Cümə axşamı günü, 12 noyabr 2026
     

Rusiya sülhməramlıları və ermənilərin Qarabağı tərk etməsinə hazırlıq başladı

Image


“Rusiya sülhməramlıları yeni yol tam işə salınmadan mövcud Laçın dəhlizindən bir santimetr də çəkilməyəcəklər”. Bunu “Azatutyun” radiosuna Rusiyanın Ermənistandakı səfirinin müavini Maksim Seleznyov deyib.

Diplomat onu da bildirib ki, bu barədə razılaşmalar var və tərəflər bir-biri ilə daim əlaqədədir. Lakin Seleznyov söhbətin hansı razılaşmalardan getdiyini deməyib və sadəcə, aşağıdakıları bildirib: “Rusiya sülhməramlıları yalnız o vaxt yerlərini dəyişəcəklər ki, yeni Laçın dəhlizi açılacaq. Üçtərəfli bəyanatda (10 noyabr 2020) atılacaq addımlar və onların ardıcıllığı göstərilib: əvvəlcə dəhlizin tikintisi başa çatdırılır, o istismara verilən kimi sülhməramlılar bu yolun beş kilometrlik zolağı boyunca yerləşdirilir”. “Azatutyun”un yazdığına görə, bu ayın əvvəllərində Qarabağda hərbi əməliyyatlar bərpa olunanda separatçılar bildirmişdilər ki, Azərbaycan tərəfi Rusiya sülhməramlılarının vasitəsilə Qarabağ və Ermənistan arasında hərəkətin yeni tikilmiş yolla təşkilini tələb ediblər. O vaxt separatçıların rəsmi nümayəndəsi kimi təqdim olunan Ayk Xanumyan Laçın dəhlizi boyunca yerləşən Laçın şəhərinin, Zabux və Sus kəndlərinin erməni sakinlərinə xəbərdarlıq etmişdi ki, bu ərazidə avqustun 25-dən sonra Rusiya sülhməramlıları olmayacaq və buna görə də onların ayın axırınadək evlərini tərk etməsi tələb olunur: “Bildiyiniz kimi, mövcud dəhliz cənuba köçürülüb və Qarabağ ərazisinin cənub istiqamətində yol hazırdır, amma Ermənistan ərazisində yol yalnız gələn il hazır olacaq, Rusiya hərbi kontingenti cənub istiqamətinə köçürüləcək, buna görə də avqustun 25-dən burada Rusiya kontingenti olmayacaq. Bu səbəbdən mülki müdafiə planlarına uyğun olaraq adamların köçürülməsi məsələlərinin müzakirəsi zəruri olub”. Erməni tərəfinin məlumatına görə, 25 avqustdan sonra alternativ, amma tikintisi yarımçıq yol istifadəyə veriləcək. Elə isə orada Rusiya sülhməramlıları olacaqmı? “Azatutyun” bu suallarla Qarabağdakı separatçıların liderlərinə müraciət edib. Onlar “Azatutyun”a deyiblər ki, sülhməramlılar yeni yola o hazır olanda yerləşdiriləcəklər. Amma erməni mediası yazır ki, rusların nə deməsindən asılı olamayaraq, avqustun 25-də Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçəcək. Həmin günə qədər də sülhməramlılar bölgəni tərk edəcək. Xatırladaq ki, Azərbaycan tərəfi də Laçın rayonunun Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşalmaq üçün avqustun 25-nə kimi vaxt verib. Ermənistanın “Lragir” nəşri hadisələrin məhz bu səpkidə inkişaf edəcəyini yazır: “Laçın dəhlizində rejim dəyişikliyi, tərksilah tələbi və ermənilərin köçürülməsi Rusiyasız baş verə bilməz, bütün bunlar Rusiyanın rəhbərliyi altında baş verir. Moskva Qarabağın Bakıya təhvil verilməsini sürətləndirməyə çalışır. İrəvan kollaborasionist administrasiyası rus cinayətini təbliğ etmək və “qanuniləşdirmək” kimi növbəti çirkin rolu öz üzərinə götürdü. Noyabrın 10-dan sonra bugünə qədər erməni məsələlərini beynəlxalq legitim strukturların müzakirəsinə qaytarmaq, parlamentdə qərarlar qəbul etmək imkanlarından istifadə edilməyib. Ermənistan parlamentinin “müxalifəti” də öz növbəsində 10 noyabr kağızı və Rusiya planlarına sadiqlik çərçivəsində küçələrdə daxili siyasi xaosu təmin etməklə, geniş media-ekspert resursları ilə eyni rolu yerinə yetirir.  25 avqust tarixi həm də Rusiyanın mövcudluğu üçün son tarix, “missiyanın” başa çatmasıdır”.

Erməni mediası iddia edir ki, yaranmış vəziyyətdə yeni yola rus sülhməramlı qüvvələrinin nəzarət etməsi də sual altındadır. Erməni politoloq Armen Qriqoryan xatırladır ki, ümumiyyətlə, 2025-ci ilin sonuna kimi Qarabağda rus sülhməramlılarının, eləcə də Azərbaycan vətəndaşlığını qəbul etməyən ermənilərin qalması mümkünsüz olacaq: “Azərbaycan Qarabağ üçün xüsusi statusun olmayacağını vurğulayır, ermənilər isə fərqli fikirdədir. Yəni 2020-ci ildəki atəşkəs tərəflər arasında bəzi məsələləri həll etsə də, bütün problemlər aradan qaldırılmayıb. Ona görə də ortada sülh müqaviləsi yoxdur. Hər iki ölkə mövcud ərazi statusunu qəbul etdiklərinə dair bir-birini əmin etmək üçün addımlar atmalıdır. Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı olması, Azərbaycan qanunlarını qəbul etməsi çətin olacaq. Bu proses həyata keçirilərsə, ermənilər oradan qaçacaq. Azərbaycanda insanlar düşünə bilər ki, ermənilər müharibəni uduzduğuna görə Azərbaycan nə diqtə etsə, onu qəbul etməlidirlər və Qarabağın statusu ilə bağlı heç bir tələb irəli sürmək iqtidarında deyillər. Düşünürəm ki, iqtisadi əməkdaşlıq düşmənçilik münasibətlərinin qarşısını almağa kömək edəcək. Amma istənilən halda, Azərbaycanın məqsədinə çatması qaçılmaz görünür. Bu mənada rus sülhməramlılar mütləq şəkildə Qarabağı tərk edəcək. Onlarla birlikdə ermənilər də Qarabağdan çıxacaq”.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ