Cümə axşamı günü, 12 noyabr 2026
     

Zəngəzur dəhlizi ilə bağlı növbəti mühüm addım atılır

Image


Məlum olduğu kimi, Ermənistan Azərbaycanla sərhəddə üç nəzarət-buraxılış məntəqəsi açmağa hazılaşır. Artıq  Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təklif etdiyi layihədə məntəqələrin dəqiq istiqaməti də göstərilib.

Təklif olunan layihəyə əsasən, avtomobillər üçün nəzərdə tutulan sərhəd-keçid məntəqələrinin sayı artırılacaq. Belə ki, Kəlbəcər rayonu ilə sərhəddə “Zod”, Sədərək rayonu ilə sərhəddə “Arazdəyən” və Qubadlı rayonu ilə sərhəddə “Eyvazlı” nəzarət-buraxılış məntəqələrinin açılması nəzərdə tutulur. Qeyd edilir ki, layihənin irəli sürülməsi baş nazir Nikol Paşinyanın bu il avqustun 4-də hökumətin iclasında verdiyi tapşırıqların yerinə yetirilməsi zərurəti ilə bağlıdır. Amma ermənilər arasında hadisələrin bu səpkidə inkişafından narahat olanlar da var. Məsələ burasındadır ki, Ermənistan-Azərbaycan dövlət sərhədində üç buraxılış məntəqəsinin yaradılması ilə bağlı qərar qəbul edilərsə, Milli Təhlükəsizlik Xidmətinin layihəsinə əsasən, həmin buraxılış məntəqələrindən biri Naxçıvanla həmsərhəd  Arazdəyən kəndində, təmas xəttinə yaxın ərazidə quraşdırılacaq. Bundan isə kənd camaatı narahatdır. Arazdəyən sakini Anuş  Martirosyan “Azatutyun” radiosuna müsahibəsində bu xüsusda bildirir: “Uşaqları məktəbə necə aparıb-gətirəcəyik? Bu mümkün deyil, bu Nikol bizə çox problem yaradır, heç kim razılaşmaz. Nikol həqiqətən buraxılış məntəqələrinə ehtiyac duyur? Onun nə vecinə, özü təhlükəsiz şəraitdə yaşayır. Azərbaycanlılarla müqavilə imzalayıblar ki, sülh olsun? Sülh var idi? Yox. Bu kənd müdafiəsizdir”. Digər sakin Rafael Ayvazyan xatırladır ki, sovet dövründə Ermənistanı Naxçıvanla birləşdirən yol olub və o, düz kəndin içindən keçib:  “Mən bilirəm ki, bu yol Sovet İttifaqı dövründə olub. İndi böyük bir kurqan var. Heç olmasa küçədən görünən o ərazilərdə keçid məntəqəsi tikilmir, kənd rəhbərliyi əmin etdi ki, hələ tikinti getmir”. “Azatutyun” yazır ki, kənd sakinləri tikintinin nə vaxt başlayacağını bilmir, lakin onlar artıq keçid məntəqəsindən keçən nəqliyyatın istiqamətlərini  və təfərrüatlarını deyirlər: azərbaycanlılar sərbəst şəkildə girib-çıxacaq, onların təhlükəsizliyini Rusiya sülhməramlıları təmin edəcək. Sakinlər bunu kimdən eşitdiklərini dəqiqləşdirməyib. Ayvazyan bildirib: “Malların keçidi ilə bağlı eşitdiklərim budur. Azərbaycanlılar təhlükəsiz səyahət edə biləcək, ruslar isə onları müşayiət edəcək”.  

Bunlar fonunda “e-draft.am” hüquqi akt layihələrinin dərci üçün vahid saytda üç Ermənistan-Azərbaycan avtomobil keçid məntəqəsinin yaradılması layihəsi müzakirə olunur. Layihə hökumət tərəfindən təsdiq olunarsa, keçid məntəqələri  yuxarıda qeyd edildiyi kimi Kəlbəcər rayonu ilə sərhəddə “Zod”, Sədərək rayonu ilə sərhəddə “Arazdəyən” və Qubadlı rayonu ilə sərhəddə “Eyvazlı” adı ilə faəliyyət göstərəcək. Ermənistan  Dövlət Gəlirləri Komitəsi öz növbəsində eyni yerlərdə yeni gömrük məntəqələrinin və gömrük nəzarəti zonalarının yaradılması layihələrini dövriyyəyə buraxıb.“Azatutyun” radiosu bu quruma sorğu göndərərək, Ermənistan-Azərbaycan sərhədində keçid məntəqəsi quraşdırılacağı təqdirdə Ermənistanın qonşuları Gürcüstan və İranla da eyni şərtlərin tətbiq edilib-edilməyəcəyini soruşub. Yəni radio burada pasport və gömrük yoxlaması, gömrük rüsumlarının yığılması və sairin həyata keçrilməsini dəqiqləşdirmək istəyib. Bildirilir k, hələ cavab yoxdur. Radio xatırladır ki, Azərbaycanla heç bir sülh müqaviləsi imzalanmamasına, sərhədin demarkasiya edilməməsinə və kommunikasiyaların açılmasına  dair razılaşmanın olmamasına baxmayaraq, avqustun 4-də Ermənistanın baş naziri azərbaycanlıları bir neçə məntəqədə Ermənistan sərhədini keçməyə dəvət edib. Bu xüsusda həmin vaxt o qeyd edirdi: “Ermənistan günü bu gün Naxçıvanla Azərbaycanın qərb rayonları arasında rabitəni təmin etməyə hazırdır. Biz istənilən vaxt bu əlaqəni təmin etməyə hazırıq, lakin Azərbaycan bizim verdiyimiz imkandan istifadə etmir. Bu gün də biz onlara deyirik ki, Ermənistan qanunvericiliyi çərçivəsində sərhədi keçib Naxçıvana gedə bilərlər. Elə bu gün”. Amma erməni baş nazir 10 noyabr bəyanatının mahiyyətinə zidd olaraq, bunu tam fərqli yöndən izah etməyə çalışıb. Bildirib ki, ötən ildən Ermənistanda bir neçə nöqtədə “gömrük və sərhəd xidməti məntəqələri” fəaliyyət göstərir və Azərbaycan vətəndaşları bu keçidlər vasitəsilə sərhədi keçərək Naxçıvana gedə bilərlər: “Məsələn, Qazax-Berd (Tovuzqala), Qazax-İcevan, Basarkeçər (Vardenis), Zəngəzur, Arazdəyən və Gorusdakı məntəqələrdən keçə bilərlər. Elə bir hadisə olmayıb ki, Azərbaycan vətəndaşı keçməyə cəhd etsin və Ermənistan tərəfi bunun qarşısını alsın”. Lakin məsələ ondadır ki, Azərbaycan vətəndaşı Qazax və yaxud digər hardansa keçib, Ermənistanın bütün ərazisindən dövrə vuraraq Naxçıvana getmək niyyətində deyil və olmayacaq da. Ortada konkret saziş var, 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndində açıq şəkildə göstərilir: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. Indi hesab edilir ki, sərhəddə üç yeni məntəqənin yaradılması və burada keçid prosesinə rusların nəzarəti vəziyyəti dəyişir. Ekspertlərə görə, çox güman, Azərbaycan tərəfindən də qarşılıqlı olaraq sərhəd keçid məntəqələri qurulacaq. Hər halda bu, tərəflərin razılığının ilkin nəticəsi kimi də olacaq.  Bunu  Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar kimi də göstərmək olar. Hesab edilir ki, Zəngəzur dəhlizi açılanda ilk vaxtlarda başqa adla təqdim edilə bilər. Yəni Paşinyan hökuməti cəmiyyətdə gərginliyin artmaması üçün bu adı istifadə etməz, lakin müəyyən bir vaxtdan sonra Zəngəzur yoluna dəhliz statusu verilə bilər. Burada digər vacib nüans da var. Ermənistan tərəfi anlayır ki, ermənilərin yenidən Qarabağda yaşamaları üçün ən yaxşı variant Azərbaycanla münasibətləri normallaşdırmaqdır. Buna görə də üç  sərhəd keçid məntəqəsinin yaradılması layihəsinin irəli sürülməsi ona xidmət edir ki, həmin vətəndaşlar orada yaşayanda Ermənistana daha rahat gedib-gəlmək imkanı əldə edə bilsinlər. Bunun son nəticəsi isə Zəngəzur dəhlziinin məhz dəhliz statusunda işə düşməsi olacaq. Hər halda, Arazdəyən kənd sakinləri də etiraf edir ki, burada buraxılışa ruslar nəzarət edəcək, ermənilərin rəsmi dairələrinin isə heç bir status və səlahiyyətləri olmayacaq.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ