Cümə axşamı günü, 12 noyabr 2026
     

İrəvan Kreml üçün strateji əhəmiyyətini tam itirir…

Image


“Sürməli” ticarət mərkəzində baş verən partlayış fonunda Ermənistanla Rusiya arasında gərginlik davam edir. Buna səbəb, Moskvanın xəbərdarlığına baxmayaraq, Ermənistanda bu partlayışa görə Rusiyanı ittiham edənlərin sayının gedərək artmasıdır.

Halbuki, elə buna görə Rusiya Ermənistana etiraz notası ünvanlamışdı. Notada xüsusi qeyd olunurdu: “Yerli informasiya məkanında “Sürməli” ticarət mərkəzində baş verən yanğınla bağlı Rusiya strukturlarına qarşı saxta ittihamların yer aldığı materiallar bizi narahat edir. Biz bunu belə şərhlərin arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Bütün bunların məqsədi Rusiya-Ermənistan müttəfiqlik münasibətlərini pozmaqdır. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin, o cümlədən lazımi ictimai şərhlərin qarşısını almaq üçün addımlar gözləyirik”.

Lakin indiyə kimi erməni tərəfi Rusiyaya cavab verməyib. Əksinə, görünən odur ki, erməni media məkanında Rusiyaya qarşı ittihamlar artır. Erməni siyasi şərhçi Qalust Qriqoryan bu fonda yeni məqamlara diqqət çəkir: “İrəvandakı ticarət mərkəzində baş verən partlayışla bağlı Ermənistan teleqram kanalları sensasion detallar üzə çıxarıb. Erməni jurnalistlər partlayışın Kremlə yaxın qüvvələr tərəfindən törədildiyinə dair sübutlar əldə edə bilib. Belə ki, Rusiyanın “Life.ru” resursu partlayışdan bir gün öncə İrəvana xüsusi müxbir və operator qrupu göndərir. Onlar partlayış baş verən ticarət mərkəzinə yaxın ərazidəki oteldə yerləşdirilir. Ən maraqlısı isə, “Life.ru” insident baş verən andan 2 saat öncə partlayış xəbərini yayımlayır. Düzdür, yazı bir müddət sonra saytdan çıxarılır, partlayış baş verəndən sonra isə yenidən verilir. Qeyd edim ki, bu resurs Kremlə yaxın, erməni əsilli mediamaqnat Aram Qabrelyanovun kurasiyası altındadır. İndi siz özünüz düşünün: bu necə ola bilər?”. Məsələ ilə bağlı mövcud durumu dəyərləndirən “1in.am” nəşri isə yazır ki, Rusiya səfirliyinin bəyanatı Ermənistanın daxili işlərinə qarışmaq cəhdindən başqa bir şey deyil: “Hökumətdən qeyri-dost təzahürləri yatırmaq üçün addım gözləmək söz və məlumat azadlığını boğmağı gözləməkdən başqa bir şey deyil. Rusiya səfirliyi həmin konsepsiyaya, hökumətin tam nəzarətindən kənarda informasiya sahəsinin ola biləcəyi fenomeninə yad ola bilər. Azadlıq heç bir şəkildə məsuliyyət hesabına olmamalıdır və ticarət mərkəzinin partlamasını Rusiya strukturlarına aid edən hər hansı məsuliyyətsiz bəyanat pislənilə bilər. Buna baxmayaraq, Rusiyanın kobud müdaxiləsi qəbuledilməzdir. Nota Ermənistan hakimiyyətinə təzyiq cəhdi təsiri bağışlayır. Bəs Ermənistan hökuməti nə etməlidir, informasiya sahəsində Rusiya səfirliyini və ya onun rəhbərlərini, xüsusən də Sergey Lavrovu və sairəni qane etməyən hər hansı məlumatı qadağan etməlidir?”.

Erməni ekspert Vigen Çeteryan da bildirir ki, Rusiya səfirliyinin notası qəribədir və rusların Ermənistanın daxili işlərinə qarışmağa haqqı yoxdur. Çeteryan hesab edir ki, Rusiya səfirliyinin etiraz notası ictimaiyyəti daha da həyəcanlandırır. Onun sözlərinə görə, Ermənistanda müharibədən sonrakı təlatümlər yaşanır, qarşıda hələ daha çox hadisə olacaq, ermənilər buna hazırlaşmalıdır: “Ermənistan hökuməti səfərbər olmalı, kütləni siyasi proseslərə cəlb etməlidir. Hökumət təcrid olunub, qəzaya uğrayan gəmini təkbaşına irəli aparmağa çalışır, lakin bunu edə bilmir”.

Ermənistanın “Respublika naminə” partiyası da Rusiya səfirliyinin Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərməsini tənqid edib. Partiyanın hadisə ilə əlaqədar yaydığı bəyanatda bildirilir ki, Rusiyanın Ermənistandakı səfirliyi Ermənistanın daxili siyasətinə qarışmaq, Ermənistanın adından xarici siyasət prioritetlərini həll etmək, Ermənistan hakimiyyətinə və cəmiyyətinə tələb olunmayan məsləhətlər vermək hüququnu özündə saxlayır: “Rusiya səfirliyi son açıqlaması ilə erməni ictimai əhval-ruhiyyəsinin istiqamətini, erməni mətbuatının istiqamətini, icazə verilə bilənlərin miqyasını əvvəlcədən müəyyən etməyə çalışır, lakin bunu etmək hüququ yoxdur. Odur ki, Rusiya səfirliyi tərəfindən irəli sürülən tələbləri qəbuledilməz və qeyri-mümkün hesab edərək, biz Ermənistan hökumətini matəm günlərindən sonra sabaha qədər Rusiya tərəfinə vəziyyəti açıq şəkildə aydınlaşdırmağa və bundan başqa, ictimaiyyəti təxribata çəkməkdən çəkinməyə çağırırıq”. Rusiyalı politoloq Stanislav Tarasovun fikrincə, Rusiyanın Ermənistandakı səfirliyi etiraz notası göndərirsə, deməli, bunun praktiki əsasları var: “Xüsusən də burada söhbət müttəfiq dövlətə, KTMT və Avrasiya Birliyində olan dövlətə qarşı demarş etməkdən gedir. Səfirlik əsası olmadan belə bir addım atmaz”. Tarasov “ordu.az” portalının məlumatına əsasən Ermənistandakı rusofobiyadan narahat olduqlarını qeyd edib: “Təmas xəttində nəsə baş verəndə Paşinyan Putinə, sonra Brüsselə zəng edir... Rusiya ilə münasibətlərdə belə gərgin vəziyyət yaradırsınızsa, o məsələləri özünüz həll edin, niyə zəng edirsiniz? Elə bir vəziyyət yaranıb ki, Ermənistan Rusiya üçün strateji əhəmiyyətini itirir. Qarabağ tamamilə itirildikdən sonra ümumiyyətlə Ermənistan dövlətinin itirilməsi məsələsi ortaya çıxacaq. Görəsən ermənilər hansı bölgədə olduqlarını, onları nəyin təhdid etdiyini anlamırlarmı ki, Rusiyaya qarşı anlaşılmaz davranışlar nümayiş etdirirlər? Belə olan halda ölkədə niyə anti-Rusiya əhval-ruhiyyəsi hökm sürür?”. Tarasov deyir ki, Qərb vektoruna sahib olmaq istəyi varsa, Rusiya buna mane olmayacaq: “Biz özümüzü Ermənistan kimi aparmırıq. Biz burada anti-erməni əhval-ruhiyyəsi yaymırıq, çünki burada 3 milyondan çox erməni yaşayır. Onlar sadiq vətəndaşlardır, Rusiya vətəndaşıdırlar, orduda xidmət edirlər, dövlət sektorunda işləyirlər, hətta vəzifələr tuturlar, bu məsələdə heç bir ayrıseçkilik yoxdur. Ermənistan niyə fərqli davranır, sual doğurur”. Onun sözlərinə görə, Nikol Paşinyan kiminsə oyununu oynayır: “Ancaq bu, Ermənistanın oyunu deyil. Bizə də aydındır. Niyə əvvəlcə Brüssellə, sonra Moskva ilə ikili standartlarla danışıqlar aparırlar? İndi Moskvada bu ayın sonunda sammit çərçivəsində üç liderin - Putin, Paşinyan və İlham Əliyevin görüşünün baş tutacağı ilə bağlı xəbərlər var. Amma müəyyən qeyri-müəyyənlik var, çünki ondan əvvəl Mişel Brüsseldə görüşəcəklərini bəyan etmişdi, ya Brüssellə, ya da Moskva ilə işləyirlər, niyə ikili oyunlar oynayırlar? Bakı Brüsselə getməliyik deyəndə daha rasional davranır”. Tarasov hesab edir ki, Ermənistandakı anti-Rusiya əhval-ruhiyyəsinə görə məsuliyyəti hökumət daşıyır.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ