyən atmosfer, həmçinin bu səviyyədə danışıqlardan əvvəl müəyyən əhval-ruhiyyə yaradır. Bunun fəsadlarını Nikol Paşinyan görüşdən öncə hiss edəcək. İkincisi, bundan əvvəlki görüşlər və bəzi istiqamətlər üzrə irəliləyiş konkret olaraq Brüsseldə baş vermişdi. Moskva prossesi köklü dəyişmək niyyətindədir. Görüşün gündəliyində hansı məsələləri müzakirə edəcəyini söyləmək çətindir, çünki ciddi proseslər gedir. Üçüncü və ən vacib məsələ isə sülhməramlıların Qarabağdan çıxarılmasıdır. Göründüyü kimi, Brüssel Bakı və İrəvan arasında gərginliyin azalmasına nail ola bilir, Kreml isə tam olaraq diqqətini Ukraynaya yönəldib. Beləliklə, sülhməramlıların Qarabağdan çıxarılması mövzusu hər zamankından daha real görünür”. Erməni ekspert Ohanes Qalstyan qeyd edir ki, bu halda Ermənistan Xankəndidən tamamilə əlini üzə bilər: “Sentyabr ayı Ermənistan dövləti və ümumilikdə erməni xalqı üçün kulminasiya ayı olacaq. Ən ciddi proseslər məhz bu ay baş verecək. Bu proseslərdən dərhal sonra isə Xankəndiyə nəzarət Bakıya keçəcək və bundan nəinki Azərbaycan xalqı, hətta Qarabağda yaşayan ermənilər də sevinəcək. Onlar aclıq, səfalət, işsizlikdən çıxıb işıqlı, gözəl həyata qədəm qoyacaq. Ermənistan hakimiyyətinin onlara verə bilmədiyini Bakı verəcək. İrəvandakı ticarət mərkəzində baş verən partlayış ümumilikdə Ermənistanda sentyabrda baş tutacaq böyük “partlayışın” kiçik modeli idi. Biz hazırda bomba üzərində oturmuşuq. Ermənistanın qorxulu yuxusu çox davam edə bilməz, yaxın vaxtlarda biz yeni fazaya qədəm qoyacağıq. Orada necə olacağı isə özümüzdən aslıdır. Amma istənilən halda, Qarabağı yaddan çıxarmalı olacağıq”. Elə Ermənistanın “Qraparak” nəşri də məsələyə eyni prizmadan yanaşır. Qeyd edilir ki, Ermənistanla Qarabağ arasında Laçın dəhlziinə alternativ yolla əlaqə saxlamaq çətin olacaq və bu da Xankəndi ermənilərinin taleyinə təsir edəcək: “Yeni yolun Laçın dəhlizi ilə eyni statusa malik olub-olmayacağı məlum deyil.  Dəfələrlə əmin olduğumuz kimi, hakimiyyətin dediklərinə kor-koranə inanmaq axmaqlıqdır: gah yalan olur, gah da vəziyyətə, düşmənin təsirinə görə dəyişdirilir. Laçın-Zabux və faktiki olaraq Ermənistanı Qarabağla birləşdirən dəhlizin Azərbaycana təhvil verilməsi buna yeni sübutdur. Əgər erməni tərəfinin bu məsələdə bir az özünə inamı, cəsarəti, diplomatik bacarığı olsaydı, heç olmasa indiki mərhələdə mövcud dəhlizi təhvil verməz, ermənilərin məskunlaşdığı yaşayış məntəqələrini təhvil verməkdən yayına bilərdi. Hazırda bizə verilən alternativ deyilən yol isə keçilməz olmayan kimsəsiz yerdən keçir və bitir. Və bizim səlahiyyətlilər hazırda yolun təhvil verilməsinin mümkün olmadığında təkid etmək əvəzinə, bunun üçtərəfli bəyannamənin müddəasını pozacağını bəyan edərək, Azərbaycanın təzyiqinə boyun əyirlər. İkinci bir məqamı qeyd etmək yerinə düşərdi ki, biz “dəhliz”in yeni marşrutun planlaşdırılması üçün nəzərdə tutulan müddət bitməmiş təhvil verildiyini görürük. Ermənistan hakimiyyətinin bu məsələ ilə bağlı birmənalı və ziddiyyətli bəyanatları vəziyyəti daha da çətinləşdirir. Nə qədər özümüzü aldatmağa, boş ümidlərlə yaşamağa çalışsaq da, hakimiyyət orqanlarımız bizə nə qədər boş vədlər verməyə çalışsalar da, bəzi hallarda bizi açıq şəkildə aldatsalar da, biz bu reallıqdan qaça bilmərik”.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ